Məhkəmə qərarları › İş №2(046)-57/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-57/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-57/2021 10.03.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh1 nümayəndəsi (atası) Cavabdeh5 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7 Cavabdeh5 və Cavabdeh6 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə m üraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7 və Cavabdeh5 müştərək qaydada 26R000005352 saylı kredit razılaşması üzrə 8641.03 ABŞ dolları əsas kredit borcunu, 12144.89 ABŞ dolları faiz borcunu, 15823.85 ABŞ dolları cərimə borcunu, cəmi 36609.77 ABŞ dolları kredit borcunun, 30 manat dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən 0.15 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 1 otaqlı, 28 kv.m yaşayış, 28 kv.m yardımçı, 56 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh6 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, evdən çıxarılması, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmədə İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək göstərmişdir ki, xx.xx.2010-cu il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2014-cü il tarixli 26R000005352 saylı kredit razılaşmasına əsasən Cavabdeh1 aylıq 2 faiz olmaqla 36 ay müddətinə 19000 ABŞ dolları kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 26R000005352S saylı, xx.xx.2017-ci il tarixli 26R000005352SA saylı və xx.xx.2017-ci il tarixli 26R000005352SB saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Cavabdeh1 banka cəmi 36609.77 ABŞ dolları borcu vardır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini icra etmək məqsədilə cavabdehlər Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixdə, Cavabdeh3 ilə xx.xx.2010-cu il tarixdə, Cavabdeh4 ilə xx.xx.2010-cu il tarixdə, Cavabdeh7 ilə xx.xx.2011-ci il tarixdə və Cavabdeh5 ilə İddiaçı QSC arasında xx.xx.2016-cı il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Kreditin təminatı kimi iddiaçı ilə Cavabdeh3 arasında xx.xx.2010-cu il tarixdə ipoteka müqaviləsi bağlanmış və cavabdeh özünə məxsus Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən 0.15 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 1 otaqlı, 28 kv.m yaşayış, 28 kv.m yardımçı, 56 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş, iddiaçıya kredit xətti üzrə kredit borcu qalmışdır. Cavabdehə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Bundan başqa iddiaçı məhkəməyə müraciət edərkən 30 dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Buna görə də məhkəmədən tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh qismində izahat vermiş Cavabdeh5 iddianı qismən qəbul edərək göstərmişdir ki, İddiaçı QSC ilə cavabdeh (oğlu) Cavabdeh1 kredit müqaviləsi bağlamış, kredit götürmüşdür. Maddi imkanı olmadığından cavabdeh banka olan borcunu qaytara bilməmişdir. Banka olan kredit borcunu hissə-hissə qaytaracaqdır. Tələbin cərimə hissəsini əsassız hesab edir. İş üzrə digər cavabdehlərə məhkəmə baxışınin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin onlar məhkəmə baxışında iştirak etməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsini və Cavabdeh5 dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2014-cü il tarixli kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında aylıq 2 faiz olmaqla 36 ay müddətinə 19000 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2014-cü il, xx.xx.2010-cu il, xx.xx.2010-cu il xx.xx.2011-ci il və xx.xx.2016-cı il tarixli zaminlik müqavilələrindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsinin təminatı kimi Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7 və Cavabdeh5 arasında zaminlik müqavilələri bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2017-cı il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, kredit müqaviləsi üzrə öhdəliyin icrası müddətinin sonu xx.xx.2019-cu il tarixədək dəyişdirilmiş, saziş cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7 və Cavabdeh5 tərəfindən imzalanmış, lakin həmin saziş Cavabdeh2 tərəfindən imzalanmamışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış kredit xətti müqaviləsinin təminatı kimi Cavabdeh3 ilə ipoteka müqaviləsi bağlanmış, cavabdeh Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən 0.15 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 1 otaqlı, 28 kv.m yaşayış, 28 kv.m yardımçı, 56 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən 0.15 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 1 otaqlı, 28 kv.m yaşayış, 28 kv.m yardımçı, 56 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır. Təqdim edilmiş bildirişlərdən görünür ki, tutmanin ipoteka predmetinə yönəldilməsi barədə ərizə Reyestr Xidmətinin 16 saylı Ərazi idarəsində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Elektron Xidmətlər Portalından verilmiş bildirişə əsasən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. Məhkəməyə təqdim edilmiş Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2010-cu il tarixli KX/M 26L0000000\59 nömrəli ipoteka mqaviləsi etibarsız hesab edilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh3 və İddiaçı QSC tərəfindən Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmılşdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı QSC-nin cavabdehlərə qarşı borcun ipoteka predmentinə yönəldilməsi barədə tələbi əsassızdır. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/2334 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 kredit razılaşması üzrə xx.xx.2019-cu il tarixə yəni müqavilə müddətinin sonuna əsas borc üzrə 8641.03 ABŞ dolları və faiz borcu üzrə 2295.91 ABŞ dolları təşkil edir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi ekspert rəyində faiz borcu ilə razılaşmamışdır. Məhkəmə hesab edir ki, iddia təmin edilərkən ekpert rəyi nəzərə alınmalıdır. Ekspertiza xərci 145 manat təşkil edir. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsinin təminatı kimi Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7 və Cavabdeh5 bankla zaminlik müqaviləsi bağlamışdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7 və Cavabdeh5 Cavabdeh1 20000 ABŞ dolları məbləğində kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasına zamin durmuşlar. Cavabdeh1 isə yuxarıda qeyd edilən müqavilə üzrə cəmi 19000 ABŞ dolları kredit verilmişdir. İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixdə,xx.xx.2017-ci il tarixdə və xx.xx.2017-ci il tarixdə kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında saziş bağlanmış, kredit xətti müqaviləsi üzrə kreditin faiz dərəcəsinə və ödəniş planına dəşiklik edilmiş, sonuncu saziş bağlanılarkən zamin Cavabdeh2 razılığı alınmamış və həmin saziş zamin tərəfindən imzalanmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu Cavabdeh2 tələb etməkdə haqlı deyildir. Bundan başqa məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əsasən kredit razılaşması üzrə ödəniş cədvəlinin müddətinə artırılaraq xx.xx.2019cu il tarixədək müəyyən edilmişdir. Buna görə də İddiaçı QSC qarşısında Cavabdeh3, Cavabdeh4, Cavabdeh7 və Cavabdeh5 zamin kimi öhdəliklərinin müddəti xx.xx.2019-cu il tarixədək qüvvədə olmuş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə iddia ərizəsi tərtib etməklə, xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmiş, yəni zaminlik müqaviləsinin qüvvədə olma müddətindən 1 il keçdikdən sonra müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlər zaminlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7 və Cavabdeh5 tələb etməkdə haqlı deyildir. İddia onlara qarşı qaldırılan hissədə təmin edilə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarına əsasən zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0-cı maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir. Həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməli, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı iddianın ipotekaya aid hissəsində rədd edildiyindən həmin rüsumlar iddiaçıya aid edilməli, ekspertiza xərci olan 145 manat Cavabdeh1 alınaraq ekspertiza mərkəzinə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı "İddiaçı" QSC-nin cavabdehdən kredit razılaşması üzrə 15823.85 ABŞ dolları cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun kredit razılaşması üzrə 23.85 ABŞ dolları məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 kredit razılaşması üzrə 8641.03 ABŞ dolları əsas kredit borcu, 2295.91 ABŞ dolları faiz borcu, 23.85 ABŞ dolları cərimə borcu, cəmi 10960.79 ABŞ dolları kredit borcu, ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçıya verilməlidir. İş üzrə ekspertiza xərci olan 145 manat məbləğində pul Cavabdeh1 alınaraq ekspertizası mərkəzinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 357 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 kredit razılaşması 8641.03 ABŞ dolları əsas kredit borcu, 2295.91 ABŞ dolları faiz borcu, 23.85 ABŞ dolları cərimə borcu, cəmi 10960.79 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə məzənnəsi ilə, 30 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə verilsin. İddia tələbi qalan hissədə və digər cavabdehlərə qarşı qaldırılan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərci olan 145 manat məbləğində pul Cavabdeh1dan alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar