Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-724/2025 17.12.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Mehdiyeva Ləman Vidadi qızının katibliyi, İddiaçı, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətin müdafiəsi və zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətindəki Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən 0.3104 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən 0.3104 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi X26 Komissiyasının müvafiq qərarı ilə xx.xx.2000-ci il tarixli, JN598 nömrəli Dövlət Aktı əsasında ona ayrılmış, sonradan həmin topraq sahəsinə dair MH ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Uzun müddət həmin topraq sahəsindən giriş-çıxış yolunun tutulması səbəbi ilə istifadə edə bilməmişdir. Buna görə də hazırki iş üzrə cavabdehlə aralarında məhkəmə çəkişməsi olmuşdur. Şəki Apellyasiya Məhkəməsində aralarında olan mübahisəyə baxılarakən ekspertiza təyin olunmuş, mütəxəssislərin və ekspertin iştirakı ilə tədqiqatlar aparılmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 10/5175 saylı, xx.xx.2024-cü/il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, ona məxsus torpaq sahəsi naturada Cavabdeh tərəfindən istifadə olunur. Hazırda da o mülkiyyətindəki torpaq sahəsindən istifadə edə bilmir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materialları: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2025-ci il tarixli, 10/5175 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3- 35/2-2406/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin faktiki ölçüləri onun hüquqmüəyyənedici sənədlərdə göstərilən cizgisində qeyd edilmiş torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin konfiqurasiya və sahə fərqi mövcuddur. Həmin torpaq sahəsinin ölçü və koordinatları satıcı X2 mülkiyyət hüququna dair JN- 598 Z saylı dövlət aktında göstərilən cizgisində qeyd edilmiş torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin konfiqurasiya sahə fərqi vardır. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayonunun Qarabaqqal kəndində 0.3104 ha torpaq sahəsinin ölçü və koordinatları, Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində olan torpağın mülkiyyətə verilməsinə dair JN-90F saylı (kod ********) şəhadətnamədə göstərilən 0.27 ha həyətyanı torpaq sahəsi, Cavabdeh Göyçay rayon notariat kontorunda müqavilə bağlamaqla X17 və X3 aldığı, DƏDRX tərəfindən verilmiş AA 004145 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0.4138 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, X10 və X5 aldığı, DƏDRX tərəfindən verilmiş AA 261856 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0.3104 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, X6 aldığı, DƏDRX tərəfindən verilmiş AA 331081 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində gösrərilən 0.1034 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları müəyyən edilmiş, naturada ölçüləri müəyyən edilmişdir. Həmin torpaq sahələri sənəd üzrə üstüstə düşmür, lakin iddiaçıya məxsus olan torpaq sahəsi naturada cavabdeh tərəfidən istifadə edilir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı mülkiyyətində olan 0,3104 ha torpaq sahəsinə gedən gediş-gəliş yolu DWJ (torpaq islahatının nəticələrini özün də əks etdirən kompleks yerquruluşu layihəsi) məlumatlarında qərb tərəfdən nəzərdə tutulmuşdur. Sözügedən gediş-gəliş yolu Cavabdeh tərəfindən istifadə olunmur. İddiaçı naturada göstərdiyi (şərq tərəfdən) və iddia etdiyi gediş-gəliş yolu DWJ (torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) məlumatlarında nəzərdə tutulmamışdır və naturada mövcud deyil. Əlavə məlumat üçün bildirilir ki, TEKUİS-də cənub-şərq tərəfdə qeydə alınmış gediş-gəliş yolu naturada mövcud deyil. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, gediş-gəliş yolu cavabdeh tərəfindən istifadə olunmur. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlər Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.3104 ha torpaq sahəsi xx.xx.2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 70 nömrəli vərəqəsində İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. xx.xx.2011-ci il tarixli müqavilənin surətindən görünür ki, Göyçay rayon Qarabaqqal kəndində yaşayanlar X17, X8, X18 və X12 gələcəkdə “satıcılar” adlanan bir tərəf və Göyçay rayonu, Çayarxı kəndində yaşayan Cavabdeh gələcəkdə “alıcı” adlanan digər tərəf həmin müqaviləni: Satıcılar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar rayon ərazi idarəsinin xx.xx.2011-ci il tarixli 27/1674 nömrəli arayışına, xx.xx.2011-ci il tarixli MA-0229854 nömrəli Hüquqlarının Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışına əsasən Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən 0.4138 ha torpaq sahəsini alıcıya satdılar. Satıcılar daşınmaz əmlakı 80 (səksən) manata satdılar, alıcı isə həmin qiymətə aldı. Həmin müqavilə Göyçay rayon dövlət notariat kontorunun dövlət notariusu Polad Nəcəfli tərəfindən təsdqi edilib. JN 598 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 17 sentyabr tarixli 42 saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 0.48 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi X4, X15 və X7 adına dövlət aktı qeydiyyat kitabında 598 nömrə ilə qeydiyyata alınmışdır. xx.xx.2004-cü il tarixli müqavilənin surətindən görünür ki, Göyçay rayon Qarabaqqal kəndində yaşayan X1 rayonu Qarabaölar kəndində müvəqqəti yaaşayan İddiaçı xx.xx.2000-ci il 592 nömrəli dövlət aktına və xx.xx.2004-cü il 17 nömrəli arayışına əsasən Göyçay rayon Qarabaqqal kəndində 0.31 ha torpaq sahəsində yerləşən meyvə bağını İddiaçı satmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, 1. İdarənin elektron baza məlumatlarında mövcud olan, 2000-ci ildə tərtib edilmiş “Göyçay rayonu Qarabaqqal kəndi Nizami adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsi”ndə göstərilən JN-598Z nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə mülkiyyətə verilmiş 0.3104 ha torpaq sahəsinin yerləşmə vəziyyətinə uyğun İddiaçı adına xx.xx.2009-cu il tarixli 001797 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”, xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli çıxarış tərtib edilmişdir. 2. xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı 0.3104 ha torpaq sahəsi ilə bağlı xx.xx.2009-cu i tarixdə tərtib edilmiş 001797 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədində əks olunan koordinatlar JN-090F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.27 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşmür. 3. xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli çıxarışla (xx.xx.2009-cu il tarixli 001797 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi) İddiaçı mülkiyyətinə verilmiş 0.3104 ha torpaq sahəsinin şərq və qərb hissəsi arxa düşməklə qalan 0.19 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunduğu mütəxəssis tərəfindən müəyyən edilmişdir. İdarənin elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS-AzCad) məlumatlarında **********77 reyestr nömrəli çıxarış (0.31 ha, faktiki 0.21 ha) 21.01,2009-cu il tarixdə tərtib edilmiş 001797 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində əks olunan koordinatlarla müəyyənləşən 0.3104 ha torpaq sahəsindən 16 metr şimalda göstərilmişdir. TEKUİS-AzCad məlumatlarında göstərilən **********77 reyestr nömrəli çıxarış JN-090F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.27 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşmür. TEKUİS- AzCad məlumatlarında göstərilən **********77 reyestr nömrəli çıxarışla (sənəd üzrə sahəsi 0.31 ha, faktiki sahəsi 0.21 ha) İddiaçı mülkiyyətinə verilmiş faktiki sahəsi 0.21 ha olan torpaq sahəsinin baxış zamanı Cavabdeh tərəfindən istifadə edildiyi mütəxəssis tərəfindən müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, idarənin elektron baza məlumatlarında sürüşmə vəziyyətində olan “Göyçay rayonu Qarabaqqal kəndi Nizami adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsi’ üzərində göstərilən xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli çıxarışla (xx.xx.2009 -cu il tarixli 001797 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”) İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.3104 ha torpaq sahəsinin TEKUİS-AzCad məlumatlarında 0.19 ha hissəsi JN-599Z nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə X13 mülkiyyətinə verilmiş 0.41 ha torpaq sahəsi ilə, 0.0094 ha hissəsi isə JN-604Z nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə X11 mülkiyyətinə verilmiş 0.31 ha torpaq sahəsi ilə üst-üstə düşür. xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli çıxarışla (xx.xx.2009-cu il tarixli 001797 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”) İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.3104 ha torpaq sahəsinin arxdan kənarda qalan 0.19 ha hissəsində və TEKUİS-AzCad məlumatlarında göstərilən **********77 reyestr nömrəli çıxarış (sənəd üzrə 0.31 ha, faktiki sahə 0.21 ha) torpaq sahəsində baxış zamanı cavabdehə məxsus olduğu bildirilən çoxillik əkmələr (meyvə ağacları) mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 sentyabr 2025-ci il tarixli, 10/6315 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-36/2- 2759/2025 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: İdarənin elektron baza məlumatlarında mövcud olan, 2000-ci ildə tərtib edilmiş "Göyçay rayonu Qarabaqqal kəndi Nizami adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsi"ndə göstərilən JN-598Z nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə mülkiyyətə verilmiş 0.3104 ha torpaq sahəsinin yerləşmə vəziyyətinə uyğun İddiaçı adına xx.xx.2009- cu il tarixli 001797 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədi", xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli çıxarış tərtib edilmişdir. xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı 0.3104 ha torpaq sahəsi ilə bağlı xx.xx.2009-cu i tarixdə tərtib edilmiş 001797 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədində əks olunan koordinatlar JN-090F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.27 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşmür. xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli çıxarışla (xx.xx.2009-cu il tarixli 001797 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi) İddiaçı mülkiyyətinə verilmiş 0.3104 ha torpaq sahəsinin şərq və qərb hissəsi arxa düşməklə qalan 0.19 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunduğu mütəxəssis tərəfindən müəyyən edilmişdir. İdarənin elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUlS-AzCad) məlumatlarında **********77 reyestr nömrəli çıxarış (0.31 ha, faktiki 0.21 ha) xx.xx.2009-cu il tarixdə tərtib edilmiş 001797 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində əks olunan koordinatlarla müəyyənləşən 0.3104 ha torpaq sahəsindən 16 metr şimalda göstərilmişdir. TEKUİS-AzCad məlumatlarında göstərilən **********77 reyestr nömrəli çıxarış JN-090F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.27 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşmür. TEKUlS-AzCad məlumatlarında göstərilən **********77 reyestr nömrəli çıxarışla (sənəd üzrə sahəsi 0.31 ha, faktiki sahəsi 0.21 ha) İddiaçı mülkiyyətinə verilmiş faktiki sahəsi 0.21 ha olan torpaq sahəsinin baxış zamanı Cavabdeh tərəfindən istifadə edildiyi mütəxəssis tərəfindən müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, idarənin elektron baza məlumatlarında sürüşmə vəziyyətində olan "Göyçay rayonu Qarabaqqal kəndi Nizami adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsi üzərində göstərilən xx.xx.2009- cu il tarixli ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli çıxarışla (xx.xx.2009-cu il tarixli 001797 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədi") İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.3104 ha torpaq sahəsinin TEKUİS-AzCad məlumatlarında 0.19 ha hissəsi JN-599Z nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə X13 mülkiyyətinə verilmiş 0.41 ha torpaq sahəsi ilə, 0.0094 ha hissəsi isə JN-604Z nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə X11 mülkiyyətinə verilmiş 0.31 ha torpaq sahəsi ilə üst-üstə düşür. xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli çıxarışla (xx.xx.2009-cu il tarixli 001797 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”) İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.3104 ha torpaq sahəsinin arxdan kənarda qalan 0.19 ha hissəsində və TEKUİS-AzCad məlumatlarında göstərilən **********77 reyestr nömrəli çıxarış (sənəd üzrə 0.31 ha, faktiki sahə 0.21 ha) torpaq sahəsində baxış zamanı cavabdehə məxsus olduğu bildirilən çoxillik əkmələr (meyvə ağacları) mövcud olduğu müəyyən edilmişdir. Tərəflərin izahatları: Məhkəmə baxışında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, İddiaçı torpağı Yasamən Hüseynovadan alqı-satqı müqaviləsi bağlayaraq almışdır. Həmin vaxt Yasamən Hüseynovada xəritə olmuş, o, iddiaçıya torpağı satanda harada yerləşdiyini göstərmişdir. Sonra həmin ərazi yenidən TEKUİS-AzCad ilə ölçülmüş və uyğunsuzluq aşkar edilmişdir. İddiaçı bundan istifadə edərək tez bir zaman bələdiyyə ilə alqı-satqı müqaviləsi bağlamış və gəlib torpağa dair məhkəmədə mübahisə qaldırmışdır. 2019-cu il tarixdə həmin torpaq sahəsinə çıxarış alınmış və bəlli olmuşdur ki, sözügedən torpaq kənar şəxsin torpağı olmuşdur. Sənədlər düzgün olsay idi torpağın koordinatları tapılmalı, sonra isə çıxarış verilməli idi. Həmin əraziyə çox yoxlama gəlib getmiş, hər dəfə tələb etmişdir ki, ərazidə onun koordinatları tapəlmalıdır. Tələbi ondan ibarətdir ki, faktiki torpaq sahəsi ilə əldə olan sənədlərlə uyğunsuzluq təşkil edir, o kiminsə səhvi ucbatından əziyyət çəkir, öz torpağına sənəd ala bilmir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirdi ki, Cavabdeh həmsərhəd torpağa sənəd ala bilmir. İddiaçı göstərdiyi torpaqdan istifadə etmir. Mütəxəssis rəydə göstərmişdir ki, ərazidə olan torpaq sahəsində arx olduğuna görə çatışmamazlıq vardır. İddiaçının əslində cəmi 0.25 ha torpaq sahəsi var. Mütəxəssis rəyində uyğunsuzluq mövcuddur. Məhkəmə iclasında 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X20 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, DWJ və TEKUİS-AzCad koordinatları göstərilmiş, xəridə ağ rəngdə qeyd olunan hissədən Cavabdeh istifadə edir. Bu DWJ torpaq islahatının nəticələrini özün də əks etdirən kompleks yerquruluşu layihəsinin xəritəsi əsasında göstərilmişdir. Mütəxəssis rəyində yanlışlığa yol verilmiş, iddiaçıya məxsus torpaq sahəsini cəmi 0.17 ha hissəsini cavabdeh, 0.04 hissəsini isə başqa bir şəxs istifadə edir. Məhkəmə iclasında Yasamən Hüseynov şahid qismində izahat verərək bildirdi ki, alqısatqıda o, iştirak etmişdir. O vaxtı iddiaçıya satdığı torpaq cavabdehin torpağı ilə qonşuluqda olmamışdır. Həmin torpaqdan 1 il müddət istifadə edərək satmışlar. Torpağın yerini iddiaçıya əri göstərmişdir. Sonradan İddiaçı torpağın yerinin düzgün göstərilib-göstərilməməsi ilə bağlı onlara müraciət etməmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin faktiki halı: Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlər Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışına əsasən Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.3104 ha torpaq sahəsi xx.xx.2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 70 nömrəli vərəqəsində İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İddiaçı bildirir ki, mülkiyyətində olan torpaq sahəsindən cavabdeh istifadə edir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddiaçının göstərdiyi torpaqdan cavabdehin istifadə etmədiyini, mütəxəssis rəydə göstərilən ərazidə olan torpaq sahəsində orada arx olduğuna görə çatışmamazlıq olduğunu, iddiaçının əslində cəmi 0.25 ha torpaq sahəsi olduğu və mütəxəssis rəyində uyğunsuzluq mövcud olduğunu bildirmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 78.1 Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndi:
Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndi:
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
152.1 Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndi:
Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndi:
Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 2-ci bəndi:
Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. "İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir.
«Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarı:
Məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N. Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı:
Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
Məhkəmənin mövqeyi:
Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir. İşin halları ilə müəyyən olunur ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlər Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışına əsasən Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.3104 ha torpaq sahəsi xx.xx.2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 70 nömrəli vərəqəsində İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, çıxarışla İddiaçı mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı 0.3104 ha torpaq sahəsi ilə bağlı xx.xx.2009-cu i tarixdə tərtib edilmiş 001797 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədində əks olunan koordinatlar JN-090F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.27 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşmür. xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli çıxarışla (xx.xx.2009-cu il tarixli 001797 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi) İddiaçı mülkiyyətinə verilmiş 0.3104 ha torpaq sahəsinin şərq və qərb hissəsi arxa düşməklə qalan 0.19 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. TEKUİS-AzCad məlumatlarında göstərilən **********77 reyestr nömrəli çıxarışla (sənəd üzrə sahəsi 0.31 ha, faktiki sahəsi 0.21 ha) İddiaçı mülkiyyətinə verilmiş faktiki sahəsi 0.21 ha olan torpaq sahəsinin baxış zamanı Cavabdeh tərəfindən istifadə edildiyi göstərilmişdir. Məhkəmə icraatı zamanı 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X20 mütəxəssis rəyində yanlışlığa yol verildiyini, iddiaçıya məxsus 0.21 ha torpaq sahəsininin zəbt olunduğunu, 0.17 ha hissəsindən Cavabdeh, digər 0.04 ha hissəsi isə başqa şəxslər tərəfindən istifadə olunduğunu bildirmişdir. Mülki qanunvericiliyin tələbinə görə mülkiyyətçi öz əmlakı üzərində sahib olmaqda, ondan istifadə etməkdə və ona dair sərəncam verməkdə sərbəstdir, mülkiyyətçi ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Nəticə:
Məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı mülkiyyətində olan 0.17 ha torpaq sahəsinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməkdə sərbəst olduğundan, habelə həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb etmək hüququna malik olduğundan, pozulmuş mülkiyyət hüququ bərpa edilməli, mülkiyyət hüququnun müdafiəsi təmin edilməli, İddiaçı məxsus Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh çıxarılaraq iddiaçıya təhvil verilməli, bununla da iddia qismən təmin edilməli, iddia qalan hissədə təmin edilməməlidir.
Məhkəmə xərcləri:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi isə aşağıdakı qaydada həyata keçirilməlidir. Məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumundan və ekspertiza tədqiqatının aparılması üçün 100 manat ekspertiza xərcindən ibarətdir. Dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pul iddiaçıya aid edilməli, ekspertizasının keçirilməsinə sərf edilmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti iddiaçı və cavabdeh arasında müştərək qaydada alınaraq dövlət nəfinə keçirilməlidir.
Nəticə:
Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı məxsus Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh çıxarılsın və həmin torpaq sahəsi iddiaçıya təhvil verilsin. Dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pul iddiaçıya aid edilsin. Ekspertizasının keçirilməsinə sərf edilmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı və Cavabdeh arasında müştərək qaydada alınaraq dövlət nəfinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Gülnaz Qurbanova