Məhkəmə qərarları › İş №2(046)-506/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-506/2023

27.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-506/2023 27.03.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 iştirakı ilə, doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək oğlu X3 xx.xx.2015-ci il tarixdə doğum faktı müəyyən edilməklə doğum haqqında şəhadətnamənin verilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizəni müdafiə edərək tələbi belə əsaslandırmışlar ki, 2008-ci il tarixdə nikah bağlamışlar. Birgə nikahlarından 5 uşaqları anadan olmuşdur. Dörd uşaqlarının doğum haqqında şəhadətnamələri verilmişdir. Dördüncü övladları Amil 28 iyul 2015-ci il tarixdə Göyçay şəhərində evdə anadan olmuşdur. Maddi imkanları olmadığı üçün Xəstəxanaya gedə bilməmişlər. Savadsız olduqlarından da tibbi şəhadətnamə olmadan Doğum haqqında şəhadətnamə ala bilməyəcəklərini bilməmişlər. Sonradan Qeydiyyat şöbəsinə müraciət etdikdə Amil evdə doğulduğu üçün Maraqlı şəxs uşağa Doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Amilin 8 yaşı olacaq, çox istəyir ki, məktəbə getsin, lakin Doğum haqqında şəhadətnaməsi olmadığı üçün hələ də məktəbə gedə bilmir. Buna görə də məhkəmədən ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı tərəf olan Maraqlı şəxsnə məhkəmə baxışının yeri və vaxtı barədə məlumat verilmiş, Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində izahat vermiş X5 göstərmişdir ki, Ərizəçi1 onun bacısıdır. Onların birgə nikahlarından anadan olmuş uşaqları Amil xx.xx.2015-ci il tarixdə Göyçay şəhərində evdə anadan olmuşdur. Məhkəmədə şahid qismində izahat vermiş X1 göstərmişdir ki, Ərizəçi2 onun qardaşıdır. Onların birgə nikahlarından anadan olmuş uşaqları Amil xx.xx.2015-ci il tarixdə Göyçay şəhərində evdə anadan olmuşdur Ərizəçilərin izahatını dinləyən, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəməyə təqdim edilmiş X2 surətindən görünür ki, Ərizəçi2 ilə Ərizəçi1 xx.xx.2008-ci il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X3 xx.xx.2015-ci il tarixdə doğum aktı qeydi şöbənin arxınında tapılmamışdır. Məhkəmə hesab edir ki, ərizəçilər X3 doğum aktı qeydinin müəyyən edilməsini başqa qaydada əldə edə bilməzlər. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizəsi qanuna uyğun olduğundan təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 311, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDI: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 oğlu X3 xx.xx.2015-ci il tarixdə Göyçay şəhərində doğum faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilsin. Bu qətnamə xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 doğumunun qeydə alınması və doğum aktı qeydində doğum tarixinin xx.xx.2015-ci il, doğum yerinin Göyçay şəhəri, soyadının Əhmədov, adının Amil, ata adının Rövşən, atasının Ərizəçi2, anasının Ərizəçi1 kimi qeyd edilməsi üçün əsasdır. Qətnamənin icrası Maraqlı şəxsnə tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar