Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-701/2021 29.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə Göyçay şəhərində 29 aprel 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, Göyçay rayon Aqrar İslahat Komissiyasının 14 may 1999-cu il tarixli 50 nömrəli qərarı ilə mərhum atası X5 verilmiş, 701.47 kvm həyətyanı torpaq sahəsinin X3 adına yazılmış A № 280075 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin mərhum atası X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, mərhum atasıdan ünvan 1 ünvanda 701.47 kvm həyətyanı torpaq sahəsi miras qalmışdır. Həmin torpaq sahəsi torpaq islahatına qədər mərhum atasının və ailəsinin sahibliyində olmuş və Göyçay rayon Aqrar İslahat Komissiyasının 14 may 1999-cu il tarixli 50 nömrəli qərarı ilə mərhum atasına verilmişdir. Mərhum atasından miras qalmış əmlakı qanun üzrə birinci növbə vərəsə kimi rəsmi qəbul etmiş, lakin miras evə dair hüquq müəyyənedici sənəd almaq istəyərkən ona məlum olmuşdur ki, torpaq sahəsinin planı və ölçüsü sənədində mərhum atasının soyadı səhvən Allahverdiyev kimi yazılmışdır. Bu səbəbdən də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi 07 sentyabr 2020-ci il tarixli **********81 saylı məktubla çatışmazlıq aradan qaldırıldıqdan sonra hüququn qeydiyyata alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada baxılacağını bildirmişdir. Buna görə də ərizənin təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. İş üzrə ərizəçini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X9 təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 05.02.1961-ci il tarixdə anadan olmuşdur. X13 Fərman oğludur. Məhkəməyə təqdim edilmiş X10 görünür ki, Allahverənov Nəcəf Fərman oğlu 19.01.2004-cü il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş AN-280075 saylı torpaq sahəsinin planı və ölçüsünü əks etdirən kadastr planından görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 14.05.1999-cu il tarixli qərarı ilə mülkiyyətə verilmiş Göyçay şəhərində yerləşən 701.47 kv.m torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 07.09.2020-ci il tarixli məktubdan görünür ki, Göyçay rayon Aqrar İslahatı Komissiyasının qərarı əsasən tərtib edilmiş AN-280075 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində X1 səhvən “X7” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 350.2.11-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, digər hüquqi əhəmiyyəti olan faktları da müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, AN-280075 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin mərhum X5 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 350.2.5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ Ərizə təmin edilsin. AN-280075 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin mərhum X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-701/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-701/2021
29.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver