Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-40/2022 04.03.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, pul tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: MKT İK MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh müqavilə üzrə 654 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, İddiaçı MMC-nin MKT-Ucar filialı tərəfindən cavabdehə avans olaraq pambıq əkilməsi məqsədilə 18.02.2017-ci il tarixli məxaric orderinə əsasən 420 manat nağd vəsait verilmiş və 23.01.2017-ci il tarixdə avans xidmətlər barədə akta əsasən 150 manat, aqrotexniki xidmət göstərilmişdir. Cavabdeh avansın dəyərini tədarük mövsümündə xam-pambıq verməklə əvəzləşdirəcəyini öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozmuş, xampambıq tədarükünü etməmişdir. Bundan başqa məhkəmə baxışı zamanı 03.03.2017-ci il tarixli avans xidmətlərə dair aktın cavabdeh tərəfindən imzalanmadığına dair hissəni mübahisələndirmir. Buna görə də iddianın müdafiə etdiyi həddə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçından pul vəsaiti almamışdır. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş tərəfləri dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 18.02.2017-ci il tarixli Məxaric Orderindən görünür ki, Cavabdeh İddiaçı MMC tərəfindən avans olaraq 420 manat pul verilmişdir. Məhkəməyə təqdim edilmiş 23.01.2017-ci il tarixdə avans xidmətlər barədə aktdan görünür ki, Cavabdeh 150 manat aqrotexniki xidmət göstərilmişdir Məhkəməyə təqdim edilmiş Cavabdeh pambıq əkilməsi məqsədilə 23.01.2017-ci il tarixdə avans xidmətlər barədə akta əsasən 150 manat aqrotexniki xidmət göstərilmiş, pambıq əkilməsi məqsədilə 18.02.2017-ci il tarixli məxaric orderinə əsasən 420 manat nağd vəsait verilmişdir . Cavabdeh isə torpaq sahəsində pambıq əkməyi və məhsul əldə etməklə xam-pambıq istehsal edib iddiaçıya satmağı öhdəliyinə götürmüşdür. Təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və lazımı qaydada yerinə yetirməmiş, müqavilə şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçı MKT İK MMC məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 dövlət rüsumu cavabdehə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, MKT İK MMC-nin iddiası təmin edilməli, Cavabdeh 570 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq MKT İK MMC-nin hesabına ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 570 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq MKT İK MMC-nin nin xeyrinə ödənilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-40/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-40/2022
04.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver