Məhkəmə qərarları › İş №2(046)-66/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-66/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-66/2021 24.05.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması, tutmanin ipoteka predmetinə yönəldilməsi cavabdehin qeyri-yaşayış sahəsinin boşaldılması, həmin əmlakın açıq hərracda satılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə - 26R000002970 saylı kredit razılaşması üzrə 21214.52 ABŞ dolları məbləğində kredit borcu, 14979.11 ABŞ dolları məbləğində faiz borcu və 35488.43 ABŞ dolları məbləğində cərimə olmaqla ümumilikdə cəmi 71682.06 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində xüsusi mülkiyyətdə olan 0.056 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması, tutma ipoteka predmetinə yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, fərdi yaşayış evinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı QSC-nin nümayəndəsi qismində izahat vermiş X2 iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 17.07.2008-ci il tarixli 15L000000040 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin kredit xəttinə edilmiş 22.06.2012-ci il tarixli 40 saylı sazişə əsasən kredit xəttinin müddəti 167 ayadək uzadıhnışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 29.08.2013-cü il tarixli 26R000002970 saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 2 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dollar məbləğində kredit verilmişdir. Tərəflər imzaladıqları 08.04.2015-ci il tarixli 26R000002970S saylı sazişlə kredit xətti müqaviləsi üzrə dəyişikliklər edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 04.08.2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 8785.48 ABŞ dolları ödəmiş, onun 21214.52 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 18.02.2020-ci il tarixə 1260 gün üçün hesablanmış faiz borcu 14979.11 ABS dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka qoyan Cavabdeh1 iddiaçı ilə bağladığı 22.06.2012-ci il tarixli 26M000000246 saylı ipoteka müqaviləsi (Göyçay rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilib) əsasında Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində xüsusi mülkiyyətdə olan 0.056 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən 10 saylı reyestr kitabının 81 saylı vərəqində qeydiyyata alınmış və MA ******* saylı çıxarışa əsasən Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində xüsusi mülkiyyətdə olan 0.056 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı QSCnin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İddiaçı QSC iddia ərizəsinin məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 AZN dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsində qeydiyyata alınması üçün 20 AZN xidmət haqqı ödəmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 17.07.2008-ci il tarixli 15S000000042 saylı zaminlik müqaviləsinə, Cavabdeh3 Həsənulu qızı 18.06.2010cu il tarixli 26S000000004 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh qismində izahat vermiş Cavabdeh1 iddianı qismən qəbul edərək göstərmişdir ki, İddiaçı QSC-dən kredit razılaşmalarına əsasən kredit götürmüşdür. Banka olan borcunu hissə-hissə ödəyəcəkdir. Lakin tələbin cərimə hissəsini əsassız hesab edir. İş üzrə digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə bu şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 17.07.2008-ci il tarixli kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 06 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılması barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 17.07.2008-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, 17.07.2008-il tarixli kredit xətti müqaviləsinin təminatı kimi İddiaçı QSC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 18.06.2010-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, 17.07.2008-il tarixli kredit xətti müqaviləsinin təminatı kimi İddiaçı QSC ilə Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 22.06.2012-ci il tarixli sazişlərdən görünür ki, 17.07.2008-ci il tarixli kredit xətti və zaminlik müqavilələrinin müddətləri uzadılaraq 167 ay müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş 29.08.2013-cü il tarixli 26R000002970 saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında aylıq 2 faiz olmaqla 48 ay müddətinə 30000 ABŞ dolları kredit verilməsi barədə razılaşma imzalanmışdır. Məhkəməyə təqdim edilmiş 08.04.2015-ci il tarixli sazişdən görünür ki, 29.08.2013cü il tarixli 26R000002970 saylı kredit razılaşmasının ödəniş planına dəyişiklik edilmişdir. Məhkəməyə təqdim edilmiş 26.02.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 18.02.2020-ci il tarixə İddiaçı QSC-yə 29.08.2013-cü il tarixli kredit razılaşması üzrə 21214.52 ABŞ dolları əsas kredit borcu, 14979.11 ABŞ dolları məbləğində faiz borcu və 35488.43 ABŞ dolları məbləğində cərimə olmaqla ümumilikdə cəmi 71682.06 ABŞ dolları kredit borcu vardır. Məhkəməyə təqdim edilmiş 22.06.2012-ci il tarixdə bağlanmış ipoteka müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə ipoteka müqaviləsi bağlanmış, Cavabdeh1 mülkiyyətində olan Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində xüsusi mülkiyyətdə olan 0.056 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA ******* saylı çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində xüsusi mülkiyyətdə olan 0.056 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilərək dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş bildirişdlərdən görünür ki, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə ərizə Reyestr Xidmətinin 16 saylı Ərazi idarəsində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Elektron Xidmətlər Portalından verilmiş bildirişlərə əsasən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Elektron Xidmətlər Portalından verilmiş təsdiqetmə bildirişlərinə əsasən 10 manat dövlət rüsumu ödənilmişdir. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh1 mülkiyyətində olan Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində xüsusi mülkiyyətdə olan 0.056 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı QSC ilə Cavabdeh1 ilə bağlanmış kredit xətti müqaviləsinin təminatı kimi iddiaçınin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan başqa həmin müqavilənin təminatı kimi Cavabdeh3 və Cavabdeh2 bankla zaminlik müqaviləsi bağlamış, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 Cavabdeh1 kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasına zamin durmuşlar. Cavabdeh1 kredit razılaşması üzrə kredit borcunu iddiaçıya qaytarmadığına görə, İddiaçı QSC həmin borcun ipoteka ilə yüklü edilmiş Cavabdeh1 xüsusi mülkiyyətində olan Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində xüsusi mülkiyyətdə olan 0.056 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini açıq hərracda satılaraq əldə edilən vəsaitdən kredit borcunun ödənilməsini və həmin qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəməyə təqdim edilmiş “xxxx” MMC tərəfindən verilmiş 01.12.2020-ci il tarixli 07-20 saylı rəydən görünür ki, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində xüsusi mülkiyyətdə olan 0.056 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 50000 manat likvid dəyəri isə 40000 manat təşkil edir. Məhkəmə-mühasibatlıq ekspertizasının 30.09.2020-ci il tarixli 9/3776 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 banka 29.08.2013-cü il tarixli 26R000002528 saylı kredit razılaşması üzrə 22441.32 ABŞ dolları əsas kredit borcu, 15659.24 ABŞ dolları faiz borcu olmaqla, cəmi 38100.56 ABŞ dolları təşkil edir. Aparılmış ekspertizanın xərci 150 manat təşkil edir. Ekspertiza rəyində razılaşma üzrə cavabdehlərdən tələb edilən kredit borcu iddia ərizəsində göstərilən məbləğlərdən yüksək olduğundan məhkəmə hesab edir ki, iddia təmin edilərkən ekspertiza rəyi nəzərə alınmamalı, iddia tələbi iddiaçının nümayəndəsinin məhkəmə baxışı zamanı müdafiə etdiyi həddə təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı "İddiaçı" QSC-nin cavabdehlərdən 29.08.2013-cü il tarixli kredit razılaşması üzrə 35488.43 ABŞ dolları cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq kredit razılaşması üzrə dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və dəbbə pulunun 88.43 ABŞ dolları məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı və 150 manat ekspertiza xərci cavabdehlərə aid edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 29.08.2013-cü il tarixli kredit razılaşması üzrə 21214.52 ABŞ dolları məbləğində əsas borc, 14979.11 ABŞ dolları məbləğində faiz borcu, 88.43 ABŞ dolları cərimə borcu olmaqla cəmi 36282.06 ABŞ dolları kredit borcu kredit borcunun Azərbaycan manatı ilə məzənnəsi, ödənilmiş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı tutulmalı, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində xüsusi mülkiyyətdə olan 0.056 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmentinin ilkin satış qiyməti 50000 manat, likvid dəyəri 40000 manat məbləğində müəyyən edilməli, fərdi yaşayış evi hərracda satılaraq iddiaçıya olan borc ödənilməli, daşınmaz əmlak açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə həmin daşınmaz əmlak boşaldılmalıdır. İş üzrə 150 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 357 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 29.08.2013-cü il tarixli kredit razılaşması üzrə 21214.52 ABŞ dolları məbləğində əsas borc, 14979.11 ABŞ dolları məbləğində faiz borcu, 88.43 ABŞ dolları cərimə borcu olmaqla cəmi 36282.06 ABŞ dolları kredit borcu kredit borcunun Azərbaycan manatı ilə məzənnəsi, ödənilmiş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı tutularaq İddiaçı QSC-nin xeyrinə verilsin. Tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində xüsusi mülkiyyətdə olan 0.056 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 50000 manat, likvid dəyəri isə 40000 manat məbləğində müəyyən edilsin, qeyd edilən daşınmaz əmlak açıq hərracda satılaraq əldə edilmiş vəsaitdən cavabdehlərin banka olan kredit borcu ödənilsin, qeyd edilən daşınmaz əmlaklar açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə boşaldılsın. İş üzrə 150 manat ekspertiza xərci Cavabdeh1 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar