Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-44/2021 01.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı suvarma arxının əvvəlki yerinə çəkilməsi və cavabdehin hesabına bərpa edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsində cavabdeh X1 İdarəsi tərəfindən qanunsuz olaraq qazılmış suvarma axının cavabdehin vəsaiti hesabına əvvəlki yerinə çəkilməsi və onun torpaq sahəsinin əvvəlki vəziyyətinə uyğun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər 01.11.2021-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasına gəlməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 268ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA A L D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı suvarma arxının əvvəlki yerinə çəkilməsi və cavabdehin hesabına bərpa edilməsi tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-44/2021
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-44/2021
01.11.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver