Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-701/2025 23.12.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, torpaq sahəsində çıxarılma tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş 0.11 hektar kənd təsərrüfatı təyinatlı topraq sahəsindən çaxarılmaları, torpaq sahəsində olunmuş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi və onların həmin torpaq sahəsində daxil olmalarına qadağan edilməsi, məhkəmə xərclərinin cavabdehlərə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, İddiaçı iddia ərizəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan Göyçay rayonu Qızılağac kəndində yerləşən 0.11 ha torpaq sahəsindən çıxarılmalarını tələb etməsinə baxmayaraq, qeyd edilən torpaq sahəsinin plan və ölçü sənədlərini iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmə tərəfindən qeyd edilən torpaq sahəsinin plan və ölçü sənədlərinin təqdim edilməsi iddiaçıya təklif edilmiş, lakin iddiaçı həmin plan ölçü sənədini məhkəməyə təqdim etməmişdir. Buna görə də İddiaçı mülkiyyətində olan Göyçay rayonu Qızılağac kəndində yerləşən 0.11 ha torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilib-edilmədiyini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda mülki iş baxılmamış saxlanılır. Həmin Məcəllənin 149.2.5-ci maddəsinə əsasən iddiaçı ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsində qeyd etməlidir. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə əsasən iddiaçı öz tələblərini əsaslandırdığı hallara dair sənədləri, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətlərini təqdim etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçıcavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-701/2025
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-701/2025
23.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver