Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-50/2025 16.01.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan evdən və torpaq sahəsindən payın naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay şəhəri 20 Yanvar küçəsi 51 saylı ünvanda yerləşən fərdi yaşayış evində və həmin evin yerləşdiyi torpaq sahəsində olan 12/14 payının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(046)-877/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Göyçay şəhəri 20 Yanvar küçəsi 51 saylı ünvanda yerləşən 0,0443 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinin X6 məxsus miras əmlak olan 3/4 hissənin 1/14 hissəsinə Cavabdeh, 1/14 hissəsinə X2 və 12/14 hissəsinə isə İddiaçı payının müəyyən edilməsi, eləcə də həmin əmlak üzərində onların paylarına uyğun vərəsəlik hüquqlarının tanınması qət edilmişdir. Məhkəmənin sözügedən qətnaməsi qanuni qüvvəsini almış, icra edilməsi üçün Göyçay rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra vərəqəsi əsasında DƏDKR PHŞ 16 saylı ünvan 1 ünvanda yerləşən 0,0443 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evi üzərində Cavabdeh 1/14, X2 1/14, mənim isə 12/14 hissəyə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə cavabdehin payı müəyyən edilsə də, lakin sonuncu heç bir əsas olmadan onun payına düşən hissədən də istifadə edir. Bu barədə aralarında mübahisələr yaranmış, hələdə cavabdeh öz qanunsuz hərəkətlərini davam etməkdə israrlı dayanmışdır. Mülkiyyətində olan evdən cavabdehin yaratdığı maneələr səbəbindən təyinatı üzrə istifadə edə bilmir. Cavadehlə paylı mülkiyyətdə olan fərdi yaşayış evindən və həmin evinin yerləşdiyi torpaq sahəsindən payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiyi üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdi və məhkəmədən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh oğu iddianı qəbul etmədi, izahat verərək bildirdi ki, torpaq sahəsi və fərdi yaşayış evinin bölgüsü düzgün aparılmamış və onun da həmin evdə payı vardır. O, mübahisəli evdə ailəsi ilə birlikdə yaşayır. Əvvəllər iddiaçı ilə razılığa gəlmişlər ki, iddiaçı ona şəhərdən 2 ha torpaq sahəsi alıb fərdi yaşayış evi tikməyə köməklik etdikdən sonra ayrılacaq. Daha sonra aralarında mübahisələr olmuş və razılığa gəlməmişlər. Məhkəmə iclasına dəvət edilərək dindirilmiş ekspert X10 bildirdi ki, tikinti-texnik ekspertizasının təyin olunmasına dair Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının icrası ona həvalə edilmiş və iş üzrə 27 noyabr 2024-cü il tarixli 10/8409 saylı rəy vermişdir. Tədqiqat prosesinin təsviri hissəsində Göyçay şəhəri, 20 yanvar küçəsi 51 saylı fərdi yaşayış evində X2 payı texniki səhv olaraq 1/4 hissə, torpaq sahəsində isə 1/4 hissə göstərmişdir. Göyçay şəhəri, 20 yanvar küçəsi 51 saylı fərdi yaşayış evində X2 payı 1/14 hissə, torpaq sahəsində isə 1/14 hissədir. Rəyin nəticə hissəsinə əsasən rəyin tədqiqat hissəsində göstərilənləri o cümlədən ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin 3 tərəfdən qonşu sahələrlə, bir tərəfdən yol ilə əhatə olunduğunu, fərdi yaşayış evinin və köməkçi tikililərin torpaq sahəsində yerləşmə vəziyətini, yardımçı tikililərin sayını, otaqların yerləşmə vəziyyətini nəzərə alaraq, həmin fərdi yaşayış evindən və torpaq sahəsindən İddiaçı mülkiyyətində olan 12/14 hissəsinin naturada ayrılmasının, eyni zamanda yaşayış evinin və torpaq sahəsinin mülkiyyətçilərin paylarına uyğun real bölgüsünün “AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normaları”-nın 5.2, 5.5., 5.6., 5.7. və 5.8. bəndlərində göstərilənlərə və “Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasının tələblərinə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını, ekspertin fikrini nəzərə alıb, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməməldir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Əmlka Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin 14 aprel 2022-ci il tarixli texniki pasport un surətindən görünür ki, Göyçay şəhəri, 20 yanvar küçəsi 51 saylı evdə hüquq subyektləri İddiaçı payı 12/14, X11 payı ¼, Cavabdeh payı 1/14 və X2 payı 1/14-dir. Azərbaycan Respublikası Əmlka Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, Göyçay şəhəri, 20 yanvar küçəsi 51 saylı fərdi yaşayış evində İddiaçı payı 12/14 hissə və 12/14 hissə torpaq sahəsi, X11 fərdi yaşayış evində 1/4 hissə və torpaq sahəsində 1/4 hissə, Cavabdeh fərdi yaşayış evində payı 1/14 hissə və torpaq sahəsi 1/14 hissə, X2 fərdi yaşayış evində payı 1/14 hissə, torpaq sahəsi 1/14 hissədir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1996-cı ildə anadan olmuşdur. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2022-ci ildə vəfat etmişdir. Göyçay rayon İHB-nın şəhər inzibati ərazi nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X14 ailə üzvləri; yoldaşı X23, oğulu X24, oğlu X19, qızı X7r. Göyçay rayon İHB-nın şəhər inzibati ərazi nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh ailə üzvləri; yoldaşı X1, qızları X8, X3, X15, X12, X4, oğlanları X20, X13r. Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat vərəqəsindən görünür ki, X1 ikinci dərəcəli əlildir. ********** saylı qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 noyabr 2024-cü il tarixli 10/8409 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri o cümlədən ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin 3 tərəfdən qonşu sahələrlə, bir tərəfdən yol ilə əhatə olunduğunu, fərdi yaşayış evinin və köməkçi tikililərin torpaq sahəsində yerləşmə vəziyətini, yardımçı tikililərin sayını, otaqların yerləşmə vəziyyətini nəzərə alaraq, həmin fərdi yaşayış evindən və torpaq sahəsindən İddiaçı mülkiyyətində olan 12/14 hissəsinin naturada ayrılmasının, eyni zamanda yaşayış evinin və torpaq sahəsinin mülkiyyətçilərin paylarına uyğun real bölgüsünün “AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normaları”-nın 5.2, 5.5., 5.6., 5.7. və 5.8. bəndlərində göstərilənlərə və “Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasının tələblərinə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olundu. Aparılmış tədqiqatın dəyəri 100 manatdır. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 220.1-ci maddəsinə əsaən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsuslu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsı və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə görə isə bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətcisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətcilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. “İnsan Hüquqları və X9 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 220-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair: 04 aprel 2014-cü il tarixli qərarından müəyyən edilir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyanı almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Həmin qərarının 2-ci bəndindən müəyyən edilir ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbayçan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrinində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümükündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** saylı qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci ildə qeydiyyata alınmış çıxarışa əsasən, Göyçay şəhəri, 20 yanvar küçəsində, 0,0443 ha torpaq sahəsində, ümumi sahəsi 260,9 kv.metr olan 51 saylı fərdi yaşayış evində İddiaçı payı fərdi yaşayış evinə görə 12/14 hissə və torpaq sahəsinə görə 12/14 hissə, X11 payı fərdi yaşayış evinə görə 1/4 hissə və torpaq sahəsinə görə 1/4 hissə, Cavabdeh payı fərdi yaşayış evinə görə 1/14 hissə və torpaq sahəsinə görə 1/14 hissə, X2 payı fərdi yaşayış evinə görə 1/14 hissə və torpaq sahəsinə görə 1/14 hissə müəyyən edilmiş və payçıların adlarına sənədlşdirilmişdir. Paylı mülkiyyətçi olan iddiaçı və cavabdeh arasında həmin daşınmaz əmlaklarla bağlı mübahisə yarandığından iddiaçı payların naturada ayrılması barədə məhkəmədə iddia qaldırmışdır. Mübahisə predmeti fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsindən iddiaçının payının naturada ayrılmasınının həlli xüsusi bilik tələb etdiyindən, məhkəmə qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmədə elan olunmuş 27 noyabr 2024-cü il tarixli 10/8409 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri o cümlədən ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin 3 tərəfdən qonşu sahələrlə, bir tərəfdən yol ilə əhatə olunduğunu, fərdi yaşayış evinin və köməkçi tikililərin torpaq sahəsində yerləşmə vəziyətini, yardımçı tikililərin sayını, otaqların yerləşmə vəziyyətini nəzərə alaraq, həmin fərdi yaşayış evindən və torpaq sahəsindən İddiaçı mülkiyyətində olan 12/14 hissəsinin naturada ayrılmasının, eyni zamanda yaşayış evinin və torpaq sahəsinin mülkiyyətçilərin paylarına uyğun real bölgüsünün “AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normaları”-nın 5.2, 5.5., 5.6., 5.7. və 5.8. bəndlərində göstərilənlərə və “Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasının tələblərinə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Məhkəmə tərəflər arasında payın naturada ayrılması barədə razılığın olmamasını və iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 27 noyabr 2024-cü il tarixli 10/8409 saylı ekspert rəyini nəzərə alıb hesab edir ki, Göyçay şəhəri 20 Yanvar küçəsi 51 saylı ünvanda yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi torpaq sahəsindən iddiaçının payının naturada ayrılması mümkün deyildir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı Göyçay şəhəri 20 Yanvar küçəsi 51 saylı ünvanda yerləşən fərdi yaşayış evində və həmin evin yerləşdiyi torpaq sahəsində olan 12/14 payının naturada ayrılması tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul iddiaçıdan alınaraq dövlət nəfinə verilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Göyçay şəhəri 20 Yanvar küçəsi 51 saylı ünvanda yerləşən fərdi yaşayış evində və həmin evin yerləşdiyi torpaq sahəsində olan 12/14 payının naturada ayrılması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İddiaçı ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul alınaraq dövlət nəfinə keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №2(046)-50/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-50/2025
16.01.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver