Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-714/2021 27.08.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, evə köçürülmə tələbinə dair mülki işə Göyçay şəhərində 27 avqust 2021-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan azyaşlı uşaqları ilə birlikdə Cavabdeh yaşadığı Göyçay rayonunun Mırtı kəndində yerləşən evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh ilə 2001-ci ildə ailə həyatı qurmuş, 02.01.2004-cü il tarixdə nikah bağlamışlar. Birgə nikahdan 30.04.2002-ci il tarixdə X4, 23.02.2004-cü il tarixdə X5, 16.08.2006-cı il tarixdə X6, 06.06.2009-cu il tarixdə X8, 04.06.2011-ci il tarixdə X1 və 28.11.2012-ci il tarixdə X10 anadan olmuşdur. Əvvəllər mehriban yaşasalar da münasibətləri korlanmış, buna görə də Goranboy rayon məhkəməsinin 21.10.2015-ci il tarixli 2(045)-105 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Nikaha daxil olarkən cavabdehin atasına məxsus olan ünvan 1i ünvanında yerləşən evinə gəlin köçmüşdür. Cavabdehin anası 1999-cı ildə, atası X9 2012-ci ildə vəfat etmişdir. Ev faktiki olaraq cavabdehə qalmışdır. Cavabdeh onu və övladlarını heç bir səbəb olmadan evdən qovub çıxarmışdır. Hal-hazırda övladları ilə müvəqqəti sığınacaqda-qohumlarımın yanında Goranboy şəhərində yaşamağa məcbur olmuşdur. Cehiz əşyaları da hələ də həmin evdə qalmışdır. Onun və azyaşlı uşaqlarının yaşayış yeri yoxdur. Hesab edir ki, onun və azyaşlı uşaqları ilə birlikdə cavabdehin atasına məxsus ünvan 1ində yerləşən evə yaşamaq hüququ vardır. Cavabdeh həmin evə qayıdıb yaşamasına könüllü razılıq vermədiyinə görə azyaşlı uşaqları ilə birlikdə cavabdehin yaşadığı Göyçay rayonu Mırtı kəndində yerləşən yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, iddiaçının azyazşlı uşaqları ilə mərhum atasına məxsus olan, hazırda özünün yaşadığı Göyçay rayonu Mırtı kəndində yerləşən yaşayış evinə köçərək yaşamasına etiraz etmir. Məhkəməyə təqdim edilmiş X7 Şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah 25.04.202016-cı il tarixdə pozulmuşdur. Məhkəməyə təqdim edilmiş Fərdi Yaşayış evinin Texniki Pasportundan görünür ki, Göyçay rayonu Mırtı kəndində yerləşən fərdi yaşayış evi cavabdehin atası X2 mülkiyyətindədir. Məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, X9 17.04.2012-ci il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətinin 18.06.2021-ci il tarixli mətubundan görünür ki, Cavabdeh və X2 adlarına Göyçay rayonu Mırtı kəndində qeydiyyata alınmış fərdi yaşayış evi aşkar edilməmişdir. Məhkəmə təqdim edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, tərəflərin birgə nikahdan 30.04.2002-ci il tarixdə X4, 23.02.2004-cü il tarixdə X5, 16.08.2006-cı il tarixdə X6, 06.06.2009-cu il tarixdə X8, 04.06.2011-ci il tarixdə X1 və 28.11.2012-ci il tarixdə X10 anadan olmuşdur. İş üzrə tərəfləri dinləyən və tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş sənədlərdən və işin faktiki hallarından göründüyü kimi İddiaçı ilə cavabdeh arasında mübahisəli fərdi yaşayış evindən istifadə ilə bağlı münasibətlər 2004-cü ildə yaranmışdır. İddiaçı Cavabdeh ilə həmin evdə 11 il fasiləsiz olaraq azyaşlı uşaqları ilə yaşamışdır. İddiaçı ilə Cavabdeh arasında olan ailə münasibətləri pozulduğundan Cavabdeh İddiaçı həmin fərdi yaşayış evində yaşamağa imkan verməmişdir. Mübahisəli ev üzərində cavabdehin mülkiyyət hüququ qeydə alınmamışdır. Tərəflər arasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış evə köçürülmə ilə bağlı mübahisə yaranmışdır. Tərəflər arasında hüquq münasibətlərinin 2004-cü il tarixdə yaranmasını nəzərə alaraq, məhkəmə belə hesab edir ki, mülki mübahisə 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normalarına uyğun şəkildə həll edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus evə köçürdüyü ailə üzvləri, onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsində burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehin istifadəsində olan Göyçay rayonu Mırtı kəndində yerləşən evə gəlin köçmüş, cavabdehlə birlikdə təsərrüfuat aparmış, həmin evdə uşaqları anadan olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinin tələblərinə əsasən həmin evdən istifadə hüququ əldə etmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı himayəsində olan azyaşlı uşaqları 23.02.2004-cü il tarixdə anadan olmuş X5, 16.08.2006-cı il tarixdə anadan olmuş X6, 06.06.2009-cu il tarixdə anadan olmuş X8, 04.06.2011-ci il tarixdə anadan olmuş X1 və 28.11.2012-ci il tarixdə anadan olmuş X10 ilə birlikdə Cavabdeh yaşadığı Göyçay rayonunun Mırtı kəndində yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamənin irası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cavabdeh 10 manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-714/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-714/2021
27.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver