Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-670/2024 03.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı miras əmlakda payın tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 miras qalmış, İddiaçı və sonuncunun ailə üzləri ilə paylı mülkiyyətdə olan, Göyçay rayonunun Mallı Şıxlı kəndində yerləşən 0,35 ha həyətyanı torpaq sahəsinin 1/5 hissəsinə və 1,6149 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsinə iddiaçının tam miras payının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək X1 miras qalmış onunla və ailə üzləri ilə paylı mülkiyyətdə olan, Göyçay rayonunun Mallı Şıxlı kəndində yerləşən 0,35 ha həyətyanı torpaq sahəsinin 1/15 hissəsinə və 1,6149 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/12 hissəsinə miras payının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, miras qoyan X10 09 may 2003-cü il tarixdə, əri X24 02 mart 1974-cü il tarixdə vəfat etmişlər. Miras qoyan X6 İddiaçı, Cavabdeh, X19 ( xx.xx.2001-ci ildə vəfat etmişdir) və X18 (xx.xx.2020-ci ildə vəfat etmişdir) vərəsələri vardır. X1 oğlu İddiaçı və sonuncunun ailə üzvləri ilə paylı mülkiyyətdə olan, Göyçay rayonunun Mallı Şıxlı kəndində yerləşən 0,35 ha həyətyanı torpaq sahəsinin 1/5 hissəsi və 1,6149 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsi miras qalmışdır. X1 qalan mirası iddiaçı faktiki qəbul edib idarə etmişdir. Cavabdeh hələ valideynlərinin sağlığında Sumqayıt şəhərinə köçərək orada yaşayıb işləsə də miras əmlakı qəbul etməməsi haqqında notariusa ərizə verməkdən imtina edir. İddiaçı ilə cavabdehin arasında mirasa görə ixtilaf olduğu üçün iddiaçı miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməmişdir. Bu səbəbdən də iddiaçı mirasda payının tanınması tələbinə dair iddia ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə SMS vasitəsilə xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmiş,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X11, X16, X14 və Göyçay rayon Notariat Kontorunun nümayəndəsi məhkəməyə gəlməmişlər. İşə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı qaqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli,qeydiyyat nömrəsi ********** olan çıxarışın surətindən görünür ki, ümumi birgə paylı mülkiyyət hüququ üzrə Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 1,6149 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsi İddiaçı, 1/4 hissəsi X2, 1/4 hissəsi X17 və 1/4 hissəsi X6 adlarına daşınmaz əmlakın dövlət reyestrində 106 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı qaqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi ********** və xx.xx.2023-cü il tarixli,qeydiyyat nömrəsi ********** olan çıxarışın surətindən görünür ki, ümumi birgə paylı mülkiyyət hüququ üzrə Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 0,35 ha yaşayış məntələlərinin torpaq sahəsinin 1/5 hissəsi İddiaçı, 1/5 hissəsi X2, 1/5 hissəsi X17 və 1/5 hissəsi X6 adlarına daşınmaz əmlakın dövlət reyestrində 105 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Göyçay rayon Notariat Ofisinin 28 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh ilə aralarında həmin əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşə əlavə edilmiş Göyçay rayon Qeydiyyat Şöbəsinin ölüm haqqında şəhadətnamələrin surətindən və «AZEMİS» X5 şəxsi məlumatlar bölməsindən çıxarışdan görünür ki, X10 xx.xx.2003-cü il tarixdə, X24 xx.xx.1974-cü il tarixdə, X19 xx.xx.2001-ci il tarixdə, X18 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İşə əlavə edilmiş Göyçay rayon Qeydiyyat Şöbəsinin arayışlarından görünür ki, xx.xx.1959-cu ildə doğulmuş Cavabdeh və xx.xx.1967-ci ildə doğulmuş X12 anası X8r. İşə əlavə edilmiş Göyçay rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, X18 ilə X7 arasında nikah xx.xx.1989-cu il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Həbibova soyadı verilmişdir. İşə əlavə edilmiş Göyçay rayon İHB-nın Mallı-Şıxlı kənd inzibati ərazi nümayəndəliyinin 12 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, mərhumə X10 (1960) öldüyü günədək yəni 09 may 2003-cü il tarixədək Göyçay rayon Mallı-Şıxlı kəndində daimi qeydiyyatda olub yaşamışdır. X6 ölümündən sonra aşağıda adları qeyd olunan vərəsələri vardır. oğlu- İddiaçı, qızı- Cavabdeh - (Sumqayıt şəhəri 2-ci mikrarayon 44/47 mənzil 1-də qeydiyyatdadır), oğlu- X19- (xx.xx.2001-ci ildə vəfat edib), oğlu- X28- ( xx.xx.2020-ci ildə vəfat edib). Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Həmin Məcəllənin 1301.1-cü maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Həmin Məcəllənin 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Həmin Məcəllənin 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında verilmiş şərhə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. “C. Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki qanunvericiliyinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.(Mülki Məcəllənin 1151.1-ci maddəsi). Miras qoyan X9 Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən paylı mülkiyyətdə olan 0,35 ha yaşayış məntəqələrinin torpaq sahəsinin 1/5hissəsi və Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən paylı mülkiyyətdə olan 1,6149 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsi məxsusdur. Miras qoyan X6 İddiaçı, Cavabdeh, X19 ( xx.xx.2001-ci ildə vəfat etmişdir) və X18 (xx.xx.2020-ci ildə vəfat etmişdir) adlı uşaqları olmuşdur.Məhkəmə hesab edir ki,X19 miras açılmamışdan əvvəl 2001-ci ildə öldüyündən,yəni miras qoyanın öldüyü məqamda sağ olmadığından qanun üzrə vərəsəlik zamanı vərəsə sayılmır,ona görə də miras əmlak 3 vərəsə arasında bölüşdürülməldir. Məhkəmə nəzərə alır ki,Azərbaycan Repsublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri ilə mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Repsublikası Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də,bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına,mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla,hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı ,mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnun qeyri-mütənasib şəkildə,hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır….vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması,susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən,Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edildməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb,hesab edir ki, miras qoyan X6 qanun üzrə vərəsəlik zamanı 3 vərəsəsi olduğundan və qanunla müəyyən edilmiş müddət ərzində onlardan heç biri mirasdan imtina etmədiyindən, hər biri mirası qəbul etmiş hesab edilməli, miras əmlak 3 vərəsə-İddiaçı, Cavabdeh qız və X18 arasında bölüşdürülməli, iddia əsaslı olduğundan təmin olunmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı X4 miras qalmış Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 1,6149 ha kənd təsərrüfatlı torpaq sahəsinin 1/4 hissəsinin 1/3 hissəsində ( 1/12) , Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 0,35 ha yaşayış məntəqələrinin 1/5 hissəsinin 1/3 hissəsində (1/15) miras payı müəyyən edilərək iddia təmin edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, Göyçay Rayon Məhkəməsi qət etdi: İddia təmin edilsin. İddiaçı X3 miras qalmış Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 1,6149 ha kənd təsərrüfatlı torpaq sahəsinin 1/4 hissəsinin 1/3 hissəsində ( 1/12) , Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 0,35 ha yaşayış məntəqələrinin 1/5 hissəsinin 1/3 hissəsində (1/15) miras payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-670/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-670/2024
03.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver