Məhkəmə qərarları › İş №2(046)-684/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-684/2020

10.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-684/2020 10.08.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, Ərizəçi nümayəndəsi (oğlu) Nümayəndə iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx xxxx 1937-ci il tarixdə Göyçay rayonunun Şəhadət kəndində doğum faktının müəyyən edilməsi, doğum qeydində soyadının Əliyeva, adının Validə, atasının adının X6, anasının adının X9 olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçi nümayəndəsi (oğlu) Nümayəndə ərizəni müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, anası Ərizəçi xx xxxx 1937-ci il tarixdə Göyçay rayonunun Şəhadət kəndində anadan olmuş, 1956-cı ildə Göyçay rayon Potu kənd sakini X11 ilə el adətinə uyğun toy etməklə ailə qurmuşdur. Valideynləri nikahlarını xx xxxxxxxx 1971-ci il tarixdə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində qeyd etdirmişlər. xx xxxx 2011 -ci il tarixdə vəfat etmiş mərhum nənəsi X3 Göyçay rayonunun Kürd kəndində 0.42 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Miras əmlaka qanun üzrə vərəsəlik hüququmu əldə etmək üçün notariat kontoruna müraciət etmiş, lakin anasının doğum haqqında şəhadətnaməsinin itdiyi üçün doğum haqqında şəhadətnaməmin təkrarını almaq üçün Maraqlı şəxsnə müraciət edərkən ona məlum olmuşdur ki, anasının doğumu qeydə alınmamışdır. Bu səbəbdən də təkrar doğum şəhadətnaməsi ala bilməmişdir. Maraqlı şəxs doğum akt qeydini bərpa etməkdən imtina etdi və anasının doğum faktının müəyyən edilməsi üçün yaşadığım yerin məhkəməsinə müraciət etməyi ərizəçiyə tövsiyyə etmişdir. Ərizə ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət etsə də Göyçay rayonunda yaşadığı üçün ərizəsi və ona əlavə olunmuş sənədlər həmi məhkəmə tərəfindən xx xxxxxx 2020-ci il tarixli qərardadla geri qaytarılmışdır. Ona görə də məhkəmədən ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı tərəf olan Maraqlı şəxsnə məhkəmə baxışının yeri və vaxtı barədə məlumat verilmiş, Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçinin nümayəndəsinin izahatlarını dinləyən, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəməyə təqdim edilmiş X4 surətindən görünür ki, X11 ilə Tağıyeva (Əliyeva) X2 şəhər Qeydiyyat Şöbəsində xx.xx.1971-ci il tarixdə 211 saylı nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş X5 surətindən görünür ki, X11 ilə Ərizəçi birgə nikahından xx.xx.1957-ci il tarixdə Nümayəndə anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş Dövlət Arxivinin Göyçay filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, Göyçay rayonunun Potu kənd Ə.Kərim adına kolxozun əmək günü uçotu və hesablaşma kitablarına əsasən Əliyeva (Tağıyeva) Validəyə 1963-cü ildə 84 əmək gününə görə 156 rubl, 1964-cü ildə 2 əmək gününə görə ə2 rubl, 1968-ci ildə 95 adam gününə görə 113 rubl və 1970-ci ildə 124 adam gününə görə 380 rubl verilməsinə dair qeydlər mövcuddur. Məhkəməyə təqdim edilmiş Göyçay rayonunun Potu kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 30 saylı arayışın surətindən görünür ki, Ərizəçi mərhum anası X9 1950-ci ildən vəfat etdiyi günədək, yəni xx.xx.2011-ci il tarixədək Göyçay rayonunun Potu kəndində 1335 saylı təsərrüfatda pasport qeydiyyatında olmuş və yaşamışdır. Əri X13 – 1993-cü ildə vəfat etmiş, oğlu X10 – 2007ci ildə vəfat etmiş, qızı – Ərizəçi 1937-ci ildə anadan olmuş Mingəçevir şəhərində qeydiyyatdadır Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, ərizəçinin anası X9 xx.xx.2011-ci il tarixdə Göyçay rayonunun Kürd kəndində vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair JN-079F saylı şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Göyçay rayon X8 xx.xx.1998-ci il tarixli 39 saylı qərarına əsasən ərizəçinin anası X7 mülkiyyətinə 0.42 ha torpaq sahəsi verilmişdir. Məhkəməyə təqdim edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 145 saylı arayışdan görünür ki, Ərizəçi doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə 1943-1949-cu ilədək olan dövrə aid “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Ərizəçi qeyd edilən doğum haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəməyə təqdim edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Nümayəndə anası Ərizəçi doğum haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar edilmədiyindən aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Məhkəməyə təqdim edilmiş Şəxsiyyət Vəsiqəsi məlumatlarından görünür ki, Ərizəçi xx.xx.1937-ci il tarixdə Göyçay rayonunun Şəhadət kəndində anadan olmuşdur. Məhkəmə hesab edir ki, Ərizəçi doğumun qeyd edilməsi faktını başqa qaydada əldə edə bilməz. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi qanuna uyğun olduğundan təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 311, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDI: Ərizə təmin edilsin. Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilsin. Bu qətnamə xx.xx.1937-ci il tarixdə Göyçay rayonunun Şəhadət kəndində anadan olmuş Ərizəçi doğumunun qeydə alınması və doğum aktı qeydində soyadının Əliyeva, anasının X9, atasının X1 qeyd edilməsi üçün əsasdır. Qətnamənin icrası Maraqlı şəxsnə tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət vermək olar. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar