Məhkəmə qərarları › İş №2(046)-685/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-685/2021

07.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-685/2021 07.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə Göyçay şəhərində 07 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, Göyçay rayon Aqrar İslahat Komissiyasının 08.11.1997-ci il tarixli qərarı ilə mülkiyyətə verilmiş Göyçay rayonu İnçə kəndində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN-281A şəhadətnamənin və Torpağın mülkiyyətə verilməsinə dair JN-281B saylı şəhadətnamənin mərhum anası X9 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 08.11.1997-ci il tarixli qərarı ilə valideyinlərinə Torpağın mülkiyyətə verilməsinə dair JN- 281A saylı şəhadətnaməyə və Torpağın mülkiyyətə verilməsinə dair JN-281B saylı şəhadətnaməyə əsasən 0.12 ha və 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində notariat kontorunda əməliyyat aparmaq üçün sənədlər təqdim edərkən məlum olumşdur ki, mərhum anasının adı şəhadətnamələrdə Sədiyeva SarayYusif qızı əvəzinə X4 qeyd edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin ona məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Buna görə də ərizənin təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. İş üzrə ərizəçini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X5 surətindən görünür ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə anadan olmuşdur. X1, X2r. Məhkəməyə təqdim edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X6 25.11.2020-ci il tarixdə və X13 25.10.2017-ci il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair JN-281A saylı şəhadətnamənin surətindən görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 08.11.1997-ci il tarixli qərarı ilə Göyçay rayonu İnçə kəndində yerləşən 0.12 ha torpaq sahəsi X11, X3 və X7 mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-281B saylı şəhadətnamənin surətindən görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 08.11.1997-ci il tarixli qərarı ilə Göyçay rayonu İnçə kəndində yerləşən 0.08 ha torpaq sahəsi X11, X3 və X7 mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 02.02.2021 il tarixli məktubdan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-281A və JN-281B saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə X8 adı səhvən “X16” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 350.2.11-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, digər hüquqi əhəmiyyəti olan faktları da müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, JN-281A və JN-281B saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin mərhum anası X12 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 350.2.5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ Ərizə təmin edilsin. Torpağın Mülkiyyətə Verilməsinə dair JN-281A və JN-281B saylı Şəhadətnamələrdə mülkiyyətçilər siyahısının 2-ci bəndində X11 adı qeyd edilmiş şəhadətnamələrin Ərizəçi mərhum anası X12 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar