Məhkəmə qərarları › İş №2(046)-567/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-567/2023

03.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-567/2023 03.04.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, doğum faktının müəyyən edilməsinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək qızı X1 xx.xx.2014-cü il tarixdə Suriya Respublikasında anadan olması, uşaq barədə məlumat qrafasında adının “X3” qızı, ata adının “X4” oğlu, anası “Ərizəçi” qızı, milliyətləri “azərbaycanlı” kimi qeyd edilərək doğum haqqında şəhadətnamə verilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçi ərizəni müdafiə edərək tələbi belə əsaslandırmışlar ki, 2013-cü il tarixdə qeyri rəsmi ailə qurduğu Maraqlı şəxs2 Əlihüseyn oğlu ilə Suriya Respublikasına getmişlər. xx.xx.2014-cü ildə qeyri rəsmi nikahdan Suriya Respublikasında qızı X2 anadan olmuşdur. Bir müddət sonra qızının atası Suriya Respublikasında ölmüşdür. Azərbaycan dövlətinin köməyi ilə qızı ilə birlikdə Azərbaycan Respublikasına qayıtmışlar. Suriyada doğulmuş qızının doğumunun qeydə alınması və bu barədə müvafiq şəhadətnamənin alınması məqsədi ilə Maraqlı şəxs1nə müraciət etmiş, lakin Maraqlı şəxs1 doğumunu təsdiq edən tibbi şəhadətnamənin və ya məhkəmə qətnaməsinin olmaması səbəbindən ərizəsinin təmin edilməsindən imtina etmiş və doğum faktının müəyyən edilməsi üçün aidiyəti üzrə məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Buna görə də məhkəmədən ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı tərəf olan Maraqlı şəxs1nə məhkəmə baxışının yeri və vaxtı barədə məlumat verilmiş, Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçinin izahatını dinləyən, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan qismən təmin olunmalıdır. Məhkəməyə təqdim edilmiş AA ******* nömrəli Azərbaycan Respublikası Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1990-cı il tarixdə anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş AA ******* nömrəli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikası vasitəsi ilə Suriya Respublikasından Azərbaycan Respublikasına qayıtmışdır. Məhkəməyə təqdim edilmiş AA ******* nömrəli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinin surətindən görünür ki, Həşimova Mariya xx.xx.2014-cü il tarixdə Suriya Respublikasında anadan olmuşdur. xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikası vasitəsi ilə Suriya Respublikasından Azərbaycan Respublikasına qayıtmışdır. Məhkəməyə təqdim edilmiş Maraqlı şəxs1 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş məktubdan görünür ki, Həşimova Mariyanın doğum faktı təsdiq edən tibbi sənədin olmaması səbəbindən məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Məhkəmə hesab edir ki, Ərizəçi azyaşlı qızı Həşimova Mariyanın doğum aktı qeydinin müəyyən edilməsini başqa qaydada əldə edə bilməz. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi qanuna uyğun olduğundan təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 311, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDI: Ərizəçi qızı Həşimova Mariyanın xx.xx.2014-cü il tarixdə Suriya Respublikasında doğum faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilsin. Bu qətnamə xx.xx.2014-cü il tarixdə anadan olmuş Həşimova Mariyanın doğumunun qeydə alınması və doğum aktı qeydində doğum tarixinin xx.xx.2014-cü il, doğum yerinin Suriya Respublikası, anasının Ərizəçi kimi qeyd edilməsi üçün əsasdır. Qətnamənin icrası Maraqlı şəxs1nə tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar