Məhkəmə qərarları › İş №2(046)-55/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-55/2021

15.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-55/2021 15.03.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı2, cavabdeh Şıxalıyev Şövqi Muxtar oğlunun və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Ağsu Layihə Tədqiqat İdarəsinin mütəxəssisi X2 iştirakı ilə, fərdi yaşayış evindəki və torpaq sahəsindəki payların naturada ayrılması, torpaq sahəsindən küçəyə çıxış yolunun açılması tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçılar X5, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət Göyçay rayon Hacalıkənd kəndində yerləşən ümumi sahəsi 183.9 kv.m olan evin 7/8 hissəsi, 0.44 ha torpaq sahəsinin 4/3 hissəsi, İddiaçı4 mülkiyyətində olan 1/5 hissə torpaq sahəsinin naturada ayrılması və torpaq sahəsindən küçəyə çıxış yolunun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı2 iddianı müdafiə edərək göstərmişdir ki, Göyçay rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(046)-3436/2017 saylı qətnaməsinə əsasən onun və digər iddiaçıların Göyçay rayonunun Hacalıkənd kəndində yerləşən 183,9 kv.m fərdi yaşayış evi və 0,44 kv.m yaşayış məntəqəsi təynatlı torpaq sahəsinə mülkiyyət hüquqlarına xx xxxxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq RX seriyalı ******* saylı dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışa əsasən torpaq sahəsinin 1/5 hissəsi İddiaçı4, fərdi yaşayış evinin 5/8 hissəsi və torpaq sahəsinin 1/4 hissəsi iddiaçı X1, fərdi yaşayış evinin 1/8 hissəsi və torpaq sahəsinin 1/4 hissəsi İddiaçı3, fərdi yaşayış evinin 1/8 hissəsi və torpaq sahəsinin 1/4 hissəsi iddiaçı X3, fərdi yaşayış evinin 1/8 hissəsi və torpaq sahəsinin 1/20 hissəsi cavabdeh Şıxəliyev Şövqi Muxtar oğlunun mülkiyyətindədir. Cavabdeh Şıxəliyev Şövqi Muxtar oğlu evin 1/8 hissəsinin mülkiyyətçisi olmasına baxmayaraq ailəsi ilə birlikdə 5 otaqlı fərdi yaşayış evinin 2 otağında yaşamaqla mülkiyyətində olan sahədən artıq hissədən istifadə edir və bununla da digər mülkiyyətçilərin mülkiyyət hüquqlarını pozur. Bundan başqa cavabdeh torpaq sahəsinin 1/20 hissəsinin mülkiyyətçisi olsa da faktiki olaraq 0,15 ha torpaq sahəsindən istifadə edir. Buna görə də tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsin xahiş etmişdir. İş üzrə cavabdeh Şıxalıyev Şövqi Muxtar oğlu iddianı qəbul edərək göstərmişdir ki, Göyçay rayon Hacalıkənd kəndində yerləşən ümumi sahəsi 183.9 kv.m olan evin 7/8 hissəsi, 0.44 ha torpaq sahəsinin 4/3 hissəsi, İddiaçı4 mülkiyyətində olan 1/5 hissə torpaq sahəsi naturada ayrılması və torpaq sahəsindən küçəyə çıxış yolunun açılmasına etiraz etmir. İş üzrə digər iddiaçılara məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin iddiaçılar məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə iddiaçıların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX Seriyalı, ******* saylı Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Göyçay rayonu Hacalıkənd kəndində 183.9.kv.m fərdi yaşayış evi və 0.44 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına, həmin torpaq sahəsinin 1/5 hissəsi X4 adına, fərdi yaşayış evinin 5/8 hissəsi və torpaq sahəsinin 1/4 hissəsi İddiaçı1 adına, fərdi yaşayış evinin 1/8 hissəsi və torpaq sahəsinin ¼ hissəsi İddiaçı3 adına, fərdi yaşayış evinin 1/8 hissəsi və torpaq sahəsinin ¼ hissəsi İddiaçı2 adına və fərdi yaşayış evinin 1/8 hissəsi və torpaq sahəsinin 1/20 hissəsi Şıxəliyev Şövqi Muxtar oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti “xxxx” MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Göyçay rayonu Hacalıkənd kəndində yerləşən 0.42 ha torpaq sahəsi üzərində yerləşən 5 otaqlı ümumi sahəsi 183.9 kv.m olan fərdi yaşayış evinin bölüngüsünün aparılması mütəxəssisin səlahiyyətlərinə aid deyildir. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əlavə edilmiş **********63-1031 nömrəli texniki pasporta göstərilən 0.44 ha həyətyanı torpaq sahəsində mövcud olan fərdi yaşayış evi və tikililərin bölgüsü aparıldıqdan sonra torpaq sahəsinin naturada bölgüsünə baxıla bilər. Naturada aparılmış çöl-ölçmə işlərinin nəticəsində tərtib olunmuş sxem əlavə olunur. Mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərci 311 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının xx.xx.2020-ci il tarixli 10/257 saylı ekspert rəyinə əsasən, Göyçay rayonu, Hacalıkənd kəndində yerləşən 5 otaqlı ümumi sahəsi 183,9 kv.m. olan fərdi yaşayış evinin 4 hissəyə təcrid mənzillər şəklində bölgüsü, İnşaat Norma və Qaydalarının 2.08.01.89*nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Tədqiq olunan yaşayış evinin bölünməsi mümkün olmadığı üçün 0.44 ha həyətyanı torpaq sahəsinin 5 hissəyə bölgüsü üzrə tədqiqat aparılmadı. Aparılmış ekspertizanın dəyəri 100 manat təşkil edir. İş üzrə tərəflərin izahatlarını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ekspert rəyinə əsasən RX ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ilə tərəflərin mülkiyyətinə verilmiş 183.9 kv.m fərdi yaşayış evinin və 0.44 ha həyətyanı torpaq sahəsinin paylarına uyğun real qaydada naturada bölünməsini istəyirlər. Lakin qeyd edilən torpaq sahəsinin və fərdi yaşayış evinin naturada paylara uyğun bölünməsi mümkün olmadığından iddiaçıların tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməli, mütəxəssis rəyinin verilməsinə çəkilmiş 311 manat məhkəmə xərcinin 155.5 manatı İddiaçı2, 155.5 manatı isə Cavabdeh Şıxalıyev Şövqi Muxtar oğlundan tutularaq Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin hesabına keçirilməli, iş üzrə ekspertiza xərci ilan 100 manatın 50 manatı İddiaçı2, 50 manatı isə cavabdeh Şıxalıyev Şövqi Muxtar oğlundan tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. İddiaçılar X1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Göyçay rayon Hacalıkənd kəndində yerləşən ümumi sahəsi 183.9 kv.m olan evin 7/8 hissəsi, 0.44 ha torpaq sahəsinin 4/3 hissəsi, İddiaçı4 mülkiyyətində olan 1/5 hissə torpaq sahəsinin naturada ayrılması və torpaq sahəsindən küçəyə çıxış yolunun açılması barədə tələbi təmin edilməsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 311 manat məhkəmə xərcinin 155.5 manatı İddiaçı2, 155.5 manatı isə cavabdeh Şıxalıyev Şövqi Muxtar oğlundan alınaraq Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin VÖEN **********, AZ 37NABZ******************** nömrəli hesabına keçirilsin. İş üzrə ekspertiza xərci olan 100 manatın 50 manatı İddiaçı2, 50 manatı isə Şıxalıyev Şövqi Muxtar oğlundan alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar