Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-42/2024 29.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin yerquruluşunun təşkili şöbəsinin yerquruluşu üzrə mühəndisi Rahib Teymurovun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayon Mirzəhüseynli kənd ərazisində yerləşən 1.1272 ha torpaq sahəsinin 0.70 hektarından cavabdehlərin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon Notariat kontorunda bağlanmış 11 noyabr 2020-ci il tarixli alqı satqı müqaviləsinə əsasən Dövlət Reyestri Xidmətinin 09 dekabr 2020-ci il tarixli çıxarışına əsasən Göyçay rayon Mirzəhüseynli kənd ərazisndə yerləşən 1.1272 ha torpaq sahəsinin mülkiyyətçisidir. Həmin torpaq sahəsinin sərhədləri tam müəyyən edilmişdir. 2022-ci ilin oktyabr ayının əvvəlində heç bir razılığı olmadan cavabdehlər məhkəmə qərarını əlində əsas tutaraq mülkiyyətində olan torpaq sahəsinin 0.70 hektarını zəbt edərək istifadə edir. Cavabdehdən zəbt etdiyi torpağını boşaldılmasını tələb etsə də, cavabdeh tələblərinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini torpağının qanunsuz zəbtini davam etdirir. Bununla da mülkiyyət hüquqlarının bərpası və mülkiyyətində olan torpağının istifadəsinə qaytarılmasının təmin edilməsi məqsədi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsindən qanunsuz olaraq istifadə edir. Buna görə də onun mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı məxsus torpaq sahəsini zəbt etməmişdir. Buna görə də iddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə digər Cavabdeh1 Oqtay oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə Cavabdeh1 Oqtay oğlunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin yerquruluşunun təşkili şöbəsinin yerquruluşu üzrə mühəndisi Rahib Teymurov göstərmişdir ki, İddiaçı mülkiyyətində olan 1.1272 ha torpaq sahəsinin 0.58 ha hissəsinin Cavabdeh1 naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 1.46 ha torpaq sahəsi ilə üstüstə düşdüyü müyyən edilmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrində **********41 reyestr nömrəli qeydiyyata alınmış çıxarışdan görünür ki, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 1.1272 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki,Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrində **********41 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş, AA556485 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində əks olunan koordinatlarla müəyyənləşən 1.1272 ha torpaq sahəsinin 0.58 ha hissəsi baxış zamanı Cavabdeh1 naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 1.46 ha torpaq sahəsi ilə üst-üstə düşür.Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrində **********01 reyestr nömrəli çıxarışla Cavabdeh1 mülkiyyətinə verilmiş, A№ 331060 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində əks olunan koordinatlarla müəyyənləşən 1.25 ha torpaq sahəsinin 0.03 ha hissəsi baxış zamanı İddiaçı naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 0.51 ha torpaq sahəsi ilə üst-üstə düşür.Əlavə olaraq bildiririk ki, respublika ərazisində mülkiyyətə verilmiş torpaq sahələrində yaranan bu kimi sürüşmə və uyğunsuluqlarla bağlı “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı mövcuddur, sözügedən fərmana uyğun olaraq yaradılan “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na eləcədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2016-cı il tarixli 250s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqları elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritələrinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər PlanTna uyğun olaraq Göyçay rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmişdir. Müəyyənləşən koordinatlar əsasında tərtib edilən, idarənin elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında iddiaçının adına tərtib edilmiş **********41 reyestr nömrəli çıxarışın verilməsinə əsas olan JN-1596 nömrəli “Torpağa mülkiyyət hüququna X1” ilə verilmiş 1.13 ha torpaq sahəsi (faktiki 0.87 ha) iddiaçının baxış zamanı naturada göstərdiyi torpaq sahəsindən 22 m qərbdə təsbit edilərək göstərilmişdir. Ayrıca bildiririk ki, iddiaçının və cavabdehin mülkiyyətinə verilmiş torpaq sahələri yerləşən çevrədə torpaq azlığı mövcuddur. Bu səbəbdəndə Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatarında mülkiyyətə verilmiş torpaq sahələri sənəd üzrə göstərilən ölçüdən (hektardan) az göstərilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/1346 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrində **********41 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş, AA556485 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində əks olunan koordinatlarla müəyyənləşən 1.1272 ha torpaq sahəsinin 0.58 ha hissəsi baxış zamanı Cavabdeh1 naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 1.46 ha torpaq sahəsi ilə üst-üstə düşür.Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrində **********01 reyestr nömrəli çıxarışla Cavabdeh1 mülkiyyətinə verilmiş, A№ 331060 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində əks olunan koordinatlarla müəyyənləşən 1.25 ha torpaq sahəsinin 0.03 ha hissəsi baxış zamanı İddiaçı naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 0.51 ha torpaq sahəsi ilə üst-üstə düşür.Əlavə olaraq bildiririk ki, respublika ərazisində mülkiyyətə verilmiş torpaq sahələrində yaranan bu kimi sürüşmə və uyğunsuluqlarla bağlı “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı mövcuddur, sözügedən fərmana uyğun olaraq yaradılan “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na eləcədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2016-cı il tarixli 250s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqları elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritələrinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər PlanTna uyğun olaraq Göyçay rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmişdir. Müəyyənləşən koordinatlar əsasında tərtib edilən, idarənin elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında iddiaçının adına tərtib edilmiş **********41 reyestr nömrəli çıxarışın verilməsinə əsas olan JN-1596 nömrəli “Torpağa mülkiyyət hüququna X1” ilə verilmiş 1.13 ha torpaq sahəsi (faktiki 0.87 ha) iddiaçının baxış zamanı naturada göstərdiyi torpaq sahəsindən 22 m qərbdə təsbit edilərək göstərilmişdir. Ayrıca bildiririk ki, iddiaçının və cavabdehin mülkiyyətinə verilmiş torpaq sahələri yerləşən çevrədə torpaq azlığı mövcuddur. Bu səbəbdəndə Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatarında mülkiyyətə verilmiş torpaq sahələri sənəd üzrə göstərilən ölçüdən (hektardan) az göstərilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna Mirmalikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. "İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 1.1272 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlərin qanunsuz istifadə etdiyini iddia edir və cavabdehlərin mübahisəli torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddia tələbinin əsaslığını yoxlamaq üçün mülki iş üzrə mütəxəssis rəyinə əsasən ekspertizası təyin edərək, müvafiq rəy almış, həmin rəyə əsasən müəyyən edilmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 1.1272 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.58 ha hissəsi Cavabdeh1 qanunsuz istifadəsindədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun qanuni sahibliyində olan 1.1272 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.58 ha hissəsinin Cavabdeh1 istifadə etməsi, həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik və mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Bundan başqa məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, digər Cavabdeh2 tərəfindən iddiaçıya məxsus torpaq sahəsi istifadə edilmir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 qarşı qaldırılan hissədə təmin edilə bilməz. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçının iddiası qismən təmin edilməli, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrində **********41 reyestr nömrəli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətində olan 1.1272 ha torpaq sahəsinin 0.58 ha hissəsindən Cavabdeh1 çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı ödənilməli, iş üzrə ekspertiza xərci olan 100 manat Cavabdeh1 tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrində **********41 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan 1.1272 ha torpaq sahəsinin 0.58 ha hissəsindən Cavabdeh1 çıxarılsın. Dövlət rüsumu kimi ödənilmiş 100 manat Cavabdeh1 alınaraq İddiaçı verilsin. İş üzrə ekspertiza xərcləri olan 100 manat Cavabdeh1 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. İddia tələbi Cavabdeh2 qarşı qaldırılan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-42/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-42/2024
29.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver