Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-455/2023 25.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakim Fəttahov İbrahim Bağır oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyənetdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 267,75 manat məbləğində icra ödənişi, 191,25 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı ASC tələbi belə əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin 14 noyabr 2014-cı il tarixli 2(046)-1208/2014 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “Avtomobil krediti müqaviləsi” üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilərək, cavabdeh X2 19.837,44 ABŞ dolları məbləğində əsas borc, 2236,80 ABŞ dolları məbləğində faiz borcu, 406,40 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 22.480,64 ABŞ dolları məbləğində kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı ASC-nin xeyrinə verilməsi, tələbin Cavabdeh məxsus «Chevrolet Cruze» markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yönəldilməsi, həmin avtomobil açıq hərracda satılması, ipoteka predmeti olan «Chevrolet Cruze» markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satışından əldə olunmuş pul vəsaiti hesabına İddiaçı ASC-yə ödənilməli olan borc və dövlət rüsumlarının əvəzinin ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Yasamal rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli, xx/xx-188724/5-3456 saylı sifariş məktubuna əsasən Cavabdeh məxsus «Chevrolet Cruze» markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil hərrac təşkilatçısı Bakı Hərrac Mərkəzi MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Lakin təkrar hərracın baş tutmaması səbəbindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmeti ipoteka saxlayana təklif olunmuşdur.Hərrac təşkilatçısı "xxxx" MMC-nin 28 aprel 2022-ci il tarixli 111/22 saylı “Hərracın yekunları barədə Protokolu”na əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq, Cavabdeh məxsus «Chevrolet Cruze» markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir.Hərrac təşkilatçısı "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 111/22 nömrəli hesab-fakturasında Cavabdeh məxsus «Chevrolet Cruze» markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması ilə əlaqədar 162.8 manat məbləğində xidmət haqqı və 29,17 (iyirmi doqquz manat on yeddi qəpik) manat məbləğində vergi ödənişinin (18 % ƏDV) ödənilməsi nəzərdə tutulmuşdur. 13 may 2022-ci il tarixli, ********* nömrəli ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin hesabına xx.xx.2022-ci il tarixli 111/22 saylı hesab-fakturaya əsasən hərrac xidmətinin dəyəri olaraq 162.8 manat məbləğində ödənilmişdir. 13 may 2022-ci il tarixli ********* nömrəli ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X1 hesabına xx.xx.2022-ci il tarixli EQ seriya EBBV №637541 əsasən 29,17 (iyirmi doqquz on yeddi qəpik) AZN manat məbləğində ƏDV ödənilmişdir. 20 may 2022-ci il tarixli ********* nömrəli ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X1 hesabına 267,75 (iki yüz altmış yeddi manat yetmiş beş qəp.) AZN manat məbləğində məhkəmə ödənişi ödənilmişdir.Qeyd olunan ödəniş tapşırıqlarından göründüyü kimi, 191,25 (yüz doxsan bir manat iyirmi beş qəpik) manat məbləğində hərracın keçirilməsi xərci və 267,75 (iki yüz altmış yeddi manat yetmiş beş qəpik) manat məbləğində icra ödənişi əvəzinə tələbkar İddiaçı ASC tərəfindən ödənilmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyinin tələbinə əsasən həm icra ödənişi, həm də icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədarçəkilən xərclər (hərracın keçirilməsi xərcləri) borclu tərəfindən ödənilir.. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbinə dair əsaslandırılmış etirazın, ona dair dəlillərin və onları təsdiq edən sənədlərin təqdim olunması barədə cavabdehə bildiriş göndərilsə də, o, bununla bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh X2 19.837,44 ABŞ dolları məbləğində əsas borc, 2236,80 ABŞ dolları məbləğində faiz borcu, 406,40 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 22.480,64 ABŞ dolları məbləğində kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı ASC-nin xeyrinə verilməsi, tələbin Cavabdeh məxsus «Chevrolet Cruze» markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yönəldilməsi, həmin avtomobil açıq hərracda satılması, ipoteka predmeti olan «Chevrolet Cruze» markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satışından əldə olunmuş pul vəsaiti hesabına İddiaçı ASC-yə ödənilməli olan borc və dövlət rüsumlarının əvəzinin ödənilməsi qət edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqlarının təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı ASC tərəfindən Bakı Hərrac Mərkəzi MMC-nin hesabına 191.25 manat ödəniş edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ASC tərəfindən Bakı şəhər Yasamal rayon İcra və Probasiya Şöbəsinin hesabına 162.08 manat icra ödənişi ödənilmişdir “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78.1 -ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Həmin Qanunun 79.1 -ci maddəsinə görə icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. Həmin Qanunun 79.2.1 -ci maddəsinin tələbinə əsasən borclunun əmlakının satılması icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aiddir. Həmin Qanunun 81.1-ci maddəsinin tələbinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. "İcra haqqında” Azərbaycan Respublikası Qanunun tələbindən göründüyü kimi, icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün təyin edilmiş müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra edildiyi halda, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin ödənilməsi borclunun öhdəliyinə aid edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 -ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinin tələbinə əsasən zərər bu Məcəllənin 21 -ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1 -ci maddəsinin tələbinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1 -ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC-nin iddiası təmin edilməli, Cavabdeh 267,75 manat məbləğində icra ödənişi, 191,25 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 267,75 manat məbləğində icra ödənişi, 191,25 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-455/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-455/2023
25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver