Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-481/2021 18.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh və nümayəndəsi (atası) Nümayəndə iştirakı ilə, cavabdehin yaşayış sahəsindən çıxarılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayonu Bığır kəndində yerləşən ümumi sahəsi 97.5 kv.m, yaşayış sahəsi 48 kv.m olan 2 otaqlı fərdi yaşayış evindən Cavabdeh və azyaşlı uşaqlarının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Göyçay rayon Bığır kəndində yaşayır, 1992-1994-cü illərdə hazırda mübahisəli olan Göyçay Rayonu Bığır kəndində yerləşən ümumi sahəsi 97.5kv.rn, yaşayış sahəsi 48 kv.m olan 2 (iki) otaqdan ibarət evi tikmiş və müvəqqəti olaraq bacısı X1 və ailə üzvləri ilə birgə yaşamasına icazə vermişdir. Sonra işləmək üçün Rusiya federasiyasına getmiş, 2009-cu ildə orada həbs olunmuşdur. 31 mart 2015-ci ildə Rusiyada həbsdən azad olunmuş, Azərbaycana qayıtmışdır. Həmin vaxt ərzində bacısı oğlu Roman Qəhrəmanov ailə qurmuşdur. Roman 2007-ci ildə cavabdehlə ailə qurmuş, rəsmi nikahlarından iki övladları anadan olmuşdur. 2014-cü ilin 16 dekabr Göyçay Rayon Məhkəməsinin qətnaməsi ilə rəsmi nikahları pozulmuşdur. Lakin 2014-cü ilə dək rəsmi nikahda olsalar da, faktiki olraq ayrı yaşamışlar, cavabdehin "evə köçürülmə" tələbinə dair iddia ərizəsi əsasında 2(046)-368/2012 saylı 18.04.2012- ci il tarixli qanunsuz olaraq Göyçay Rayon Məhkəməsinin qətnaməsi ilə təmin edilmiş, lakin icraat həyata keçirilməmişdir. 2015-ci ilin aprel ayında onların yenidən evləndiyini bilmiş, Cavabdeh bacısı oğlu ilə 2015-ci ilin mart ayının 17-də rəsmi nikaha valideyinlərinin təkidi ilə daxil olmuş, aprel ayinda Rusiyadan çıxaraq Göyçaya gəlmişdir. Rusiyada həbsxana illərində cavabdehin evinə qeydiyyata düşməsini, 2012-ci ildə evinə "evə köçürülmə" iddiası ilə məhkəmə qətnaməsi əsasında tələblər qoyulduğunu bilməmişdir. Evində ondan xəbərsiz qanunsuz tələblər irəli sürülmüşdür. Bacısı və yeznəsi Mahir onun evə köçürülmə tələbinə qarşı olsalar da, lakin iddia tələbi qaldıra bilməyiblər. Çünki ev onun adımadır, ona məxsusdur. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, Göyçay rayon Məhkəməsinin qətnaməsinə əsasən azyaşlı uşaqları ilə birlikdə həmin evə köçmüşdür. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəfləri dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X6 27.04.2021-ci il tarixli 136 nömrəli arxiv arayışında görünür ki, Göyçay rayon İcra Hakimiyyəti Başçısının Bığır kənd üzrə nümayəndəsinin Bığır kəndinə aid 1991-1995-ci illlərə dair təsərrüfatbaşına kitabın 694-cü təsərrüfatlarında X7 ailə başçısı olmaqla, öhdəsində 0.06 ha həyətyanı torpaq sahəsi, ümumi sahəsi 97.5 kv.m, yaşayış sahəsi 48 kv.m olan 2 otaqlı fərdi yaşayış evi və aşağıdakı tərkibdə ailə üzvləri vardır: X2, X3, X4 və X8. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X6 28.04.2021-ci il tarixli 137nömrəli arxiv arayışında görünür ki, Göyçay rayon İcra Hakimiyyəti Başçısının Bığır kənd üzrə nümayəndəsinin Bığır kəndinə aid 1986-1990-cı illlərə dair təsərrüfatbaşına kitabın 484-cü təsərrüfatlarında X18 ailə başçısı olmaqla, öhdəsində 0.25 ha həyətyanı torpaq sahəsi, ümumi sahəsi 56 kv.m fərdi yaşayış evi və aşağıdakı tərkibdə ailə üzvləri vardır: X9, İddiaçı, X11, X28, X12, X13. Göyçay rayon Məhkəməsinin 18.04.2012-ci tarixli 2(046)-18.04.2012-ci saylı qətnamədən görünür ki, Cavabdeh azyaşlı uşaqları X5 və X10 ilə birlikdə Göyçay rayonu Bığır kəndində yerləşən mübahisəli fərdi yaşayış evinə köçürülmüşdür. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Cavabdeh azyaşlı uşaqları ilə birlikdə Göyçay rayon Məhkəməsinin qətnaməsinə əsasən Göyçay rayonu İnçə kəndində yerləşən mübahisəli fərdi yaşayış evinə köçürülmüşdür. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin həmin evə köçürülməsinə dair qanuni qüvvəsini almış qətnamə olduğundan iddia təmin edilə bilməz. Məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh fərdi yaşayış evindən çıxarılmasına əsas ola bilən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 1707-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Göyçay rayonu Bığır kəndində yerləşən ümumi sahəsi 97.5 kv.m, yaşayış sahəsi 48 kv.m olan 2 otaqlı fərdi yaşayış evindən Cavabdeh azyaşlı uşaqları ilə birlikdə çıxarılması tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanalara əsasən və Azəbaycan Respublikası MPM-nin 216, 220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia rədd edilsin. İddiaçı Göyçay rayonu Bığır kəndində yerləşən ümumi sahəsi 97.5 kv.m, yaşayış sahəsi 48 kv.m olan 2 otaqlı fərdi yaşayış evindən Cavabdeh azyaşlı uşaqları ilə birlikdə çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-481/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-481/2021
18.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver