Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-68/2020 20.10.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakı ilə, birgə nikah dövründə inşa edilmiş fərdi yaşayış evinin tikintisinə xərclənmiş vəsaitin yarısının ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh sahibliyində olan 0.06 ha torpaq sahəsinin üzərində 2006-cı il tarixdə inşa etdirdikləri iki otaqlı fərdi yaşayış evinin tikintisinə sərf edilmiş pul vəsaitinin yarısının Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2005-ci il tarixdə nikah bağlamışdır. Birgə nikahdan xx.xx.2005-ci il tarixdə X1 və xx.xx.2007-ci il tarixdə X2 anadan olmuşdur. Əvvəllər cavabdehin valideynlərinə məxsus Göyçay rayonunun Qarabaqqal kəndində yerləşən evdə yaşamış, 2006-cı ildə həmin kənddə cavabdehin adına 0.06 ha həyətyanı torpaq sahəsi alaraq oda bir mərtəbəli 2 otaqlı fərdi yaşayış evi inşa edib xx.xx.2007-ci il tarixdə həmin evə köçmüşlər. 2016-cı ilin fevral ayınadək qeyd edilən mübahisəli evdə ailəsi ilə birgə yaşamışdır. Aralarında münasibətləri pozulduğundan cavabdehlə arasında bağlanmış nikah Göyçay Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Mübahisəli evi cavabdehlə birgə nikah dövründə inşa etdirdiklərindən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə İddiaçı göstərdiyi xüsusatları müdafiə etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçının mübahisələndirdiyi Göyçay rayonu Qarabaqqal kəndində yerləşən fərdi yaşayış evinin bir hissəsini iddiaçı ilə evlənməmişdən əvvəl tikmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəfləri dinləyən, tədqiq edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməldir. Məhkəməyə təqdim edilmiş Göyçay RİHB-nin Qarabaqqal kən İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 91 saylı məktubdan görünür ki, Göyçay rayonunun Qarabaqqal kənd sakini Cavabdeh hal-hazırda 0.06 ha həyətyanı torpaq sahəsində 2006-cı ildə inşa edilmiş 1 mərtəbəli 2 otaqdan ibarət olan ümumi sahəsi 61 m2 yaşayış sahəsi 36 m2 köməkçi sahəsi 25 m2 olan fərdi yaşayış evində yaşayır. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında xx.xx.2005-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının xx.xx.2020-ci il tarixli 30428 saylı ekspert rəyindən görünür ki, Göyçay rayonu Qarabaqqal kəndində cavabdehin sahibliyində olan 0.06 ha torpaq sahəsində yerləşən yaşayış evinin inşasına dair aparılmış tikinti-təmir işlərinin hal-hazırki bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 10443.1 manat məbləğində müəyyən edilmiş, Tədqiq olunan evdə aparılmış tikinti-təmir işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının ayrı-ayrılıqda dəyəri rəyə əlavə olunmuş, smetada ətraflı göstərilmiş, tədqiq olunan ərazidə aparılmış tikintinin müddətinin müəyyən olunmasına dair metodika olmadığı üçün qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır. Aparılmış ekspertizanın dəyəri 100 manat təşkil edir. Məhkəmə baxışı zamanı müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh ilə xx.xx.2005-ci il tarixdə nikah bağlayaraq ailə qurmuşlar. İddiaçı cavabdehin valideynlərinə məxsus Göyçay rayonu Qarabaqqal kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Bir müddət sonra 2006-ci il tarixdə mübahisəli fərdi yaşayış evini inşa etdirdikdən sonra xx.xx.2007-ci il tarixdə həmin evə köçmüş və həmin evdə ailəsi ilə birgə yaşamışdır. Göyçay Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh sahibliyində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı ilə birgə nikah dövründə inşa edildiyindən, iddiaçı həmin evin inşasına xərclənmiş vəsaitin yarısını cavabdehdən tələb etməkdə haqlıdır. Ekspert rəyindən göründüyü kimi Cavabdeh məxsus torpaq sahəsində yerləşən fərdi yaşayış evinin inşasına 10443.1 manat məbləğində vəsait xərclənmişdir. Göründüyü kimi qeyd edilən fərdi yaşayış evinin inşasına xərclənmiş vəsaitin yarısı olan 5221.55 manat Cavabdeh qanunsuz sahibliyindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 37-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ərarvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, birgə nikah dövründə inşa edilmiş Cavabdeh sahibliyində olan Göyçay rayonunun Qarabaqqal kəndində yerləşən torpaq sahəsində olan fərdi yaşayış evinin inşasına xərclənmiş vəsaitin yarısı olan 5221.55 manat Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməli, dövlət rüsumunun kəsiri olan 20 manat cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə 100 manat ekspertiza xərci Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh sahibliyində olan Göyçay rayonunun Qarabaqqal kəndində yerləşən torpaq sahəsində birgə nikah dövründə inşa edilmiş fərdi yaşayış evinin inşasına xərclənmiş 10443.10 manat vəsaitin yarısı olan 5221.55 manat Cavabdeh alınaraq İddiaçı verilsin. Dövlət rüsumu kimi ödənilmiş 10 manat Cavabdeh alınaraq İddiaçı verilsin. Dövlət rüsumunun kəsiri olan 20 manat Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. İş üzrə 100 manat ekspertiza xərci Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-68/2020
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-68/2020
20.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver