Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-484/2021 15.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Göyçay rayon Çayarxı kəndində yerləşən 0.52 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki,Göyçay rayon Aqrar-İslahat Komissiyasının 17.09.1998-ci il tarixli, 42 saylı qərarı ilə Göyçay rayonu Çayarxı kəndində mülkiyyətinə 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mülkiyyətində olan torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilmiş və qeyri-qanuni istifadə edilir. Bununla da onun həmin torpaq sahəsi üzərində mövcud olan mülkiyyət hüququ pozulmuşdur. Buna görə də tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsin xahiş etmişdir. İş üzrə cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatlarını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş Torpağa mülkiyyət hüququna dair JN-901 saylı dövlət aktından görünür ki, Göyçay rayonu Çayarxı kəndində 0.52 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş X1 və Ekspertiza Mərkəzi” MMC-nin 01.06.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Tədqiq olunan iş materiallarına əlavə edilmiş JN- 901 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı mülkiyyətinə verilmiş Göyçay rayonu Çayarxı kəndində yerləşən 0,52 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilmir. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 06.08.2021-ci il tarixli 10/3080 saylı ekspert rəyindən görünür ki, X1 və Ekspertiza Mərkəzi” MMC-nin mütəxəssisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssisi rəyinə əsasən Tədqiq olunan iş materiallarına əlavə edilmiş JN-901 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı mülkiyyətinə verilmiş Göyçay rayonu Çayarxı kəndində yerləşən 0,52 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilmir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ekspert rəyinə əsasən JN-301 saylı dövlət aktına əsasən iddiaçının paylı mülkiyyətinə verilmiş 0.52 ha torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilməmişdir. Məhkəmə baxışı zamanı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən paylı mülkiyyətində olan torpaq sahəsinin zəbt edildiyinə dair heç bir mötəbər sübutu məhkəmə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə ekspertiza xərci olan 50 manat İddiaçı tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia rədd edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətində olan 0.52 ha torpaq sahəsinin boşaldılması barədə tələbi təmin edilməsin. İş üzrə ekspertiza xərci olan 50 manat İddiaçı alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamənin icrası məhkəmə xərclərinə dair hissədə Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-484/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-484/2021
15.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver