Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-673/2025 08.09.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı və qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı və etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia tələbi üzrə cavabdeh və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh və etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İlkin iddia tələbi üzrə iddiaçı və qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ilkin iddia tələbi üzrə cavabdeh və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair ilkin iddia tələbinə, ilkin iddia tələbi üzrə cavabdeh və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbi üzrə iddiaçı və qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlkin iddia tələbi üzrə iddiaçı və qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbi üzrə cavabdeh və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh xüsusi mülkiyyətində olan Göyçay şəhəri, Natəvan küçəsi, ev 28, mənzil 15 ünvanında yerləşən mənzildən əmlakı ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İkin iddia tələbi üzrə cavabdeh və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh xx.xx.2025-ci il tarixdə ilkin iddia tələbi üzrə iddiaçı və qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi irəli sürərək, İddiaçı iddia tələbinin rədd edilməsini və Göyçay şəhəri, Natəvan küçəsi, ev 28, mənzil 15 ünvanında yerləşən mənzilə yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair iddiasının təmin edilməsini xahiş etmişdir. İlkin iddia tələbi belə əsaslandırılmışdır ki, Göyçay rayon Notariat Ofisi tərəfindən təsdiq edilmiş 17 mart 2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən bacısı X15 mülkiyyətində olan və ünvan 1 ünvanda yerləşən mənzili ona bağışlamışdır. Həmin bağışlama müqaviləsi əsasında ünvan 1 ünvanda yerləşən mənzil üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıraraq, bu barədə xx.xx.2015-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Sözügedən mənzil ona bağışlandıqdan bir müddət bacısı, eləcə də sonuncunun ailə üzvü, yəni oğlu X13 yaşasa da, sonradan onlar mülkiyyətində olan evi tərk edib, başqa yaşayış sahəsinə köçmüş, lakin Cavabdeh Sədyar qızı mənzildən çıxmamışdır. Qeyd etməyi zəruri hesab edir ki, bacısı oğlu X13 Cavabdeh Sədyar qızı ilə 18 iyun 2004-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar. Onların birgə nikahından bir övladları anadan olmuşdur. Demək olar ki, 2015-ci ildən onların faktiki olaraq nikah münasibətləri pozulmuş, bacısı onların münasibətlərinin bərpa edilməsinə çalışsa da, bir nəticəsi olmamış, sonda Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə onlar arasında nikah pozulmuşdur. Göründüyü kimi cavabdeh heç bir hüquqi əsas olmadan onun mülkiyyətində olan mənzildə yaşayaraq mülkiyyət hüquqlarını pozur, həmin mənzildən istifadə etməyinə maneələr yaradır. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maddənin əsas dispozitiv şərtindən də göründüyü kimi, qanunverici mənzilin bağışlanmasına, dolayısı ilə yaşayış sahəsini tərk edəcəyinə öz razılığını bildirmiş şəxslərin mülkiyyətçi tərəfindən müəyyən edilmiş müddət ərzində yaşayış sahəsini boşaltmayacaqları təqdirdə onların yaşayış sahəsindən çıxarılmaları üçün mülkiyyətçiyə üstünlük hüququ vermişdir. Qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İşin hallarından göründüyü kimi, cavabdeh onun ailə üzvü hesab edilmir, bu səbəbdən o, yaşayış sahəsini boşaltmalıdır. Qarşılıqlı iddia tələbi belə əsaslanıdırlmışdır ki, İddiaçı onun xüsusi mülkiyyətində olan Göyçay şəhəri, Natəvan küçəsi, ev 28, mənzil 15 ünvanında yerləşən mənzildən əmlakı ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi ilə razılaşmır və hesab edir ki, iddia tələbi qeyri-qanuni və əsassızdır. Göstərilən səbəblərə görə iddia tələbi təmin olunmamalıdır. Belə ki, o X13 ilə (cavabdehin bacısı oğlu) 2004-cü ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuş, ünvan 2 ünvanına gəlin köçmüşdür. Birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X6 anadan olmuşlar. Son vaxtlar cavadehlə birgə yaşamağın mümkün olmaması səbəbindən nikahın pozulması barədə Göyçay Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2(046)-80/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə onunla cavabdeh X13 arasında olan, Göyçay rayon VVADQ şöbəsində 18 iyun 2004-cü ildə 168 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Nikah pozulduğu gündən üç gün sonra evi tərk edərək anasının yanına getmişdir. X3 ordu sıralarında xidmətdədir. X1 onun yanındadır. Qeyd edir ki, aralarında olan nikah pozulduğu gündən cavabdeh ona qarşı aqressivləşib və ona hədə-qorxu gələrək evdən qovacağı ilə hədələmişdir. Bu işdə ona anası da dəstək vermişdir. Məhkəmə qətnaməsi çıxdığı gündən üç gün sonra cavabdeh X13 “Azərqaz Göyçay rayon filialının əməkdaşları ilə yaşadıqları ünvana gələrək onlara gələn qaz xəttini plombladılar və qazın verməsi dayandırıldı, o etiraz etdikdə ona bildirdilər ki, bu mülkiyyətçi olaraq qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tələbidir. O, nə qədər xahiş etsə də, onu eşidən olmamışdır. Bir gün sonra Göyçay rayonu Su İdarəsinin əməkdaşları gələrək, eyni formada suyun verilişini dayandırdılar. Onun qızı ilə yaşayışlarını təsəvvür etmək çətin deyil. Qeyd edir ki, 102 xidmətinə bu barədə məlumat vermiş və çox keçmədi ki, qazın və suyun verilişi bərpa olundu. O, qeyd etdiyi ünvanda, gəlin köçdüyü gündən bu günə kimi qeydiyyatda olmaqla yaşayır. Məhkəmənin nəzərinə çatdırır ki, qarşılıqlı iddia üzrə iddiaçı Göyçay şəhəri, Natəvan küçəsi, ev 28, mənzil 15 ünvanına 2004-cü ildə gəlin köçərkən mübahisəli mənzil üzərində, nə keçmiş əri X5, nə də ki, onun anası X4 mülkiyyət hüquqları mövcud olmamışdır. Həmin mənzil 2006-cı ildə onun qayınanası X4 adına rəsmiləşdirilərək mülkiyyət hüquqi dövlət qeydiyyatına alınmışdır. X9 mübahisəli mənzili 17 mart 2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən, öz qardaşı olan qarşılıqlı iddia üzrə cavabdehə bağışlamış, onun mülkiyyət hüquqları bağışlama müqaviləsi əsasında xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Qarşılıqlı iddia üzrə o həmin mənzilə gəlin köçərkən AR-nin MM-nin 228.1-ci və 228.2-ci maddələrinin tələblərinə uyğun olaraq yaşayış evindən istifadə etmək üçün notariat qaydasında təsdiq edilmiş müqavilə hətta tələb edilmiş olsaydı belə bağlaya bilməzdi, çünki Göyçay şəhəri, Natəvan küçəsi, ev 28, mənzil 15 ünvanında yerləşən yaşayış sahəsinə mülkiyyət hüquqları mövcud olmamışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə iddiaçı və qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı, etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia ərizəsində göstərdiyi xüsusatları təsdiq edərək iddia tələbinin təmin edilməsini, Cavabdeh qarşılıqlı iddia tələnin rədd edilməsini xahiş etmişdir. İkin iddia tələbi üzrə cavabdeh və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh, etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia tələbində göstərdiyi xüsusatları təsdiq etdi və qarşlıqlı iddia tələbinin təmin edilməsini, ilkin iddia tələbi üzrə İddiaçı iddiasının təmin olunmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia tələbi rədd edilməlidir. İş materialları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli ******* nömrəli çıxarışından görünür ki, ünvan 4 ünvanının mülkiyyətçisi İddiaçıdur. xx.xx.2015-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən görünür ki, X2 şəhəri, Natəvan küçəsi, ev 28, mənzil 15 ünvanında yerləşən ümumi sahəsi 41.5 kv/m yaşayış sahəsi 27.7 kv/m olan mənzilin on(lar)a məxsus hissədən 9tam hissə, 41.5 kv/m, 2 otaq)- İddiaçı hədiyyə etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin 14 aprel 2025-ci il tarixli 3-21-3-36/2-993/2025 saylı məktubdan görünür ki, ünvan 5 ünvanda yerləşən mənzil xx.xx.2006-cı il tarixdə X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonradan sözügedən mənzil Göyçay rayon notariat kontorunun xx.xx.2015-ci il tarixli, 4Ə-208 saylı bağışlanma müqaviləsi əsasında xx.xx.2015-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2015-ci il tarixli ərizənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X16 ərizə verərək X10 məxsus olan Göyçay şəhəri, Natəvan küçəsi, ev 28, mənzil 15 ünvanında yerləşən yaşayış mənzilinin bağışlanmasına heç bir etiraz etməmişdir. xx.xx.2015-ci il tarixli ərizənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 ərizə verərək X10 məxsus olan Göyçay şəhəri, Natəvan küçəsi, ev 28, mənzil 15 ünvanında yerləşən yaşayış mənzilinin bağışlanmasına heç bir etiraz etməmişdir. xx.xx.2015-ci il tarixli ərizənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Sədəyar qızı ərizə verərək X10 məxsus olan Göyçay şəhəri, Natəvan küçəsi, ev 28, mənzil 15 ünvanında yerləşən yaşayış mənzilinin bağışlanmasına heç bir etiraz etməmişdir. Göyçay rayon İcra Hakimiyyətinin Şəhər Təsərrüfat Birliyinin xx.xx.2025-ci il tarixli 104 nömrəli arayışdan görünür ki, Cavabdeh Göyçay şəhəri, Natəvan küçəsi, ev 28 saylı komunal evində qeydiyyatdadır. Göyçay rayon Mallı-Şıxlı Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 36 nömrəli arayışından görünür ki, Göyçay şəhəri, Natəvan küçəsi, ev 28 ünvanında yaşayan X5 ünvan 68 ha həyatyanı torpaq sahəsi və torpağın üzərində 2 otaqlı yaşayış mənzili vardır. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X8 arasında xx.xx.2004-cü il tarixində nikah bağlanmışdır. Arvada İslamova soyadı verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hər iki iddia təmin edilməməlidir. İlkin iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, işin faktiki hallarındandan göründüyü kimi cavabdeh mübahisəli mənzilə 2004-cü ildə razılıq əsasında gəlin köçüb və ailə üzvü kimi yaşamışdır. Uzun illər ərzində fasiləsiz olaraq həmin evdə yaşamış, birgə təsərrüfatı idarə etmiş, həmin əsasla onun mübahisəli mənzildən digər ailə üzvləri ilə bərabər şərtlər daxilində istifadə etmək hüququ əmələ gəlmişdir. Göyçay rayon Notariat Ofisi tərəfindən təsdiq edilmiş 17 mart 2015-ci il tarixli bağışlanma müqaviləsinə əsasən bacısı X15 mülkiyyətində olan və ünvan 1 ünvanda yerləşən mənzili ona bağışlamışdır. Bununla da mənzilin mülkiyyətçisi dəyişmiş, lakin AR MM 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Məhkəmə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə istinad etməklə hesab edir ki, Cavabdeh İddiaçı ilə mübahisəli mənzildən bərabər istifadə hüququna malikdir və onun evdən çıxarılması üçün hüquqi əsas müəyyən olunmur. Məhkəmə mübahisələndirilən mənzildən cavabdehin də istifadə hüququ olmasını nəzərə alaraq hesab edir ki, onun mənzildən çıxarılması qanunsuz olardı və cavabdehin adına hər hansı yaşayış sahəsinin olmamasını və maddi vəziyyətinin yaxşı olmamasını diqqətə layiq hallar kimi nəzərə alaraq mübahisəli mənzildən çıxarılmasını məqsədə müvafiq hesab etmir. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə bildirir ki, yuxarıda qeyd olunan əsaslarla Cavabdeh mübahisəli mənzildən istifadə hüququnun olduğu müəyyən olunmuşdur. Artıq mövcüd olan hüququn tanınmasına lüzum qalmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hər iki iddia tələbi üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia rədd edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №2(046)-673/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-673/2025
08.09.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver