Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-60/2021 22.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı X2 nümayəndəsi (vəkili) Vəkil və maraqlarına toxunan 3-cü şəxs X5 oğlunun iştirakı ilə, Cavabdeh qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi tələbinə dair mülki işə 22 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə rayon ərazisindəki 8 nömrəli “Alıkənd” və 9 nömrəli “Sarınca” adlanan dövlət torpaq fondunun uzun müddətli istifadə etmək üçün icarəyə verilmiş 200 ha qış otlaq sahəsinin sərhədlərinin təyin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X2 nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək göstərmişdir ki, iddiaçıya Göyçay Rayon İcra Hakimiyyəti başçısının 30 iyul 2012-ci il tarixli sərəncamı ilə rayon ərazisindəki 8 nömrəli “Alıkənd” və 9 nömrəli “Sanca” adlanan dövlət torpaq fondundan uzun müddətli istifadə etmək üçün icarəyə 200 ha qış otlaq sahəsi torpaq ayrılmışdır. Cavabdeh və başqa bir şəxs iddiaçıya ayrılmış torpaq sahəsinə müdaxilə edərək həmin torpaq sahəsinin onlara verildiyini və iddiaçının həmin torpaq sahəsindən çıxmağını tələb etmişlər. İddiaçı reyestr xidmətinə müraciət etsə də, Ucar Ərazi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti həmin torpaq sahəsinin kordinatlarını təyin edə bilməmişdir.Buna görə də iddianın təmin edilməsin xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Maraqlarına toxunan 3-cü şəxs X3 izahat verərək göstərmişdir ki, tərəflər arasında mübahisə predmenti olan torpaq sahəsinin 80 hektarı Göyçay Rayon İcra Hakimiyyətinin başıçısının 02.10.2018-ci il tarixli 74 saylı sərəncamına əsasən ona icarəyə verilmiş və daşınmaz əmlakın dövlət reyestrindən 20.11.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən həmin torpaq sahəsi üzərində onun istifadə hüququ qeydiyyata alınmışdır. Hazırkı iş üzrə iddiaç X2 iddia ərizəsində qeyd edilən torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmamışdır. Göstərilən torpaq sahəsi ilə bağlı mübahisəyə dair X4 arasında çoxsaylı məhkəmə çəkişmələri olmuş və bütün məhkəmə çəkişmələri onun xeyrinə nəticələnmişdir. Belə ki, Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.02.2021-ci il tarixli qərarına əsasən iddiaçı X2 cavabdeh Göyçay rayon İcra Hakimiyyətinə qarşı 02.10.2018-ci il tarixli 74 nömrəli sərəncamının ləğv edilməsi və Dövlət Reyestr Xidmətinin 16 saylı Ucar ərazi idarəsinə qarşı X1 adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 21.11.2019-cu il tarixli qərarından iddiaçı X4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01.06.2021-ci il tarixli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.02.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı X4 iddia ərizəsində Cavabdeh kimi qeyd etməsinə baxmayaraq, ona qarşı heç bir tələb irəli sürməmiş və cavabdeh tərəfindən onun hansı hüquqularının pozulduğunu iddia ərizəsində qeyd etməmiş, İddia ərizəsində Göyçay rayon ərazisindəki 8 nömrəli “Alıkənd” və 9 nömrəli “Sarınca” adlanan dövlət torpaq fondunun uzun müddətli istifadə etmək üçün icarəyə verilmiş 200 ha qış otlaq sahəsinin sərhədlərinin təyin olunmasını xahiş etmişdir.Göründüyü kimi iddiaçı hazırki tələb üzrə, yəni torpaq sahəsinin sərhədlərinin müəyən edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanı olan DƏDRXnin 16 saylı Ucar ərazi idarəsinə müraciət edərək mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsinə nail olmamış və bu orqana müraciət edərək bu barədə qeyd edilən orqanın rəsmi qaydada cavabını almadan məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə iddiaçı X4 DƏDRX-nin 16 saylı Ucar ərazi idarəsinə müraciət etməli, müraciətinə uyğun şəkildə müvafiq qaydada cavab almadığı təqdirdə, həmin orqanın hərəkətlərindən inzibati məhkəməyə müraciət edə bilər. Göründüyü kimi İddiaçı X4 qanunda nəzərdə tutulmuş bu qaydaya riayət etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı X2 Cavabdeh qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-60/2021
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-60/2021
22.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver