Məhkəmə qərarları › İş №2(046)-619/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-619/2021

05.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-619/2021 05.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçin iştirakı ilə, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə Göyçay şəhərində xx xxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə mülkiyyətə verilmiş Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 2.26 ha torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən JN-404 saylı Torpağa Mülkiyyət hüququna dair dövlət aktında ümumi-birgə mülkiyyətçilər sırasında 3-cü sırasında Ərizəçi qızının adına yazılmış qeydin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə ona və ailə üzvlərinə torpağın mülkiyyətə verilməsinə dair JN-404 saylı dövlət aktına əsasən Göyçay rayonunun Mallı- Şıxlı kəndində 2.26 ha torpaq sahəsi ümumi-birgə mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş və məlum olmuşdur ki, JN-404 saylı Torpağa Mülkiyyət hüququna dair dövlət aktının ümumi-birgə mülkiyyətçilər sırasında 3-cü sırada Ərizəçi əvəzinə səhvən Ərizəçi qızı yazılmışdır. DƏDRX-nin 16 saylı Ərazi İdarəsi xx xxxx 2020-ci il tarixli məktubla məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Buna görə də JN-404 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair dövlət aktının ona məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. İş üzrə ərizəçinin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X3 surətindən görünür ki, Ərizəçi xx.xx.1982-ci il tarixdə anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair JN-404 saylı dövlət aktından surətindən görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 2.26 ha torpaq sahəsi X1, X2, X4, X5 və X6 ümumi-birgə mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-404 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə Ərizəçi adı səhvən Ərizəçi qızı kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 350.2.11-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, digər hüquqi əhəmiyyəti olan faktları da müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə Ərizəçi qızının adına verilmiş Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 2.26 ha torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən JN-404 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 350.2.5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ Ərizə təmin edilsin. Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə Ərizəçi qızının adına verilmiş Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 2.26 ha torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən JN-404 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar