Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-503/2021 21.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, cavabdehin yaşayış sahəsindən çıxarılması tələbinə dair mülki işə Göyçay şəhərində 21 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay şəhəri Nizami küçəsi dalan 18, 03 saylı fərdi yaşayış evindən Cavabdeh çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh ilə 23.10.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 27.07.2006-cı il tarixdə X6 və 10.07.2008-ci il tarixdə X5 anadan olmuşdur. Cavadebhlə münasibətləri pozulduğundan, nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmiş, Göyçay rayon məhkəməsinin qətnaməsinə əsasən cavabdehlə aralarında bağlanmış nikahın pozulması, azyaşlı uşaqların onun himayəsində saxlanılması və hər ay hər uşağa görə 75 manat olmaqla cəmi 150 manat cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmışdır.Cavabdehlə nikahları pozulduqdan sonra, yaşadıqları evdə özünə aid olan əşyaları götürərək evi tərk etmiş, həmin vaxt birgə yaşadıqları evdən qeydiyyatdan çıxaraq, Göyçay rayon Şəkər kəndinə atasının yaşadığı evə getmiş, həmin evdə qeydiyyata düşmüş, qısa müddətdən sonra anası ilə birgə ona məxsus evə gələrək yaşamağa yerinin olmadığını bildirmiş, insanlıq xatirinə müvvəqəti ev tapana kimi ona məxsus əmlakda yaşamağına razılıq vermişdir. Cavabdehin ona məxsus evdən istifadə hüququnun əmələ gəlməsi üçün notariat qaydasında təsdiq olunmuş razılaşma bağlanmadığından onun həmin evdən istifadə hüququ da yaranmamış, əksinə, həmin evdən heç bir qanuni əsas olmadan istifadə etməsi və özü ilə gətirdiyi əmlakını orada saxlaması bir mülkiyyətçi kimi onun mülkiyyət hüquqlarını məhdudlaşdırmış, sonradan onun evdən çıxması üçün aralarında mütamadi olaraq münaqişələr yaranmağa başlamış, cavabdehlə evdən çıxmaq barədə dəfələrlə danışıqlar aparsamda heç bir nəticəsi olmamış, onunla danışıqlar apararaq nəticə əldə etməyi mümkün olmamış, hazırda sözügedən əmlak onun xüsusi mülkiyyətində olsa da ondan sərbəst şəkildə istifadə edə bilmir. Göyçay şəhər Nizami küçəsi ev 3, dalan 18-də yerləşən əmlak Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 09.10.2020- ci tarixli ********** saylı qeydiyyat nömrəsi ilə qeydə alınaraq, bu barədə ona Hüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı ilə 2007-ci il tarixdə ailə quraraq, iddiaçın anasına məxsus olmuş həmin evə gəlin köçmüş, 2019-cu il tarixədək həmin evdə yaşamışdır. İddiaçı ilə xarakterləri uyğun gəlmədiyindən, aralarında bağlanmış nikah pozulmuşdur. Hazırda həmin evdə yaşayır. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəfləri dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Məhkəməsinin 30.01.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 23.10.2007-ci il tarixli nikah pozulmuşdur. Məhkəməyə təqdim edilmiş 02.10.2020-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, X1 şəhər Nizami küçəsi dalan 18, 3 saylı fərdi yaşayış evini oğlu İddiaçı bağışlamışdır. Azərbaycan Respublikası DƏDRX-nin Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 09.10.2020-ci il tarixli çıxarışdan görünür ki, Göyçay şəhər Nizami küçəsi dalan 18, 3 saylı fərdi yaşayış evi İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Cavabdeh 2007-ci il tarixdən 2019-cu il tarixədək hazırda İddiaçı xüsusi mülkiyyətində olan Göyçay şəhər Nizami küçəsi dalan 18, 3 saylı fərdi yaşayış evində onun ailə üzvü kimi yaşamışdır. Hazırda həmin evin bağışlanma müqaviləsinə əsasən iddiaçının xüsusi mülkiyyəti olması, iddiaçı İddiaçı cavabdeh Cavabdeh həmin evdən çıxarılmasına əsas ola bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli Plenum qərarında qeyd edilmişdir ki, Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir; Göründüyü kimi hazırki iş üzrə Cavabdeh İddiaçı ailə üzvü kimi fasiləsiz olaraq 2007ci il tarixdən 2019-cu il tarixədək mübahisəli fərdi yaşayış evində yaşamış və hazırda da yaşayır. Məhkəmə baxışı zamanı iddiaçı cavabdehin fərdi yaşayış evindən çıxarılmasına əsas ola bilən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 1707-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı xüsusi mülkiyyətində olan Göyçay şəhəri Nizami küçəsi dalan 18, 03 saylı fərdi yaşayış evindən Cavabdeh çıxarılması tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanalara əsasən və Azəbaycan Respublikası MPM-nin 216, 220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia rədd edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Göyçay şəhəri Nizami küçəsi dalan 18, 03 saylı fərdi yaşayış evindən Cavabdeh çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-503/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-503/2021
21.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver