Məhkəmə qərarları › İş №2(046)-498/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-498/2021

18.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-498/2021 18.03.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədirliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair mülki işə Göyçay şəhərində xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1998-ci il tarixdə Göyçay rayonu Qarabaqqal kəndində anadan olmasına dair doğum aktı qeydinin bərpa edilməsi, doğum aktı qeydində atasının X3, anasının Maraqlı şəxs2 qeyd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Ərizəçi məhkəmə baxışınin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, Ərizəçi 2-ci Qarabağ müharibəsi zamanı döyüşdə yaralandığından məhkəmə baxışında iştirak edə bilməyəcəyini telefon vasitəsi ilə bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi ərizəsini belə belə əsaslandırmışdır ki, xx.xx.1998-ci il tarixdə Göyçay rayonu Qarabaqqal kəndində anadan olmuşdur. X1, anası Maraqlı şəxs2dır. 2-ci Qarabağ müharibəsi zamanı döyüşdə yaralandığından və hərbi hospitalda müalicə oldunduğundan, ondan şəxsiyyət vəsiqəsini istəmişlər, lakin onun şəxsiyyət vəsiqəsi olmadığından sənəd təqdim edə bilməmişdir. Doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxs1nə müraciət etmiş, lakin doğum aktı qeydi tapılmamışdır. Məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bu barədə arxiv sənədləri olmadığından şəxsiyyət vəsiqəsi ala bilmir. Evdə anadan olduğundan doğumu qeydə alınmamış, buna görə də doğum aktı qeydi mövcud deyildir. xx.xx.1998-ci il tarixdə Göyçay rayonu Qarabaqqal kəndində anadan olması faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamədə atasının X3, anasının Maraqlı şəxs2 qeyd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı tərəf Maraqlı şəxs1nə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir.. Məhkəmə maraqlı tərəf Göyçay rayonu Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində izahat vermiş Şahid göstərmişdir ki, Ərizəçi onun qardaşının oğludur. Ərizəçi atası Polad vəfat etmişdir. Fəyad 1998-ci il tarixdə Göyçay rayonu Qarabaqqal kəndində anadan olmuşdur. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Təqdim edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Maraqlı şəxs2 xx.xx.1990-cı il tarixdə nikah bağlamışlar. Təqdim edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Təqdim edilmiş Göyçay Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli 05/11-72 nömrəli arayışdan görünür ki, X2 xx.xx.1998-ci il tarixdə doğum aktı qeydi şöbənin arxivində tapılmamışdır. Təqdim edilmiş SC ******* saylı hərbi biletdən görünür ki, Ərizəçi xx.xx.2020-ci il tarixdə Vətən Müharibəsində iştirak etmişdir. Təqdim edilmiş Göyçay rayonu Qarabaqqal kənd İnzibati Ərazi Vahidliyi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi xx.xx.1998-ci il tarixdə Göyçay rayonu Qarabaqqal kəndində anadan olmuşdur. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Ərizəçi doğum faktının müəyyən edilməsini başqa qaydada əldə edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə ilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.1998-cici il tarixdə Göyçay rayonu Qarabaqqal kəndində anadan olmasına dair doğum aktının bərpa edilməsi faktının müəyyən edilməsi barədə tələbi qanuna uyğun olduğundan təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1998-ci il tarixdə Göyçay rayonu Qarabaqqal kəndində anadan olması və doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. Bu qətnamə Ərizəçi doğum aktının müəyyən edilməsi və doğum aktı qeydində atasının X3, anasının Maraqlı şəxs2 qeyd edilməsi üçün əsasdır. Qətnamənin icrası Maraqlı şəxs1nə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov `

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar