Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-711/2021 08.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, ərizəçilər Ərizəçi və X1 şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə Göyçay şəhərində 08 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi və X16 məhkəməyə müraciət edərək, Göyçay rayonu Qaraməryəm kəndində yerləşən torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən JN- 100 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının ümumi-birgə mülkiyyətçilər sırasında 1-ci nömrədə X5 adına yazılmış qeydin X6, 2-ci nömrədə X7 adına yazılmış qeydin Ərizəçi və 3-cü nömrədə X12 adına yazılmış qeydin X13 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X20 ərizəsini müdafiə edərək göstərmişdir ki,Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 saylı qərarı ilə ona və ailə üzvlərinə anası X6 və arvadı X13 Torpağın Mülkiyyətə Verilməsinə dair JN-100 saylı dövlət aktına əsasən ümumilikdə 0.66 ha kənd təsərrüfatı məhsulların istehsalı üçün torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə dair çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 16 saylı Ərazi İdarəsinə müraciət olunmuşdur .Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə təqdim etdiyimiz sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 saylı qərarı ilə onlara verilən JN- 100 nömrəli dövlət aktında səhvən X15 əvəzinə “X17”, Ərizəçi əvəzinə “X18” və X16 əvəzinə “X19”, kimi qeyd olunmuşdur. Bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi JN-100 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktın” da adda olan səhvlərinin dəyişdirilməsi və bütün sənədlər eyni şəxsə, yəni Ərizəçi, X6 və X13 məxsus olduğu halda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən torpaq sahəsinə çıxarış verilməsindən imtina edilmişdir. Buna görə də ərizəsinin təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. İş üzrə ərizəçini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X10 surətindən görünür ki, Ərizəçi xx.xx.1972-cü il tarixdə anadan olmuşdur. X2r. Məhkəməyə təqdim edilmiş X11 surətindən görünür ki, ərizəçilər Ərizəçi ilə X16 23.11.1992-ci il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Dövlət Aktının surətindən görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli qərarı ilə Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən 0.68 ha torpaq sahəsi Ərizəçi, X3 və X4 mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş X14 surətindən görünür ki, X15 17.06.2004-cü il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 14.12.2020-ci il tarixli məktubdan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-0039 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında X15 əvəzinə “X17”, Ərizəçi əvəzinə “X18” və X16 əvəzinə “X19”, kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 350.2.11-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, digər hüquqi əhəmiyyəti olan faktları da müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçilər Ərizəçi və X4 ərizəsi təmin edilməli, Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli qərarı ilə mülkiyyətə verilmiş Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən JN-100saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının ümumi-birgə mülkiyyətçilər sırasında X5 adına yazılmış qeydin X6, X7 adına yazılmış qeydin Ərizəçi və X9 adına yazılmış qeydin X13 məxsus olması faktının müəyyən edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçilər Ərizəçi və X3 və ailə üzvlərinin adına verilmiş JN-100 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 350.2.5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-100 saylı Dövlət Aktının ərizəçilər Ərizəçi, X13 və mərhum X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-711/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-711/2021
08.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver