Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-520/2021 06.05.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı Mizəffər oğlunun nümayəndəsi (qardaşı) Nümayəndə Mizəffər oğlunun və Cavabdeh iştirakı ilə, cavabdehin yaşayış sahəsindən çıxarılması tələbinə dair mülki işə Göyçay şəhərində 06 may 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Mizəffər oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayonu İnçə kəndində 0.13 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 53.1 kv.m olan fərdi yaşayış evindən Cavabdeh və onun azyaşlı uşaqları 05 mart 2012-ci il tarixdə anadan olmuş X1 və 08 iyul 2014-cü il tarixdə anadan olmuş X2, eləcə də cavabdehlərə məxsus əmlakın çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Mizəffər oğlunun nümayəndəsi Nümayəndə Mizəffər oğlu tələbi müdafiə edərək göstərmişdir ki, 06.05.2017-ci il tarixli, ********** saylı qeydiyyat nömrəsi ilə qeydə alınmış Göyçay rayonu İnçə kəndində yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. 2010-cu ildə qardaşı Mirzəxanın oğlu X3 evlənmiş, Mirzəxanın xahişi ilə ona məxsus olan evdə Laçın evlənəndən bir müddət sonra arvadı Mikayılova (Abdulxalıqova) Sveta Mürsəl qızı azyaşlı uşaqları ilə köçərək həmin evdə yaşamağa başlamışlar. Lakin 2017-ci ildə Laçınla Sveta boşanmışlar. Həmin vaxtlar evdə yaşamadığı üçün Svetanın boşandıqdan sonra onun həmin evdə yaşamasına icazə verməmişdir. Hazırda iddiaçı öz mülkiyyətində olan evdə yaşamaq istəyir, lakin Sveta könüllü olaraq həmin evdən çıxıb getmək istəmir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, Göyçay rayon Məhkəməsinin qətnaməsinə əsasən azyaşlı uşaqları ilə birlikdə həmin evə köçmüşdür. 2017-ci il tarixdə həmin evdə yaşayır. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə iddiaçının nümayəndəsini və cavabdehi dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası DƏDRX-nin Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 06.05.2017-ci il tarixli çıxarışdan görünür ki, Göyçay rayonu İnçə kəndində yerləşən 0.13 ha torpaq sahəsi və 53.1 kv.m fərdi yaşayış evi RX ******* nömrə ilə İddiaçı Mizəffər oğlunun mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Göyçay rayon Məhkəməsinin 10.03.2017-ci tarixli 2(046)-91/2017 saylı qətnamədən görünür ki, cavabdeh X4 azyaşlı uşaqları 05.03.2012-ci il tarixdə anadan olmuş X5 və 08.07.2014-cü il tarixdə anadan olmuş X6 ilə birlikdə Göyçay rayonu İnçə kəndində yerləşən mübahisəli fərdi yaşayış evinə köçürülmüşdür. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Cavabdeh azyaşlı uşaqları ilə birlikdə hazırda İddiaçı Mizəffər oğlunun xüsusi mülkiyyətində olan Göyçay rayonu İnçə kəndində yerləşən fərdi yaşayış evinə iddiaçı həmin evə dair mülkiyyət hüququ əldə etməmişdən əvvəl Göyçay rayon Məhkəməsinin qətnaməsinə əsasən köçürülmüşdür. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin həmin evə köçürülməsinə dair qanuni qüvvəsini almış qətnamə olduğundan iddia təmin edilə bilməz. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi cavabdehin fərdi yaşayış evindən çıxarılmasına əsas ola bilən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 1707-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Mizəffər oğlunun Göyçay rayonu İnçə kəndində 0.13 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 53.1 kv.m olan fərdi yaşayış evindən Cavabdeh azyaşlı uşaqları ilə birlikdə çıxarılması tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanalara əsasən və Azəbaycan Respublikası MPM-nin 216, 220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia rədd edilsin. İddiaçı Mizəffər oğlunun Göyçay rayonu İnçə kəndində 0.13 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 53.1 kv.m olan fərdi yaşayış evindən Cavabdeh azyaşlı uşaqları ilə birlikdə çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-520/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-520/2021
06.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver