Məhkəmə qərarları › İş №2(046)-50/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-50/2020

06.11.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-50/2020 06.11.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh2 və maraqlı tərəf ƏMDK-nin yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi idarəsinin nümayəndəsi X7 iştirakı ilə, tikilinin sökülməsi, tikinti işlərinin dayandırılması və cavabdehlərin yenidən torpaq sahəsinə daxil olmağa qadağa qoyulması tələbinə dair ilk iddia ərizəsi və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 23 m2 hissəsində cavabdehlər tərəfindən inşa edilmiş tikilinin sökülməsi, 23 m2 torpaq sahəsində cavabdehlər tərəfindən tikinti işlərinin aparılması və cavabdehlərə yenidən həmin torpaq sahəsinə daxil olmalarına qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh1 qarşılıqlı iddia verərək, ünvan 2 (hazırda 71) saylı ünvanda yerləşən 855 m2 həyətyanı torpaq sahəsindən 235 m2 torpaq sahəsinin İddiaçı adına verilmiş həyətyanı torpaq sahəsinin qeydiyyatının ləğvi və həmin torpaq sahəsinə dair DƏDRX-nin 16 saylı Ucar rayon Ərazi İdarəsi tərəfindən verilmiş A seriyalı 285741 nömrəli xx.xx.2017-ci il tarixli **********05-10301 saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ilkin iddianı müdafiə edərək qarşılıqlı iddianı qəbul etməyərək göstərmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı xx.xx.2017-ci il tarixli çıxarış əsasında ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evi onun, X8 və X1 paylı mülkiyyətindədir. Mülkiyyətində olan fərdi yaşayış evi ilə həmsərhəd ərazidə Cavabdeh1 və mərhum X4 xüsusi mülkiyyətində olan və 0.617 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi vardır. Hüquqların dövlət qeydiyyatına aparan DƏDRX-nin Ucar ərazi İdarəsi tərəfindən hər iki fərdi yaşayış evinə texniki pasport tərtib etmiş, sözügedən fərdi yaşayış evinin yerləşdiyi ərazini, sərhədlərini, eləcə də torpaq sahəsinin döngə nöqtələrini müffəsəl təsvir etmişdir. Lakin bütün bunlara baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə sərhədi müəyyən etmək məqsədi ilə mərz çəkmək niyyətinə düşmüş və bu məqsədlə ərazidə tikinti işləri aparmağa başlamışlar. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 23 m2 hissəsi cavabdehlər tərəfindən zəbt edilərək mərz çəkilmişdir. Tikinti gedən ərazi ilə tanış olarkən məlum olmuşdur ki, cavabdehlər hər iki texniki pasportda göstərilən sərhəd ərazisindən deyil, onun, eləcə də digər payçıların xüsusi mülkiyyətində olan torpaq sahəsini zəbt edərək, mərz çəkirlər. Cavabdehlərə etdikləri özbaşnalığa son qoymaları barədə xəbərdarlıq etdiyinə baxmayaraq bir nəticəsi olmamışdır. Hesab edir ki, Cavabdeh1 ona qarşı qaldırdığı DƏDRX-nin 16 saylı Ucar rayon Ərazi İdarəsi tərəfindən verilmiş A seriyalı 285741 nömrəli xx.xx.2017-ci il tarixli **********05-10301 saylı çıxarışın etibarsız hesab edilməsi tələbinin heç bir əsası yoxdur. Buna görə də tələbinin təmin edilməsini qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə Cavabdeh1 əvvəlki məhkəmə baxışlarında iddianı qəbul etməmiş, qarşılıqlı iddia tələbini müdafiə edərək göstərmişdir ki, xx xxxx 1991-cı ildə ata nənəsi X12 Göyçay şəhəri 61 saylı (hazırda 71 saylı) ünvanda yerləşən evi və həyətyani torpaq sahəsini ona vəsiyyət etmişdir. Vəsiyyətnamə əsasında xx xxxxxx 2006-cı ildə mənə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və onun əsasında Ucar rayonun ərazi idarəsi tərəfindən çıxarış verilmişdir. Buna baxmayaraq iddiaçı Göyçay rayon məhkəməsində ona qarşı iddia qaldıraraq vəsiyyətnamənin etibarsız hesab edilməsi, vərəsəlik hüququ haqqında şahadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsini tələb etmişdir. Uzun müddətli məhkəmələrdən sonra Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2016 -cı il tarixli (iş №2/102/-2880/2016) qərarı ilə iddiaçının ona qarşı qaldırdığı iddiası təmin edilməmişdir. X27 tərəfindən ona vəsiyyət edilmiş ev 1 mərtəbəli və 1 otaqlı və həyətyani torpaq sahəsinin ölçüsü 855 kv.m. ibarətdir. Lakin, həmin torpaq sahəsinin 235 kv.m. hissəsinə görə qonşuluqda yaşayan cavabdehin adına qanunsuz olaraq torpaq qeydi aparılıb və ona bu torpağa dair çıxarış verilib. Bu məsələ ilə bağlı rəsmi olaraq həmin torpağın sənədləri ilə birlikdə Ucar rayon ərazi idarəsinə müraciət etmişdir. Lakin, 16 saylı Ucar ərazi idarəsinin xx xxxxxx 2019-cu il tarixli, **********33 nömrəli məktubunda qeyd olunur ki, “müraciətinizdə qeyd etdiyiniz 855,8 kv.m torpaq sahəsinin çıxarış verilməsi ilə bağlı bildirik ki, iddia etdiyiniz 235 kv.m torpaq sahəsi daxil olmaqla 0.0832 ha torpaq sahəsinə Göyçay rayon X19 xx.xx.1999-cu il tarixli 50 nömrəli qərarı ilə A seriyalı, ******* nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. ünvan 4 ünvanında yerləşən Göyçay rayon X19 xx.xx.1999-cu il tarixli 50 nömrəli qərarı ilə A seriyalı, 285741 nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd edilmiş 0.0832 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət üzrə digər mülkiyyətçilərə xx.xx.2017-ci il tarixli **********05-10301 reyestr nömrəli çıxarış və texniki pasport verilmişdir ”. Hesab edir ki, X27nın mülkiyyətində olan 855,8 kv.m. həyətyanı torpaq sahəsindən 235 kv.m torpaq sahəsi qanunsuz və əsassız olaraq cavabdehin mülkiyyətinə verilmişdir. Hesab edir ki, iddiaçının hazırda onun mülkiyyətində olan torpaq sahəsində hasar çəkilməsinə qadağa qoyulması barədə qaldırdığı iddia əsassızdır. Buna görə də qarşılıqlı iddianın təmin ilkin iddianın isə rədd edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, oğlu Cavabdeh1 mülkiyyətində olan ünvan 1A ünvanında yerləşən 0.0617 ha torpaq sahəsində hasar çəkdirmək məqsədilə tikinti işlərinə başlamışdır. Həmin torpaq sahəsinə aparılan tikinti işlərinə qonşuluqda yaşayan İddiaçı maneə yaradır. Həmin torpaq sahəsi onun mülkiyyətində olmadığından hesab edir ki, ona qarşı qaldırılan iddia tam əsassızdır və rədd edilməlidir. İş üzrə maraqlı tərəf ƏMDK-nin yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi idarəsinin nümayəndəsi X16 izahat verərək göstəmişdir ki, X9 DƏDRX -nin 16 saylı Ucar ərazi idarəsinə müraciəti əsasında ona ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinə xx.xx.2017-ci il qeydiyyat tarixli **********05-10301 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. Texniki pasportda yaşayış evinin sənəd üzrə torpaq sahəsi 832.48 kv.m, faktiki sahəsi 1449 kv.m göstərilmişdir. Verilmiş çıxarışa əsasən yaşayış evinin istifadəsindəki 832.48 kv.m mülkiyyətə verilmiş qalan 617 kv.m torpaq sahəsi isə istifadədə olan bələdiyyə mülkiyyəti kimi qeyd edilmişdir. Çıxarışa əsasən fərdi yaşayış evi 1/2 hissə və 1/3 hissə torpaq sahəsi X13 , fərdi yaşayış evinin 1/2 hissə və 1/3 hissə torpaq X14 1/3 hissə torpaq sahəsi X3 bölünmüşdür. Göyçay rayon Notariat kontorunun xx xxxxxx 1987-ci il tarixli qanuni vərəsəlik hüququ haqqında şəhadətnamədə paylar yalnız X17 və X18 arasında bərabər hissədə bölünməsinə baxmayaraq yuxarıda qeyd olunan çıxarışda X8 həyat yoldaşı X2 adına 1/3 hissə torpaq sahəsi göstərilmişdir. xx.xx.2017-ci il tarixdə İddiaçı Göyçay şəhər bələdiyyəsinə ərizə ilə müraciət edərək 1954-cü ildən istifadəsində olan 617 kv.m torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsi tərəfindən ünvan 1 A ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə dair Göyçay şəhər bələdiyyəsinin adına xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və xx.xx.2017-ci il tarixli, A seriyalı 192427 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Göyçay şəhər bələdiyyəsi xx.xx.2018ci il tarixdə 37 saylı məktubla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsinə müraciət edərək yuxarıda qeyd edilən ünvan 10 ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və xx.xx.2017-ci il tarixli A seriyalı 192427 nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi ilə bağlı xahiş etmişdir. DƏDRX-nin 16 saylı Ucar ərazi idarəsi Göyçay şəhər bələdiyyəsinə xx xxxxxx 2019-cu il tarixli, **********215 saylı məktub göndərərək ünvan 11 A ünvanda yerləşən 0.06 ha torpaq sahəsinə verilmiş xx.xx.2017-ci il tarixli **********82 saylı Reyestrdən çıxarışı və AN 192427 nömrəli torpaq sahəsinin plan və ölçüsünün ləğv olunduğunu bildirmişdir. xx.xx.2018-ci il tarixdə DƏDRX-nin 16 saylı Ucar ərazi idarəsinin nümayəndələri və X9 iştirakı ilə əraziyə baxış keçirilərək akt tərtib edilmişdir. Akta qeyd edilir ki, İddiaçı məxsus ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinə xx.xx.2017-ci il tarixdə verilmiş **********05-10301 reyestr nömrəli texniki pasportda qeyd olunan 0.08324 ha torpaq sahəsinin 0.0202 ha hissəsinin texniki səhv olaraq xx.xx.2006-cı il tarixdə **********22- 10301 nömrəli reyestrdən çıxarışa əsasən ünvan 12 saylı ünvanda yerləşən X4 adına verilmiş texniki pasportda göstərilmiş torpaq sahəsilə üst üstə düşməsi halı müəyyən edilmişdir. Bu məqsədlə tərtib edilmiş aktda İddiaçı məxsus M.Ə.Rəsulzadə küçəsi 69 saylı ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportunun dəişdirilməsi məqsədə müvafiq sayılmışdır.Müvafiq kordinatlar vurulmuş və İddiaçı da aktı imzalamışdır. X13 verilmiş xx.xx.2017-ci il tarixli **********05-10301 reyestr nömrəli texniki pasport ondan alınaraq xx.xx.2018 ci il tarixdə **********05-10301 reyestr nömrəli yeni texniki pasport verilmişdir. İddiaçı verilmiş yeni texniki pasportda mülkiyyətinə verilmiş torpaq sahəsinin ölçüləri əvvəlki texniki pasportda göstərildiyi kimi 832.48 kv.m göstərilsə də xx.xx.2017-ci i tarixdə verilmiş texniki pasportda onun istifadəsində göstərilmiş bələdiyyə mülkiyyətində olan 617 kv.m torpaq sahəsi göstərilməmişdir. Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə **********53- 10301 saylı çıxarış və texniki pasport hazırlanmışdır. Texniki pasportda torpaq sahəsinin ölçüsü 617 kv.m göstərilmişdir. Lakin Cavabdeh1 hazırlanmış çıxarış və texniki pasportu götürməkdən imtina etmişdir. İmtinanın səbəbi kimi ona verilmiş xx.xx.2006-cı il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədə torpaq sahəsi 0.0855 ha göstərilməsinə baxmayaraq hazırlanmış texniki pasport da torpaq sahəsi 0.0617 ha göstərilməsidir. Cavabdeh1 tələb edir ki, əmisi X9 adına Göyçay rayon İslahat komissiyasının xx.xx.1999-cu il tarixli 50 nömrəli qərarı ilə verilmiş A288741 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədləri ləğv edilməli və çatışmayan 0.0238 ha torpaq sahəsi ona məxsus 0.0617 ha torpaq sahəsinə əlavə edilməlidir. Lakin keçirilmiş məhkəmə proseslərindən və yazdıqları iddia ərizələrindən məlum olur ki, Cavabdeh1 iddia etdiyi 0.0238 ha torpaq sahəsi mərhum atası tərəfindən qonşuluqlarında yaşayan dayılarının həyətyanı torpaq sahələrinə gediş- gəliş yolunun açılması məqsədilə dayısı X20 verilmişdir. X13 və Cavabdeh1 verilmiş texniki pasportları müqayisəli şəkildə təhlil edərkən məlum olur ki, hər iki texniki pasportda konfiqurasiya dəyişikliyi edilmişdir. X13 verilmiş texniki pasportda onun istifadəsində olmuş, bələdiyyə mülkiyyəti hesab edilən torpaq sahəsini böyük hissəsi onun texniki pasportundan çıxarılmışdır. Həmin torpaq hissəsi Cavabdeh1 verilməsi nəzərdə tutulmuş texniki pasportda ona məxsus torpaq sahəsi kimi göstərilmişdir. İş üzrə tərəflərin izahatlarını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ilk iddia və qarşılıqlı iddia rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıхarışdan görünür ki,ünvan 14 A saylı ünvanda, 0.0617 ha torpaq sahəsi ½ hissədə Cavabdeh1 və ½ hissədə X5 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıхarışdan görünür ki, ünvan 14 saylı ünvanda, 0.083248 ha (yaşayış məntəqələrinin tоrpaqları kateqоriyasına aid) torpaq sahəsində yerləşən ümumi sahəsi 69.5 m2 olan fərdi yaşayış evi хüsusi mülkiyyəti kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2020-cu il tarixli rəy və sxem mülki işə əlavə edilmişdir. Mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərci 251.70 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli 31185 saylı rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Ağsu LTİ-nin mütəxəssis rəyində aşağıdakılar qeyd olunur: - Daşınmaz Əmlakın Dövlət reyestrindən RX ******* saylı çıxarışına əsasən iddiaçı X6 mülkiyyətində olan ünvan 16 saylı ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.083248 hektar həyətyanı torpaq sahəsinin 25 m2 hissəsi cavabdehlər tərəfindən naturada istifadə edilir. - Daşınmaz Əmlakın Dövlət reyestrindən RX ******* saylı çıxarışına əsasən iddiaçı X6 mülkiyyətində olan ünvan 16 saylı ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.083248 hektar həyətyanı torpaq sahəsinin şimal-qərb hissəsində tikinti işləri aparılır. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır. Aparılmış ekspertizanın dəyəri 50 manat təşkil edir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən aparılan tikinti işlərinin dayandırılmasını, tikililərin sökülməsini və cavabdehlərin mübahisəli torpaq sahəsinə daxil olmalarına qadağa qoyulmasını tələb edir.Qarşılıqlı iddia tələbi üzrə Cavabdeh1 İddiaçı adına verilmi xx.xx.2017-ci il tarixli Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsini tələb edir. Məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflər arasında 0.0238 ha torpaq sahəsi ilə bağlı mübahisə yaranmışdır. Qeyd edilən torpaq sahəsinin İddiaçı onun mülkiyyətinə verilmiş torpaq sahəsinə aid olduğunu iddia edir. Cavabdeh1 isə həmin torpaq sahəsinin İddiaçı mülkiyyətinə daxil edilməsini əsassız hesab edərək, onun mülkiyyətinə aid edilməli olduğunu iddia edərək, İddiaçı adına verilmiş xx.xx.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsini tələb edir. Məhkəmə hesab edir ki, mübahisəli 0.0238 ha torpaq sahəsi tərəflərin mülkiyyətində olmadığından iddia və qarşılıqlı iddia əsassız hesab edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı İddiaçı cavabdehlər tərəfindən onun mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinin aparıldığına dair, eləcə də qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 İddiaçı adına verilmiş xx.xx.2017-ci il tarixli Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməli, mütəxəssis rəyinin verilməsinə çəkilmiş 251.70 manat məhkəmə xərcinin yarısı, yəni 125.85 manatı Cavabdeh1, 125.85 manatı isə İddiaçı tutularaq Kadastr və X24 Mərkəzinin hesabına keçirilməli, iş üzrə ekspertiza xərci olan 50 manat pulun 25 manatı İddiaçı, 25 manatı isə Cavabdeh1 tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 23 m2 hissəsində cavabdehlər tərəfindən inşa edilmiş tikilinin sökülməsi, 23 m2 torpaq sahəsində cavabdehlər tərəfindən tikinti işlərinin aparılması və cavabdehlərə yenidən həmin torpaq sahəsinə daxil olmalarına qadağa qoyulması barədə tələbi təmin edilməsin. Qarşılıqlı iddia rədd edilsin. Cavabdeh1 cavabdeh İddiaçı qarşı ünvan 2 (hazırda 71) saylı ünvanda yerləşən 855 m2 həyətyanı torpaq sahəsindən 235 m2 torpaq sahəsinin İddiaçı adına verilmiş həyətyanı torpaq sahəsinin qeydiyyatının ləğvi və həmin torpaq sahəsinə dair DƏDRX-nin 16 saylı Ucar rayon Ərazi İdarəsi tərəfindən verilmiş A seriyalı 285741 nömrəli xx.xx.2017ci il tarixli **********05-10301 saylı çıxarışın etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 251.70 manat məhkəmə xərcinin yarısı, yəni 125.85 manatı Cavabdeh1, 125.85 manatı isə İddiaçı İddiaçı alınaraq Kadastr və X24 Mərkəzinin VÖEN **********, AZ 37NABZ******************** nömrəli hesabına keçirilsin. İş üzrə ekspertiza xərcləri olan 50 manat pulun 25 manatı İddiaçı, 25 manatı isə Cavabdeh1 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar