Məhkəmə qərarları › İş №2(046)-395/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-395/2024

15.04.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-395/2024 15.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyev Sevinc Elçin qızının katibliyi, İddiaçı, Cavabdeh, nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmrin ləğv edilməsi, əmək müqaviləsinə xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, ödənilməmiş əmək haqqının və məzunliyyət pulunun, mediasiya xərcinin tutulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək Cavabdeh xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixində İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair bir daha ərizə verərək, Cavabdeh xx.xx.2023-cü il tarixli, 202310/01 nömrəli əmrinin ləğv edilməsi, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, ödənilməmiş 1750 manat əmək haqqının və ödənilməmiş məzuniyyət pulunun, mediasiya xərci olaraq ödənilmiş 60 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2022-ci ilin avqust ayında iş elanlarına baxarkən təsadüfən “Luna Boya” şirkətində işçi axtarıldığını görmüş və özü haqda məlumatları elanda qeyd edilmiş elektron ünvana göndərmişdir. Bir müddət sonra onu şirkətə dəvət etdilər. Həmin ofisə getdikdə şirkətin faktiki rəhbərinin Çin Respublikasının vətəndaşı Çan adlı şəxs olduğunu görmüşdür. Cavabdeh isə rəsmi olaraq rəhbər təyin edilmişdir. O, həm Çanla, həm də Natiqlə görüşmüş və onunla hər ikisi işlə bağlı müsahibə götürmüşdür. Onun əsas işi elektron siqaretlər və sulu qəlyanların reklamı və satışı olmuşdur. Lakin onunla həmin vaxt rəsmi müqavilə bağlanmamışdır. O, həmin məhsulların satışını həyata keçirib əldə etdiyi pulları həm nağd şəkildə, həm də hesablara köçürməklə onlara ödəmişdir. 2023-cü ilin aprel ayında Natiqdən onunla əmək müqaviləsi bağlanmasını tələb etmişdir. Bundan sonra onunla əmək müqaviləsi bağlanmışdır. Təxminən 1 ay sonra Natiq ona zəng edərək elektron siqaretlərin 1 illik istifadə müddətinin olduğunu bildirib, ondan müştərilərin siyahısını ona təqdim etməsini bildirdi. O da müştərilərin siyahısını Natiqə vermişdir. Daha sonra ona satış üçün məhsullar olmadığı üçün ona bir müddət işə gəlməməsi bildirilmişdir. O, 2023-cü ilin may ayından ona deyilənlərə əməl edib işə getməmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh ona məktub ünvanlayaraq bildirmişdir ki, onunla bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsi üzrə üzərinə düşən öhdəliklərin icra edilməməsi, yəni xx.xx.2023-cü il tarixdən iş yerinə gəlməməsi, tutduğu vəzifəyə görə əmək funksiyalarının icra edilməməsi və işlədiyim dövrdə 46.000 manat məbləğində vəsaitin müəssisənin kassasına qaytarılmaması faktı aşkar edilmişdir. Göstərilən faktlara aydınlıq gətirilməsi üçün xx.xx.2023-cü il, saat 12:00da ofisə getməsi və pozuntular barədə izahat verməyi tələb olunmuşdur. O, Natiqə zəng edərək 46000 manat borcunun haradan və necə yaranmasını soruşmuşdur. Ona ofisə gəlməyi tələb edilərək onunla vəkillərin danışacağı bildirilmişdir. O, isə xx.xx.2023-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək əmək müqaviləsinə xitam verilməsini və bununla əlaqədar olaraq son haqq-hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsini xahiş etmişdir. Məktub Natiqə çatdıqdan sonra Vəfadar adlı şəxs ona zəng edərək həmin pulun bundan sonra ona ödəməli olduğu bildirilmişdir. O, isə heç kimə borcunun olmadığını bildirmişdir. Bu səbəbdən də bu məsələlərin araşdırılması üçün X4 müraciət etmişdir. Azərbaycan Respublikası ƏƏSMN-nin X1 Sisteminin “Əmək və Məşğulluq” Altsisteminə baxış keçirilərkən “Luna Boya” şirkətinin rəhbəri Cavabdeh ilə onun arasında 19.04 2023-cü il tarixdə əmək müqaviləsinin bağlanılması və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə (işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilməsinə dair biildirişin qeydiyyata alındığı məlum olmuşdur. X7 Xidməti tərəfindən “Luna Boya” şirkətinin rəhbərliyinə xx.xx.2023-cü il tarixdə məktub göndərilərək ona aid sənədlərin xidmətə təqdim edilməsi tələb olunmuş, lakin tələb olunan sənədlər təqdim edilməmişdir. Daha sonra isə Cavabdeh ondan Yasamal Rayon Prokurorluğuna şikayət edərək onun 46.000 manat məbləğində pulu mənimsədiyi bildirmişdir. Lakin araşdırma zamanı həmin məbləğin onun tərəfindən mənimsənildiyini sübut edə biləcək sübutları olmadığı üçün də təqdim edə bilməmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi Cavabdeh onu işdən çıxarmaqla və 46.000 manatın onun tərəfindən mənimsənildiyini bildirməklə öz qanunsuz əməllərini pərdələmək niyyətindədir. Çünki həmin pullar onun özünə deyil, Çana məxsusdur. Natiq onu ittiham etməklə öz qanunsuzluqlarını pərdələmək istəyir. Bu səbəbdən də hazırda məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, iddiaçının görəcəyi iş (əmək funksiyası) elektron siqaretlərin, sulu qəlyan və aksesuarların topdan və pərakəndə satışını həyata keçirməkdən ibarət olmuşdur. Lakin iddiaçı Sirus Nurməmmədov satmaq məqsədilə öhdəsinə qəbul etdiyi malların pulun tam olaraq ona təhvil verməmişdir. Bununla əlaqədar olaraq tərəfindən ona yazılı və şifahi xəbərdarlıqlar olunmasına baxmayaraq o, çağırışlara gəlməmiş və müəyyən olunmuş çatışmamazlıq barədə heç bir sənəd təqdim etməmişdir. Əvəzində o ərizə ilə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsini və bununla əlaqədar olaraq son haqq-hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsini xahiş etmişdir. Bundan sonra tərəfindən sərbəst auditor dəvət olunmuş və İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi mədaxil və məxaric olunan mallarının hərəkətini əks etdirən hesabatlar sərbəst auditora təqdim edilmiş və sərbəst auditor hesabatları audit edərək hazırda öhdələrində olan mal qalıqlarını aşkar etməklə, onun öhdəsindəki çatışmamazlığın nəticəsini aktla və rəylə rəsmiləşdirilmişdir. xx.xx.2023-cü il tarixli “Audit prosedurlarının aparılmasına dair” Aktdan da göründüyü kimi, menecer vəzifəsində işləmiş İddiaçı xx.xx.2023-cü il tarixə öhdəsindəki 45.558,90 manat məbləğində satış pulunun çatışmamazlığı aşkar olunmuşdur. Bundan sonra yenə də İddiaçı dəvət edilərək məsələlərə aydınlıq gətirilməsi bildirilsə də, o çağırışlara məhəl qoymamış, eləcə də işə çıxmaqdan imtina etmişdir. Bundan sonra 09 oktyabr 2023-cü il tarixli, 202310/01 saylı əmrlə İddiaçılə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Hesab edir ki, iddiaçının, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti xx.xx.2023-cü il tarixli “Audit prosedurlarının aparılmasına dair” Aktla öz təsdiqini tapdığından əsaslı hesab edilməlidir, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə tam təsdiq olunur. Cavabdeh iddiaya qarşı ikinci dəfə etiraz vermişdir. Etirazda İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinə münasibətdə bir daha xx.xx.2023-cü il tarixli “Audit prosedurlarının aparılmasına dair” akta əsaslanaraq vurğulamışdır ki, menecer vəzifəsində işləmiş X2 xx.xx.2023-cü il tarixə öhdəsindəki 45.558,90 manat məbləğində satış pulunun çatışmamazlığı aşkar olunmuşdur. Bundan sonra yenə də İddiaçı dəvət edərək məsələlər aydınlıq gətirilməsini bildirsə də, o çağırışlara məhəl qoymamış, eləcə də işə çıxmaqdan imtina etmişdir. Bundan sonra 09 oktyabr 2003-cü il tarixli, 202310/01 saylı əmrlə İddiaçılə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Hesab edir ki, iddiaçının, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti xx.xx.2023-cü il tarixli “Audit prosedurlarının aparılmasına dair” Aktla öz təsdiqini tapdığından əsaslı hesab edilməlidir. Belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə tam təsdiq olunur. Odur ki, iddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi barədə iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İddiaçının iddia tələbinin “ödənilməmiş 1750 manat əmək haqqının və ödənilməmiş məzuniyyət pulunun, mediasiya xərci olaraq ödənilmiş 60 manatın cavabdehdən tutularaq ona ödənilməsi” hissəsini də əsassız hesab edir. Belə ki, iddiaçı özü onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsini xahiş etdiyi halda işləmədiyi aylar üçün 1750 manat əmək haqqını hansı əsasla tələb etməsi başa düşülən deyil. İddiaçı xx.xx.2023-cü il tarixdə işə qəbul olunmuş və xx.xx.2023-cü il tarixə kimi işə gəlsə də, qeyd edilən tarixdən iş yerinə gəlməmişdir. Bu səbəbdən də xx.xx.2023-cü il tarixdə tərəfindən ona məktub ünvanlanaraq bildirilmişdir ki, onunla bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsi üzrə üzərinə düşən öhdəliklərin icra edilməməsi, yəni xx.xx.2023-cü il tarixdən iş yerinə gəlməməsi, tutduğu vəzifəyə görə əmək funksiyalarının icra edilməməsi və işlədiyi dövrdə 46000 manat məbləğində vəsaitin müəssisənin kassasına qaytarılmaması faktı aşkar edildiyi bildirilmişdir. Göstərilən faktalara aydınlıq gətirilməsi üçün xx.xx.2023-cü il tarixdə, saat 12:00-da ofisə gəlməyi və pozuntular barədə izahat verməyi tələb olunmuşdur. Lakin buna baxmayaraq, İddiaçı işə gəlməkdən imtina etmişdir. Onu da qeyd etməyi zəruri hesab edir ki, işə gəldiyi günə qədər olan onun əmək haqqı hesablanıb tam olaraq ona ödənilmişdir. İddiaçının ödənilməmiş məzuniyyət pulunun ona ödənilməsi tələbini də qəbuledilməz sayır. Belə ki, iddiaçı cəmi 2 ay işlədiyi halda məzuniyyət pulunun tələb edilməsi başa düşülən deyil. Halbuki, işçinin əmək məzuniyyəti hüququ Əmək Məcəlləsi ilə dəqiq müəyyənləşdirilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, əlavə olaraq bildirdi ki, çatışmayan məbləğlərin ödənilməsini təsdiq edən qəbzlər mövcuddur və iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh, nümayəndəsi və vəkili X6 iddianı qəbul etmədi və əlavə olaraq bildirdilər ki, əvvəl cavabdehə təhvil verilməyən məbləğ daha çox idi, müəyyən ödənişlər olduqdan sonra 46000 manat məbləğində vəsait müəssisənin kassasına qaytarılmamış qalmışdır və iddiaçı tərəfindən təqdim edilən ödəniş qəbzləri, 46000 manatı deyil, borcun ödənilən hissəsini təsdiq edir. İddiaya etiraz ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişlər. İş materiallarına əlavə edilmiş: Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin bildirişindən görünür ki, Cavabdeh Eldar oğlu ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmış, İddiaçı menecer vəzifəsinə təyin edilmiş və işə başlama tarixi xx.xx.2023-cü il müəyyən edilmişdir. İşçinin iş yerinə gəlməməsi barədə xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023cü il tarixli aktların surətindən görünür ki, xx.xx.2023-xx.xx.2023-cü il, xx.xx.2023xx.xx.2023-cü il, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərinədək menecer vəzifəsində işləyən İddiaçı iş yerinə gəlməmişdir. Onun iş yerinə gəlməməsi, qeyd olunan müddət ərzində istər mağazada, istərsə də ofisdə olmaması ilə, heç bir satışların icra edilməməsi, qaimələrin və heç bir ödənişlərin olunmaması ilə təsbit olunmuşdur. İşçinin iş yerinə gəlməməsi və izahat verməsindən imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli N-1 A saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı ünvana məktub göndərilərək tutduğu vəzifəyə görə əmək funksiyasının icra edilməməsi və işlədiyi dövr ərzində 46000 (qırx altı min) manat vəsaitin müəssənin kassasına qaytarılmaması faktına görə xx.xx.2023-cü il tarixində saat 12:00 -da Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti 23 M unvaninda yerləşən ofisə gəlməsi və pozuntular barədə izahat verməsi tələb olunmuşdur. Lakin məktubun xx.xx.2023-cu ildə ünvana çatmasına baxmayaraq menecer vəzifəsində işləyən İddiaçı xx.xx.2023-cu il tarixində Bakı şəhəri,Yasamal rayonu, Mətbuat prospekti 23 M ünvanında yerləşən iş yerinə gəlməmş və pozuntular barədə hec bir izahat verməmişdir. İşə götürən Cavabdeh tərəfindən İddiaçı Aktifoviçə ünvanlanmış məktubun surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli əmək müqavilə üzrə üzərinə düşən öhdəliklərin icra edilməməsi, yəni xx.xx.2023-cü il tarixdən iş yerinə gəlməməsi, tutduğu vəzifəyə görə əmək funksiyaların icra edilməməsi və işlədiyi dövr ərzində 46.000 (qırx altı min) manat məbləğində vəsaitin müəssisənin kassasına qaytarılmaması faktı aşkar edildiyi bildirilərək, göstərilən faktlara aydınlıq gətirilməsi üçün xx.xx.2023-cü il tarixdə saat 12:00-da Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23 M ünvanda yerləşən ofisə gəlməsi və pozuntular barədə izahat verməsi, həmçinin işə götürənə məxsus əmək funksiyalarını icra edilməsi üçün istifadəsinə verilmiş mobil telefon, mobil nömrə və qəbzlərin çap edilməsi üçün nəzərdə tutulmuş avadanlığın geri qaytarılması tələb olunmuşdur. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 202310/01 saylı əmrin surətindən görünür ki, “Cavabdeh” bölməsində menecer vəzifəsində işləyən İddiaçı Akifoviç ilə bağlanılmış xxxxxxx000600 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 70. “ç” işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsinə sadalanan hallarda əmək vəzifələrini kopud şəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilməsi, işçinin xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə /departamentinə həvalə edilməsi, işçinin əmək kitabçasında lazımı qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir. Sərbəst auditor X5 xx.xx.2023-cü il tarixdə başa çartmış 60 saylı auditor rəyindən görünür ki, xx.xx.2023-cü il tarixə İddiaçı öhdəsindəki 45558.90 manat ehtimal olunan çatışmazlıq ilkin sənədlərə uyğun olaraq düzgün və ədalətli təsəvvür yaratmışdır. 04 avqust 2023-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı “Luna Boya” şirkətinin rəhbəri Cavabdeh ərizə ilə müraciət edərək əmək müqaviləsinə xitam verilməsini və son haqq-hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin İddiaçı ünvanlandığı 11 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən İddiaçıla “Luna Boya” şirkətinin rəhbərliyi arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair bildirişin qeydiyyata alındığı məlum olmuşdur. Ərizəçiyə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bakı şəhəri Yasamal rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli, 40-c-24 saylı məktubundan görünür ki, Cavabdeh rəhbərlik etdiyi şirkətdən həmin şirkətdə menecer vəzifəsində çalışan İddiaçı mənimsəmə etməsi ilə bağlı müraciəti əsasında Yasamal rayon prokurorluğundan araşdırılma aparılır. Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Aktifoviçə ilkin medisasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştitak etməmişdir. CD diskə yazılmış telefon danışıqlarında müəyyən olunur ki, İddiaçı Cavabdeh zəng edərək, yaranmış 46000 manatlıq borcla bağlı rəsmi qaydada açıqlama verməsini tələb etmiş, cavabdeh isə ona baş ofisə yaxınlaşaraq vəkilin və audotirun iştirakı ilə izahat yazmasını bildirmişdir. USB Flash Karta yazılmış telefon danışıqlarından müəyyən olunur ki, Cavabdeh cababdeh İddiaçı zəng edərək, son üç ay müddəti üçün hesabatın təqdim olunmasını tələb edərək, eyni zamanda bu işdə ona kömək göstərilməsi üçün digər əməkdaşında onun olduğu yerə göndərilməsini təklif etmiş, lakin iddiaçı buna narazılığını bildirmişdir. Həmçinin İddiaçı həmin telefon danışğında müştərilərin bəzilərindən aldığı pulları sonra təhvil verəcəyini, həmin məbləğləri (təxmini 7000-8000 manat) həm kreditə avtomobilin götürülməsinə həm də avtomobilin mühərrikinin təmir olunmasına xərclədiyini etiraf etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin "b” bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. 70-ci maddəsinin ç bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71.2-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 72-ci maddəsinin “c” bəndinə əsasən işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar. 80.1-ci maddəsinin əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80.2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1 -ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 131.1-ci maddəsinə əsasən işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. 74.2-ci maddəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh Eldar oğlu ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, İddiaçı menecer vəzifəsinə təyin edilmiş və xx.xx.2023-cü il tarixində işə başlamışdır. xx.xx.2023-cü il tarixdə 202310/01 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72 maddəsinin “c” bəndində sadalanan halın baş verməsi səbəbindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri) İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Sözügedən müqaviləsinin ləğv olunmasına səbəb kimi İddiaçı işəgötürən Cavabdeh Eldar oğluna maddi ziyan vurulması göstərilmişdir ki, bu fakt da iş materiallarına əlavə edilmiş auditor rəyi və USB Flash Karta yazılmış telefon danışıqları ilə tam sübuta yetirilmişdir. Bundan başqa məhkəmə araşdırılması zamanı sübutlar tədqiq edildikdən sonra iddiaçının hər hansı əlavə və etirazı olmamışdır. Bu isə öz növbəsində qeyd olunan halların onun tərəfindən mübahisələndirilməməsi kimi qiymətləndirilir. Bundan başqa İddiaçı “Luna Boya” şirkətinin rəhbəri Cavabdeh 04 avqust 2023-cü ərizə ilə müraciət edərək əmək müqaviləsinə xitam verilməsini xahiş etdiyini bildirsə də həmin ərizə işəgötürən Cavabdeh Eldar oğlu tərəfindən İddiaçı iş yerinə gələrək hesabatların təqdim olunması və ehtimal olunan çatızmalıqla bağlı izahat verilməsi tələb olunduqdan sonra yazılmışdır. Göstərilən hallar iddiaçının məsələni araşdırılmaqdan və məsuliyyətdən yayınmaq kimi qiymətləndirilməsinə əsas verir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh üzərinə xx.xx.2023-cü il tarixli, 202310/01 nömrəli əmrinin ləğv edilməsi, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi öhdəliyinin cavabdehin qoyulması tələbi əsassız olduğundan rədd edilməlidir. İddia tələbinin “ödənilməmiş 1750 manat əmək haqqının və ödənilməmiş məzuniyyət pulunun ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq yalnız qanunsuz və əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda əsassız yerə işdən çıxarıldığı tarixdən işə bərpa edildiyi tarixədək olan dövr üçün işçiyə əməkhaqqı ödənilməlidir. Göründüyü kimi məcburi işburaxma dövrü üçün əmək haqqı tələbi yalnız işçinin qanunsuz və əsassız işdən çıxarıldığı hallara aid edilmişdir ki, bu da öz təsdiqini məhkəmə araşdırması zamanı tapmamışdır. Eyni zamanda, məzuniyyətindən istifadə etmək hüququ işçinin birinci iş ili üçün əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. İddiaçı və Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixində ləğv olunmuşdur, yəni altı ay tamam olmadan. Buna əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı əmək haqqı və ödənilməmiş məzuniyyət pulu tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı xx.xx.2023-cü il tarixli, 202310/01 nömrəli əmrin ləğv edilməsi, cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, ödənilməmiş 1750 manat əmək haqqının və ödənilməmiş məzuniyyət pulunun, mediasiya xərci olaraq ödənilmiş 60 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar