Məhkəmə qərarları › İş №2(046)-512/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-512/2020

10.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-512/2020 10.06.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Göyçay şəhərində xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə müraciət edərək, Göyçay rayon X17 xx xxxx 1998-ci il tarixli 39 nömrəli qərarı ilə onlara və ailə üzvlərinə verilmiş, 0.41 ha torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən ümumi-birgə mülkiyyətçilərin sırasında 2-ci nömrədə X8 və 4-cü nömrədə X6 adına yazılmış torpağın mülkiyyətə verilməsinə dair JN- 051F saylı şəhadətnamənin və 1.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət huququnu təsdiq edən ümumi-birgə mülkiyyətçilərin sırasında 2-ci nömrədə X8 və 4-cü nömrədə X6 adına yazılmış torpağa mülkiyyət hüququna dair JN-0053 saylı dövlət aktının ərizəçi Tahirova (Babayeva) Məhəbbət Mirsaab qızına və mərhum X9 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəni müdafiə edərək göstərmişlər ki, Göyçay rayon X17 xx xxxx 1998-ci il tarixli 39 nömrəli qərarı ilə onlara 0.41 ha həyətyanı torpaq sahəsi, 1.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilərkən torpağın mülkiyyətə verilməsinə dair JN-051F saylı şəhadətnamədə və torpağa mülkiyyət hüququna dair JN- 0053 saylı dövlət aktında səhvən ərizəçi Tahirova (Babayeva) Məhəbbət Mirsaab qızının adı X15, mərhum X7 adı X3 yazılmışdır. Bu barədə mülkiyyətlərində olan daşınmaz əmlaklara dövlət reyestrindən çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X30 müraciət edərkən məlumat almışlar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X31 xx.xx.2020-ci il tarixli **********2 saylı məktubla ərizəçi Tahirova (Babayeva) Məhəbbət Mirsaab qızının müraciətinin təmin olunmasından imtina edilmiş və imtinanın səbəbi kimi torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında Tahirova (Babayeva) Məhəbbət Mirsaab qızının adı X15, mərhum X7 adı X3 qeyd edilməsi göstərilmişdir. Göyçay rayonunun Qaraman kəndində yerləşən 0.41 ha torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən torpağın mülkiyyətə verilməsinə dair JN-051F saylı şəhadətnamədə və 1.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən torpağa mülkiyyət hüququna dair JN-0053 saylı dövlət aktında texniki səhv olaraq X15 və X8 adına qeydə alınmış torpaq sahələrinin onların mülkiyyətində olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədikləri üçün məhkəməyə müraciət etmişlər. Buna görə də ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə maraqlı şəxs Dövlət Reyestri Xidmətinin 16 saylı X30 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. İş üzrə ərizəçiləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X13 surətindən görünür ki, Ərizəçi1 X16 ilə xx.xx.1960cı il tarixdə nikah bağlamışlar. X16 nikah bağladıqdan sonra ərinin soyadını, Babayeva soyadını götürmüşdür. Məhkəməyə təqdim edilmiş X14 təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.1976-cı il tarixdə anadan olmuşdur. Atası Ərizəçi1, anası isə X10r. Məhkəməyə təqdim edilmiş X13 surətindən görünür ki, X1 Məhəbbət Mirsaab qızı ilə xx.xx.2002-ci il tarixdə nikah bağlamışlar. X11 nikah bağladıqdan sonra ərinin soyadını götürmüşdür. Məhkəməyə təqdim edilmiş Göyçay RİHB-nın Qaraman kənd X18 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X4 atası Ərizəçi1 təsərrüfatında Məhəbbət adlı oğlu deyil, qızı yaşamış, arvadının adı isə Sərisə deyil Səyyarə olmuşdur. Məhkəməyə təqdim edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair JN-0053 saylı Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Göyçay rayon X17 xx.xx.1998-ci il tarixli qərarı ilə mülkiyyətə verilmiş Göyçay rayonu Qaraman kəndində yerləşən 1.33 ha torpaq sahəsi Ərizəçi1, X8, X12 və X5 mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-051F saylı şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Göyçay rayon X17 xx.xx.1998-ci il tarixli qərarı ilə mülkiyyətə verilmiş Göyçay rayonu Qaraman kəndində yerləşən 0.41 ha torpaq sahəsi Ərizəçi1, X8, X12 və X5 mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X31 tərəfindən verilmiş xx.xx.2020-cu il tarixli məktubdan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-0053 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında və JN-051F torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Tahirova (Babayeva) Məhəbbət Mirsaab qızının adı səhvən X2 və X7 adı səhvən X3 qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 350.2.11-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, digər hüquqi əhəmiyyəti olan faktları da müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəsi təmin edilməli, Göyçay rayon X17 xx.xx.1998-ci il tarixli qərarı ilə X6 və X8 adına verilmiş Göyçay rayonu Qaraman kəndində yerləşən 1.33 ha torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən JN-0053 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının Tahirova (Babayeva) Məhəbbət Mirsaab qızı və mərhum X9, həmçinin X6 və X8 adına verilmiş Göyçay rayonu Qaraman kəndində yerləşən 0.41 ha torpağın mülkiyyətə verilməsinə dair JN-051F saylı şəhadətnamənin Tahirova (Babayeva) Məhəbbət Mirsaab qızına və mərhum X9 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 350.2.5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Göyçay rayon X17 xx.xx.1998-ci il tarixli qərarı ilə X6 və X8 adına verilmiş Göyçay rayonu Qaraman kəndində yerləşən 1.33 ha torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən JN-0053 saylı Ttorpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktının Tahirova (Babayeva) Məhəbbət Mirsaab qızı və mərhum X9, həmçinin X6 və X8 adına verilmiş Göyçay rayonu Qaraman kəndində yerləşən 0.41 ha Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-051F saylı Şəhadətnamənin Tahirova (Babayeva) Məhəbbət Mirsaab qızına və mərhum X9 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar