Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-453/2021 05.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə2 qzının və Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə1 iştirakı ilə, ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ləyaqətsiz vərəsə kimi vərəsəlik hüququndan məhrum edilməsi qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə2 iddianı müdafiə edərək göstərmişdir ki, iddiaçının qardaşı X1 27-də başlayan Vətən müharibəsində qəhrəmancasına iştirak etmiş və Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Fərid şəhid olmamışdan əvvəl Cavabdeh ilə olan nikaha son verilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və xx xxxxxxx 2020-ci il tarixinə məhkəmə iclası təyin edilmişdir. Lakin həmin vaxt Vətən müharibəsi dövrünə təsadüf etdiyindən və qardaşı könüllü olaraq cəbhəyə vətənin müdafiəsinə yollandığından, məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə təxirə salınmış, Göyçay Rayon Məhkəməsinin 2(046)-1205/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qəradadı ilə qardaşının vəfatı ilə əlaqədar iş üzrə icraata xitam verilmişdir. İddiaçının Cavabdeh Fərid ilə münasibəti son vaxtlar heç yaxşı olmamışdır. Belə ki, nikahın pozulması ilə əlaqədar müraciət etməzdən xeyli əvvəldən faktiki olaraq ayrı yaşamışlar. Aralarında baş vermiş mübahisələr Fəridin uzun müddət mənəvi sıxıntılar yaşamasına səbəb olmuşdur. Cavabdehlə Fərid arasında uzun müddətdən bəri mübahisələrin olmasına, bir-birlərindən ayrı yaşamalarına və sonda cavabdehin boşanma ilə bağlı məhkəməyə müraciət etməsinə baxmayaraq, qardaşı vəfat etdikdən və ona şəhidlik statusu verildikdən sonra cavabdeh birinci növbə qanun üzrə vərəsə kimi tanınmışdır. Belə ki, AR Ədliyyə Nazirliyi Göyçay Notariat Ofisi tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli №80 saylı məktub ilə Cavabdeh Fəridin vəfat edənədək nikahlarının pozulmaması ilə əlaqədar olaraq vərəsə hesab edilməsi nəzərdə tutulmuşdur. İddiaçının qardaşı istəməsə də cavabdeh Fəriddən boşanmağı uzun müddətdir ki, istəmiş və bununla bağlı məhkəməyə müraciət etmişdir. Pandemiya ilə əlaqədar karantin rejiminin tətbiqi, sonradan Vətən Müharibəsinin başlanması onların boşanma işinə məhkəmədə baxılmasının gecikməsinə, təxirə düşməsinə səbəb olmuşdur. xx xxxxxx 2020-ci il tarixində məhkəmə baxışı zamanı işə Fəridin vəfati ilə əlaqədar xitam verilməsi cavabdehin onun vərəsəsi kimi çıxış etməsinə və bununla əlaqədar əmlak tələbləri üzrə iddia irəli sürməsinə imkan vermişdir. Cavabdeh sağlığında Fərid ilə faktiki ayrı yaşamasına, onunla tez-tez mübahisə etməsinə baxmayaraq, onun şəhidlik statusu qazanması ilə əlaqədar olan səlahiyyətlərdən yararlanmaq istəyir. Cavabdeh mülki qanunvericiliyin tələblərinə əsasən, 1-ci növbə vərəsə olsa da, vərəsə olmaq üçün nəzərdə tutulan keyfiyyətləri özündə əks etdirmir. Belə ki, cavabdeh Fəridin son vaxtlarda mənəvi sıxıntı və iztirablarla yaşamasına, ömrünün son vaxtlarını kədər qəm-qüssə ilə keçirməsinə səbəb olmuşdur. Ona görə də cavabdehin hərəkətləri onun mülki qanunvericilikdə qeyd edilən ləyaqətsiz vərəsə kateqoriyasına aid edilməsinə əsas ver. Buna görə də Cavabdeh ləyaqətsiz vərəsə tanınmasına dair qətnamə qəbul edilməsin xahiş etmişdir. İş üzrə Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə1 iddianı qəbul etməyərək göstərmişdir ki, cavabdeh ilə mərhum X13 birgə yaşadıqları müddət ərzində mehriban yaşamışlar. Son vaxtlar aralarında yaranmış mübahisə ilə əlaqədar nikahın pozulması ilə əlaqədar cavabdeh məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən cavabdehə qarşı qaldırılan iddianı əsassız hesab edir. Ona görə ki, digər vərəsələrin vərəsəliyə çağrılmasına cavabdeh tərəfindən heç bir maneçilik törədilməmiş, cavabdehin ləyaqətsiz vərəsi hesab edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Buna görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmədə şahid qismində izahat vermiş X9 göstərmişdir ki, mərhum X18 onun qardaşı oğludur. Fərid ilə Elnarə 2017-ci il tarixdə nikah bağlamışlar. Evləndikdən sonra onlar cavabdehin valideyinlərinə məxsus evdə yaşamışlar. Bir müddət sonra aralarında münasibətlər soyumağa başlamışdır. Fərid Göyçaya qayıtmış, burda yaşamağa davam etmişdir. Bundan sonra cavabdeh nikahın pozulması ilə bağlı Göyçay rayon məhkəməsinə müraciət etmişdir. 2020-ci ilin oktyabr ayının əvvəlləri Fərid onlara gələrək könüllü olaraq hərbi xidmətə yazıldığını və Vətən Müharibəsində iştirak edəcəyini bildirmişdir. X15 yola salmışdır. Yola salarkən həmin gün cavabdeh orda olmamışdır. Fərid şəhid olduqdan sonra Elnarə onun yas mərasiminin 3-ü günü iştirak etmiş, lakin dəfndə iştirak etməmişdir. Hazırda cavabdeh şəhid statusundan istifadə etmək istəyir. İş üzrə məhkəmədə şahid qismində izahat vermiş X5 göstərmişdir ki, Fərid onun bacısı oğludur, mərhum X18 ilə Elnarə 2017-ci il tarixdə nikah bağlamışlar. Evləndikdən sonra onlar cavabdehin valideyinlərinə məxsus evdə yaşamışlar. Bir müddət sonra aralarında münasibətlər soyumağa başlamışdır. Fərid Göyçaya qayıtmış, burda yaşamağa davam etmişdir. Bundan sonra cavabdeh nikahın pozulması ilə bağlı Göyçay rayon məhkəməsinə müraciət etmişdir. 2020-ci ilin oktyabr ayının əvvəlləri X17 iştirak etmək üçün könüllü olaraq hərbi xidmətə getmişdir. Fəridi yola salarkən cavabdeh orda olmamışdır. Fərid şəhid olduqdan sonra Elnarə onun yas mərasimində iştirak etməmiş, cavabdehin atası, anası və bibisi yas mərasimində iştirak etmişdir. Hazırda cavabdeh şəhid statusundan istifadə etmək istəyir. İş üzrə tərəflərin nümayəndələrini dinləyən, təqdim edilmiş sübutları araşdıran və cavabdehin izahatını dinləyən məhkəmə hesab edir ki, iddia əsassızdır və aşağıdakılara görə təmin edilməməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Notariat kontoru tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə vəfat etmiş qardaşı X10 şəhid olması ilə əlaqədar şəhidlik statusunun imtiyazlarından istifadə etmək üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli ərizəsinə baxaraq bildiriilmişdir ki, ’’X6” AQİS-dən əldə etdikləri məlumata əsasən mərhum X2 Elnarə Elman qızı ilə rəsmi nikahda olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən 1159.1-ci Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.2-ci Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Məhkəmə baxışı zamanı Cavabdeh mərhum əri X3 iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi və bununla da özünün və özünə yaxın şəxslərin vərəsəliyə çağrılmasına və ya miras payların artırılmasına kömək göstərən və X3 iradəsinə qarşı qəsdən cinayət əməli törətməsi və ya ona qarşı əxlaqsız hərəkətlərə yol verməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektib, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ləyaqətsiz vərəsə kimi tanınmasına dair tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı Cavabdeh ləyaqətsiz vərəsə kimi tanınmasına dair tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim İbrahim Fəttahov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYÇAY RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 2300,_ Göyçay şəhəri, Tel:_(02027)_4-00-83 Faks: (02027)_4-00-83 N.Nərimanov küçəsi __56__ Elektron poçt:Elektron ünvan xx xxx 2018-ci il 2(046)-924/2018 X4, X11, X19, X12 və X21 Göyçay şəhəri M.Hüseynzadə küçəsi, ev 33, mənzil 17 Surəti: X7 və X8 Göyçay şəhəri Nizami küçəsi, dalan 3, ev 4 Surəti: Göyçay rayon Notariat Kontoruna Göyçay rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi məlumat üçün sizə göndərilir. Qoşma: « » vərəqədə Hakim: İbrahim Fəttahov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYÇAY RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 2300,_ Göyçay şəhəri, Tel:_(02027)_4-00-83 Faks: (02027)_4-00-83 N.Nərimanov küçəsi __56__ Elektron poçt:Elektron ünvan xx xxx 2018-ci il 2(046)-924/2018 X4, X11, X19, X12 və X21 Göyçay şəhəri M.Hüseynzadə küçəsi, ev 33, mənzil 17 Surəti: X7 və X8 Göyçay şəhəri Nizami küçəsi, dalan 3, ev 4 Surəti: Göyçay rayon Notariat Kontoruna Göyçay rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi məlumat üçün sizə göndərilir. Qoşma: « » vərəqədə Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-453/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-453/2021
05.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver