Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-64/2024 13.03.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh Teymur Əhmədov adına "xxxx" QSC-nin nümayəndələri Vəkil və Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Teymur Əhmədov adına "xxxx" QSC-nə qarşı torpaq sahəsinin boşaldılması, qanunsuz əldə edilən gəlirin və əldən çıxmış gəlirin alınması tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz istifadə edilən, Göyçay rayonu Potu kəndində yerləşən, torpağa mülkiyyət hüququna dair JN- 714 saylı dövlət aktında (kod ********) göstərilən, mülkiyyətimdə olan 0,25 ha torpaq sahəsinin boşaldılması və bu illər ərzində torpaq sahəsindən istifadə etməklə cavabdehin götürdüyü bütün gəlirlər cəmi 10000 manat dəyərində və onun əldə edəcəyi, lakin cavabdehin qanunsuz sahiblik etməsinə görə əldə edə bilmədiyi bütün gəlirlər-10000 manat dəyərində ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizə təqdim edərək bildirmişdir ki, əlavə sənədlərin toplanması və mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı danışıqlar aparmaq niyyətindədir. Buna görə də iş üzrə iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında cavabdeh Teymur Əhmədov adına "xxxx" QSC-nin nümayəndələri Vəkil iddia ərizəsinin geri qaytarılmasına etiraz edərək məhkəmə hazırlıq iclasının keçirilərək mülki işin məhkəmə baxışına təyin olunmasını xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxıd iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İşə əlavə edilmiş sənədlərdən görünür ki,məhkəmə xərcləri ödənilmiş 100 manat dövlət rüsumundan və 100 manat ekspertiza xərcindən ibarətdir. Məhkəmə hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatı zamanı İddiaçı iddia ərizəsinin qaytarılmasına dair ərizə verdiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, ödənilmiş dövlət rüsumu qaytarılmalı,100 manat ekspertiza xərci iddiaçıya aid edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb qərara aldı: İddiaçı cavabdeh Teymur Əhmədov adına "xxxx" QSC-nə qarşı torpaq sahəsinin boşaldılması, qanunsuz əldə edilən gəlirin və əldən çıxmış gəlirin alınması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçı 100 manat ekspertiza xərci alınaraq dövlət nəfinə keçirilsin. Qərardaddan 10 gün müddətində Göyçay rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən :Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-64/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-64/2024
13.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver