Məhkəmə qərarları › İş №2(046)-686/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-686/2021

14.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-686/2021 14.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi nümayəndəsi oğlu Nümayəndə oğlunun iştirakı ilə, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Göyçay şəhərində xx xxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, Göyçay rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 50 nömrəli qərarı əsasında tərtib edilmiş AN-281656 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin subyektləri siyahsında 2-ci adda mülkiyyətçi “X6” qızının adına yazılmış qeydin ona yəni “Ərizəçi” qızına məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi nümayəndəsi oğlu Nümayəndə oğluərizəni müdafiə edərək göstərmişdir ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 50 saylı qərarına əsasən ərizəçiyə və ailə üzvlərinə ünvan 1 ünvanda 395.95 kv.m torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Ərizəçinin mərhum ərindən miras qalmış torpaq sahəsinə vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin alınması ilə əlaqədar Göyçay rayon Notariat ofisinə müraciət edərkən məlum olmuşdur ki, Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsünün subyektləri siyahısında ərizəçinin adı səhvən Gülnaz əvəzinə Gülzar kimi qeyd edilmişdir. Bununla əlaqədar ərizəçi DƏDRX-nın 16 saylı ərazi idarəsinə müraciət etmiş, ona məhkəməyə müraciət etməyi bildirilmişdir. Buna görə də ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə maraqlı şəxs Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. İş üzrə ərizəçinin nümayəndəsini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X2 surətindən görünür ki, Ərizəçi xx.xx.1948-ci il tarixdə anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X5 xx.xx.1968-ci il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş AN-281656 saylı torpaq sahəsinin planı və ölçüsünü əks etdirən kadastr planından görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarı ilə mülkiyyətə verilmiş ünvan 1 ünvanda 395.95 kv.m torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsin tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş subyektlərin siyahısı qrafasından görünür ki, Göyçay şəhər adlı siyahısında (DBF) 440-cı qrafada aşağıdakı tərkibdə ailə üzvlərinin adları qeyd edilmişdir. (X4 və ailə üzvləri) Məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsin tərəfindən xx xxxxxx 2021-ci il tarixdə verilmiş məktubdan görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının tərtib etdiyi subyektlərin siyahısında Ərizəçi adı “Gülzar” kimi yazıldığından Ərizəçi qeydiyyatla bağlı ərizəsindən imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 350.2.11-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, digər hüquqi əhəmiyyəti olan faktları da müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, Göyçay rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsünün ona məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 350.2.5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ Ərizə təmin edilsin. Göyçay rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsünün subyektləri siyahısında 2-ci bəndində X1 adına yazılmış qeydin “Ərizəçi” qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar