Məhkəmə qərarları › İş №2(046)-700/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-700/2020

02.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-700/2020 02.10.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 2 10 saylı mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, ünvan 1 saylı binada 1 otaqlı 10 saylı ünvanda yerləşən mənzil tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin mənzilə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış ona hüquqların dövlət qeydiyyatı haqqında MN seriyalı ******* saylı daşınmz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Asan xidmətdə olarkən ona tanımadığı şəxs Cavabdeh onun mülkiyyətində olan mənzildə qeydiyyatda olması məlum olmuşdur. Cavabdehin onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olması mənzil üzərində mülkiyyət hüquqularını tam həyata keçirməyinə mane olur. Buna görə də Cavabdeh ünvan 2 10 saylı mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddianı qəbul etdiyini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə tərəflərin izahatlarını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş DƏDRX-nin Ucar ərazı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 2 10 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyəti kimi xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh ünvan 2 10 saylı ünvanda yerləşən mənzildə qeydiyyatdadır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh ünvan 2 10 saylı ünvanda yerləşən mənzildə qeydiyyatda qalması İddiaçı mülkiyyət hüquqlarını məhdudlaşdırır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir insan onun konstitusiya, yaxud qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək ona dar sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan ünvan 2 10 saylı ünvanda yerləşən mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsinə dair tələbi əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanalara əsasən və Azəbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Cavabdeh qarşı ünvan 2 10 saylı ünvanda yerləşən mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsinə dair tələbi təmin edilsin. Bu qətnamə Cavabdeh ünvan 2 10 saylı ünvanda yerləşən mənzildən istifadə hüququna xitam verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar