Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-650/2023 10.04.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Göyçay rayon Notariat Ofisinə qarşı miras əmlakda tam payının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X10 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzili faktiki olaraq yalnız tərəfindən qəbul edildiyindən ona qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsinin cavabdeh Göyçay rayon Dövlət Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək mərhum anası X10 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilə onun tam şəkildə miras payının müəyyən edilərək qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsinin cavabdeh Göyçay rayon Dövlət Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, anası X22 xx.xx.2017-ci il tarixində vəfat etmiş və ondan ünvan 1 ünvanında yerləşən mənzil miras qalmışdır. O, anasının ölümündən sonra da həmin mənzildə yaşamağa davam etmiş və hal-hazırda ailə üzvləri ilə orda yaşayır, həmçinin həmin ünvanda qeydiyyatdadır və həmin mənzilə istifadə hüququ mövcuddur. Göründüyü kimi, miras əmlakını təşkil edən mənzil tərəfindən faktiki qəbul edilmişdir. Qeyd olunan əmlaka dair ona vərəsəlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Rayon Notariat ofisinə müraciət edilmişdir. Lakin, notarius tərəfindən xx.xx.2022-ci il tarixli 133 saylı məktubla imtina verilərək qeyd edilmişdir, mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. Yuxarıda da qeyd olduğunu kimi, anası 2017-ci ildə vəfat etmişdir. Ondan qalan miras əmlakı (mənzil) tərəfindən faktiki olaraq qəbul edilmişdir. X1, X12 və ögey qardaşı X18 notarial qaydada miras əmlakının qəbulundan imtina etmişlər. Digər qardaşı Cavabdeh2 miras əmlakını nə faktiki qəbul etmiş, nə də qanunvericiliklə nəzərdə tutulmuş mirasın qəbulu müddətinin uzadılmasına dair tələb irəli sürməmişdir. Qeyd etmək istəyir ki, qardaşı Cavabdeh2 2012-ci ildən (anasının ölümündən əvvəl) başqa ünvanda yaşayır və mərhum anasından miras qalmış mənzili nə formal, nə də qeyri-formal üsulla qəbul etməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdehlər Cavabdeh2 və Göyçay rayon Notariat Ofisinin notariusu məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 bildirdi ki, iddiaçı ilə qonşudur. 2017- ci ildə X22 vəfat etdikdən sonra İddiaçı həmin mənzildə yaşamaqda davam etmiş,hal –hazırda da orada yaşayır.Cavabdeh2 orada yaşamasını görməmişdir,belə ki, Cavabdeh2 Göyçay şəhəri Axundov küçəsində yerləşən həyət evində yaşayır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X23 bildirdi ki, İddiaçı onun qonşusudur. Məhərrəmin anası vəfat etdikdən sonra Məhərrəm həmin mənzildə qalıb yaşamışdır. Anasının sağlığında Məhərrəmin qardaşı Əkbər başqa yaşayış evinə köçmüşdür. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X26 bildirdi ki, İddiaçı onun qonşusudur. Məhərrəmin anası vəfat etdikdən sonra Məhərrəm anasından qalmış mənzilə sahiblik etmiş,orada yaşamışdır. Anasının sağlığında Əkbər başqa yaşayış evinə köçmüş və arabir anası yaşadığı evə qonaq kimi gəlib-getmişdir. İddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib,təqdim edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 3110 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 3 tam mülkiyyət hüququ üzrə X13 adına xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin 27 mart 2023-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilə X13 adına xx.xx.2002-ci il tarixdə 3110 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Qeyd olunan qeydiyyat vəsiqəsi əsasında xx.xx.2019-cu il tarixli 17/881 saylı Daşınmaz əmlkaın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların mədudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış verilmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2001-ci ildə vəfat etmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2017-ci ildə Göyçay şəhərində vəfat etmişdir. İşə əlavə edilmiş X6 xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, X12 xx.xx.2017ci il tarixdə vəfat etmiş anası X10 miras qalmış ünvan 3 ünvanında yerləşən yaşayış mənzilindən ona çatası payı qəbul etməmiş,etmir. Mirasın bir hissəsindən imtinanın bütövlükdə mirasdan imtina ilə eyni olması və imtina ərizəsinin geri götürülməsinin mümkün olmamasını bilir. İşə əlavə edilmiş X8 Rusiya Federasiyası Ulyanovsk vilayəti,Ulyanovsk şəhərində notariat qaydasında təsdiq edilmiş xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, X17 xx.xx.2017-ci il tarixdə vəfat etmiş anası X13 ölümündən sonra mirasın açılmasından xəbərdar olmasını,ondan miras qalmış əmlakdan bütün əsaslar üzrə imtina etməsini,mirası qəbul etməməsini və qəbul etmək niyyətində olmadığını,mirasın qəbul edilməsi üçün müddətin bərpa edilməsi ilə əlaqədavr olaraq məhkəməyə müraciət etməyəcəyini göstərmişdir. İşə əlavə edilmiş X9 Rusiya Federasiyası Həştərxan vilayəti, Həştərxan şəhərində notariat qaydasında təsdiq edilmiş xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, X18 xx.xx.2017-ci il tarixdə vəfat etmiş anası X13 ölümündən sonra mirasın açılmasından xəbərdar olmasını,ondan miras qalmış əmlakdan bütün əsaslar üzrə imtina etməsini,mirası qəbul etməməsini və qəbul etmək niyyətində olmadığını,mirasın qəbul edilməsi üçün müddətin bərpa edilməsi ilə əlaqədavr olaraq məhkəməyə müraciət etməyəcəyini göstərmişdir. İşə əlavə edilmiş Göyçay rayon İcra Hakimiyyəti yanında “Şəhər Təsərrüfat Birliyinin” 13 mart 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən mənzildə ailəsi ilə birlikdə yaşayır. Və həmin mənzilin kirayə haqqını 2016-cı ildən hal-hazıradək İddiaçı ödəmişdir. İşə əlavə edilmiş Göyçay «Şəhər Təsərrüfatı Birliyi»-in mənzil sahəsinin qeydiyyatçıları X11,X3,Göyçay şəhəri H.Əliyev prospekti 54 saylı evin 30№-li mənzilində yaşayan X14,Göyçay şəhəri H.Əliyev prospekti 54 saylı evin ,21№-li mənzilində yaşayan X19,Göyçay şəhəri H.Əliyev prospekti 54 saylı evin 22№-li mənzilində yaşayan X2 iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki,onlar təsdiq etmişlər ki,İddiaçı Şirvan şəhəri H.Əliyev prospekti 54 saylı evin 27№-li mənzilində ailəsi ilə birlikdə 2016-cı il tarixdən yaşayır və yaşadığı müddətdə mənzil kirayə haqqını ödəmişdir. İşə əlavə edilmiş Göyçay rayon Notariat Ofisinin 05 mart 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh2 ilə aralarında əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələrdir. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və a bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər.Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə,lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə,onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına,vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür,bu şərtlə ki,vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə,müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1 -ci hissəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1 -ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1 -ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi «Şporrong və Lonrotun İsveçə qarşı məhkəmə işində qeyd etmişdir ki, həmin norma özündə:1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququnu; 2) mülkiyyətdən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan olmasını ehtiva edir. Azərbaycan Respublikası Mülkt Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. “C. Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili miras əmlak qismində qəbul etdiyini və bu səbəbdən miras əmlak üzərində vərəsəlik hüququnun tanınaraq tam həcmdə payının müəyyən edilməsini və vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, miras əmlaka X13 adına xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən mənzil daxildir. Miras qoyanın adına öldüyü məqamadək digər əmlakın (və ya əmlakların) olması müəyyən edilməmişdir. Həmçinin iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, miras xx.xx.2017-ci ildə açıldıqdan sonra miras qoyanın 5 qanun üzrə vərəsəsi olmuşdur : oğlanları X17, X12 və X18 miras əmlakı qəbul etməmələri barədə ərizə verdiklərindən,mirası qəbul etməkdən imtina etmişlər. Digər oğlu Cavabdeh2 miras əmlakdan payı qanun üzrə vərəsələr üçün müəyyən edilmiş qaydalara riayət etməklə qəbul etməsini təsdiq edən sübut təqdim etməmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki,mirasın qəbul edildiyini vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi və ya əmlaka sahiblik etməsi və ya əmlakı idarə eməyə faktiki başlaması hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir. İş üzrə tədqiq edilmiş sübutlardan Cavabdeh2 tərəfindən nə qanunla müəyyən müddət ərzində notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi,nə əmlaka sahiblik etməsi,nədə ki, əmlakı idarə eməyə faktiki başlaması hərəkətlərinin edilməsi müəyyən olunmamışdır. Əksinə olaraq İddiaçı miras açıldıqdan sonra həmin mənzildə yaşayaraq miras əmlaka faktiki sahiblik etmiş,aylıq kirayə haqqını hal-hazıradək ödəyərək miras əmlakı faktiki idarə etmiş,bununla da mirası qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, Cavabdeh2 miras əmlak olan ünvan 1ni qanunla müəyyən edilmiş müddətlər daxilində qəbul etmədiyindən onun, habelə digər vərəsələr X17, X12 və X9 payları mirası faktiki qəbul etmiş İddiaçı payına əlavə edilməli, miras əmlakda İddiaçı tam həcmdə payı müəyyən olunmalı, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi cavabdeh Göyçay rayon Dövlət Notariat Ofisinə həvalə edilməli, bununla da iddia təmin olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq,Göyçay Rayon Məhkəməsi qət etdi: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən miras əmlak üzərində tam həcmdə payı müəyyən edilsin. Həmin əmlaka İddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi cavabdeh Göyçay rayon Dövlət Notariat Ofisinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-650/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-650/2023
10.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver