Məhkəmə qərarları › İş №2(046)-644/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-644/2020

29.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-644/2020 29.06.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi və İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsi tələbinə dair mülki işə Göyçay şəhərində 29 iyun 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1 mənzil 26 saylı ünvanda yerləşən mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, iddiaçı 11.05.1995-ci il tarixdə 2806 reyestr nömrəsi ilə Göyçay x1 qeydə alınmış qeydiyyat vəsiqəsinə əsasən ünvan 1, 26 saylı mənzilin tam mülkiyyətçisidir. İddiaçının oğlu Ariz Şahalıyevin keçmiş arvadı Cavabdeh iddiaçı və onun oğluna qarşı mənzilə köçürmə tələbi ilə bağlı Göyçay Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 26.04.2019-cu il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilməmişdir. Cavabdeh iddiaçının oğlu ilə faktiki olaraq hazırda birgə yaşamır, onlar arasında ailə münasibətlərinə xitam verilmiş, istifadə hüququ barədə notariat qaydasında təsdiqlənmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış yazılı razılaşması olmamışdır. Cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olması iddiaçının mənzil üzərində mülkiyyət hüquqularını tam həyata keçirməyinə mane olur. Buna görə də Cavabdeh ünvan 1, 26 saylı mənzildən istifadə hüququna olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, İddiaçı ondan ünvan 1, 26 saylı mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə iddia tələbini qəbul edir və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 14.04.1995-ci il tarixli reyestr kitabında 2806 nömrə ilə qeydə alınmış qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 1, 26 saylı mənzil İddiaçı Fərhad oğlunun adına qeydə alınmışdır Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin 2(046)-778/2019 saylı 26.04.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdehlər İddiaçı Fərhad oğluna və x2 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh ünvan 1, 26 saylı mənzildə qeydiyyatda qalması İddiaçı mülkiyyət hüquqlarını məhdudlaşdırır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir insan onun konstitusiya, yaxud qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək ona dar sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh qarşı mülkiyyətində olan ünvan 1, 26 saylı mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsinə dair tələbi əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanalara əsasən və Azəbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Cavabdeh qarşı ünvan 1, 26 saylı mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsinə dair tələbi barədə tələbi təmin edilsin. Bu qətnamə Cavabdeh ünvan 1, 26 saylı mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar