Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-668/2021 22.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı X2 və Cavabdeh iştirakı ilə, evə köçürülmə tələbinə dair mülki işə Göyçay şəhərində 22 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi mülkiyyətində olan Göyçay şəhəri M.Hüseynzadə küçəsi ev 33, 10 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı X3 iddianın predmentinə dair dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, Cavabdeh ilə 25.11.2010-cu il tarixdə nikah bağlayaraq, cavabdehin mülkiyyətində olan Göyçay şəhəri R.Rza küçəsi 84 saylı fərdi yaşayış evinə gəlin köçmüşdür. Cavabdehlə birgə nikahdan 23.07.2011-ci il tarixdə X4 və 03.08.2014-cü il tarixdə X5 anadan olmuşdur. Cavabdehilə aralarında olan narazılıqlara görə nikahları pozulmuş, azyaşlı uşaqları onun himayəsində saxlanılmışdır. Cavabdehlə faktiki ayrıldıqdan sonra iki azyaşlı uşağı ilə birlikdə Bakı şəhərində kirayədə yaşayır, mübahisəli ev hazırda cavabdehin xüsusi mülkiyyətindədir. 10 ilə yaxın müddət ərzində azyaşlı uşaqları ilə həmin evdə yaşamışdır. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, iddiaçı ilə 25.11.2010-cu il tarixdə nikah bağlamışlar. İddiaçı ilə birgə nikahdan iki uşaqları anadan olmuşdur. İddiaçı ilə birgə nikah dövründə faktiki mülkiyyətində olmuş Göyçay şəhəri R.Rza küçəsi 84 saylı fərdi yaşayış evinə 2017-ci il tarixdə çıxarış almışdır. Hazırda həmin ev onun xüsusi mülkiyyətindədir. Hazırda iddiaçının azyaşlı uşaqları ilə həmin evə köçüb yaşamasına etiraz etmir. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin 17.11.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında bağlanmış nikah pozulmuş, 23.07.2011ci il tarixdə X4 və 03.08.2014-cü il tarixdə X1 Xəyalə Tahir qızının himayəsində saxlanılmışdır. Məhkəməyə təqdim edilmiş RX ******* saylı 06.12.2017-ci il tarixli dövlət reyestrindən çıxarışdan görünür ki, iddia predmeti olan Göyçay şəhəri R.Rza küçəsi 84 saylı fərdi yaşayış evi Cavabdeh Ramiz oğlunun xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində 28 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə tərəfləri dinləyən və tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş sənədlərdən və işin faktiki hallarından göründüyü kimi iddiaçı X2 ilə cavabdeh arasında mübahisəli fərdi yaşayış evindən istifadə edilməsi ilə bağlı münasibətlər 25.11.2010-cu ildə yaranmışdır. İddiaçı X2 Cavabdeh arvadı olmaqla ailə üzvü hesab edilir. İddiaçı Göyçay şəhəri R.Rza küçəsi 84 saylı fərdi yaşayış evinə gəlin köçmüş, 2010-2020-ci illərdə iddiaçı ilə Cavabdeh birgə nikah dövründə cavabdehin mülkiyyətində olan 28.8 kv.m fərdi yaşayış evində cavabdehlə birlikdə təsərrüfat aparmış, azyaşlı uşaqları həmin evdə yaşadıqları müddətdə doğulmuşdur. Qeyd edilən fərdi yaşayış evi 06.12.2017-ci il tarixdə, yəni tərəflərin nikahda olduqları dövrdə dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında hüquq münasibətlərinin 25.11.2010-cu ildə nikaha daxil olduqları vaxtın yaranmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, mülki mübahisə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə uyğun şəkildə həll edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu huquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərin yaşayış yerinin olması təsbit olunmuşdur. İş materiallarından göründüyü kimi iddiaçı X3 Cavabdeh arvadı kimi birgə nikah dövründə faktiki olaraq cavabdehin mülkiyyətində olmuş fərdi yaşayış evində 10 ilə yaxın müddət ərzində həmin evdə yaşamışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli evə azyaşlı uşaqları ilə birlikdə köçüb yaşamaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlara araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı X2 Cavabdeh qarşı azyaşlı uşaqları ilə birlikdə Göyçay şəhəri R.Rza küçəsi 84 saylı fərdi yaşayış evi evinə köçürülməsi barədə tələbi təmin edilsin. İddiaçı X3 azyaşlı uşaqları 23.07.2011-ci il tarixdə anadan olmuş X4 və 03.08.2014-cü il tarixdə anadan olmuş X5 ilə birlikdə Cavabdeh xüsusi mülkiyyətində olan Göyçay şəhəri R.Rza küçəsi 84 saylı fərdi yaşayış evinə köçürülsün. Qərarın İcrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-668/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-668/2021
22.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver