Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-692/2020 23.07.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə Göyçay şəhərində xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, Göyçay rayon x3 xx.xx.1997-ci il tarixli qərarı ilə mülkiyyətə verilmiş Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 1.63 ha torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən JN-510 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının ümumi-birgə mülkiyyətçilər sırasında 2-ci nömrədə Ərizəçi Əziz qızının adına yazılmış qeydin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini müdafiə edərək göstərmişdir ki, Göyçay rayon x3 xx xxxxxx 1997ci il tarixli qərarı ilə Göyçay rayonunun Mallı-Şıxlı kəndində torpağın mülkiyyət hüququna dair JN-510 saylı dövlət aktına əsasən 1.63 ha torpaq sahəsi verilmişdir. Göyçay rayon Notariat Kontoruna sənədlər təqdim edərkən məlum olmuşdur ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən verilmiş torpağın mülkiyyət hüququna dair JN-510 saylı dövlət aktında Ərizəçi əvəzinə səhvən Ərizəçi Əziz qızı yazılmışdır. Ona görə də ərizə ilə DƏDRX-nin 16 saylı Ərazi İdarəsinə müraciət edərək JN-510 saylı dövlət aktında düzəliş edilməsini xahiş etmiş, lakin DƏDRX-nin 16 saylı Ərazi İdarəsi xx xxxxxxxx 2019-cu il tarixli məktubla məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. İş üzrə maraqlı şəxs Dövlət Reyestri Xidmətinin 16 saylı x17 məhkəməyə ərizə ünvanlayaraq, mülki işə nümayəndənin iştiraki olmadan baxılmasını xahiş etmişdir. İş üzrə ərizəçini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş x1 təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cı il tarixdə anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, x9 ilə Əskərova (Həmidova) Məhbubə İslam qızı arasında xx.xx.1993-cü il tarixdə nikah bağlanmışdır. Məhkəməyə təqdim edilmiş Göyçay rayonu Mallı-Şıxlı kənd inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 205 saylı arayışdan görünür ki, Həmidova x7 rayonunun Bankə qəsəbəsində pasport qeydiyyatında olsa da hazırda Göyçay rayon Mallı-Şıxlı kəndində yaşayır. Məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, x8 xx.xx.1993-cü il tarixdə, x10 xx.xx.1994-cü il tarixdə və x11 xx.xx.1997-ci il tarixdə Neftçala rayonu Bankə qəsəbəsində anadan olmuşlar. Atası x9, anası Ərizəçidır. Məhkəməyə təqdim edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Göyçay rayon x3 xx.xx.1997-ci il tarixli qərarı ilə mülkiyyətə verilmiş Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 1.63 ha torpaq sahəsi x4, Ərizəçi Əziz qızının, x5, x2 və x6 ümumi-birgə mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı x17 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-510 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında Ərizəçi adı səhvən Ərizəçi Əziz qızı kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 350.2.11-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, digər hüquqi əhəmiyyəti olan faktları da müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, Göyçay rayon x3 xx.xx.1997-ci il tarixli qərarı ilə Ərizəçi Əziz qızının adına verilmiş Göyçay rayonu Mallı- Şıxlı kəndində yerləşən 1.63 ha torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən JN- 510 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 350.2.5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. Göyçay rayon x3 xx.xx.1997-ci il tarixli qərarı ilə Ərizəçi Əziz qızının adına verilmiş Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən 1.63 ha torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən JN-510 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-692/2020
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-692/2020
23.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver