Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-74/2021 18.03.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı X4 nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, iddiaçı X4 cavabdehlər Cavabdeh1 Cavabdeh2, Həşimov Cavabdeh3 və Cavabdeh4 qarşı evə köçürülmə tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən e t d i: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan azyaşlı uşaqları ilə birlikdə cavabdehlərə məxsus Göyçay rayonunun Kürdəmiş kəndində yerləşən evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı X4 nümayəndəsi vəkil Nümayəndə iddianı müdafiə edərək göstərmişdir ki, tərəflər xx xxxxxx 2005-ci il tarixdə el adətinə uyğun toy etməklə ailə qurmuş, iddiaçı cavabdeh Həşimov Cavabdeh3 ilə evlənərkən əmlakı ilə birlikdə Göyçay rayonunun Kürdəmiş kəndində cavabdehlərin qeydiyyatda olduqları təsərrüfatda yerləşən, ümumi sahəsi 130 kvm olan 3 otaqlı fərdi yaşayış evinə gəlin köçmüşdür. Tərəflər nikahlarını xx xxxxxx 2006-cı il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində qeydə alınmışdır.Tərəflərin birgə nikahdan xx xxxxxx 2007-ci il tarixdə Həşimli Fikrət Cavabdeh3 oğlu və xx xxxxxx 2008-ci il tarixdə Həşimli Fidan Cavabdeh3 qızı anadan olmuşdur. Tərəflərin münasibətləri 2015-ci ildən sonra tamamilə pozulmuş, cavabdeh 2016-cı ilin noyabr ayının 20-də cavabdeh evdən xurma məhsulunun satışından əldə olunan və evdə olan 3 min manata yaxın məbləğdə pulu götürərək çıxıb getmişdir. Tərəflər xx xxxxxx 2016-cı ildən cavabdeh Həşimov Cavabdeh3 ilə faktiki ayrılmış və iddiaçı xx xxxxxx 2016-cı il tarixdən yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə anasının himayəsində yaşayır. Mübahisəli ev cavabdehlərin qeydiyyatda olduğu, Göyçay rayonunun Cəyirli kəndindəki təsərrüfatda yerləşir və iddiaçının iki uşağı da həmin təsərrüfatda qeydiyyatdadırlar. Ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Cavabdehlər iddiaçının həmin evə qayıdıb yaşamasına könüllü razılıq vermədiyinə görə yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə cavabdehlərin yaşadığı Göyçay rayonu Cəyirli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdehlər məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-cı il tarixli, 2(046)-1217/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X5 ilə cavabdeh Həşimov Cavabdeh3 arasında nikah pozulmuş, tərəflərin birgə nikahdan xx.xx.2007-ci il tarixdə anadan olmuş Həşimli Fikrət Cavabdeh3 oğlu və xx.xx.2008-ci il tarixdə anadan olmuş Həşimli Fidan Cavabdeh3 qızı cavabdeh X1 yanında qalmışdır. Məhkəməyə təqdim edilmiş Göyçay rayon İHB-nın Cəyirli kənd inzibati ərazi nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Göyçay rayonu Kürdəmiş kənd sakini Cavabdeh1, Həşimov Cavabdeh3 və Cavabdeh2 yaşadıqları təsərrüfatda yerləşən ümumi sahəsi 130 kv.m olan, 1 mərtəbəli 3 otaqlı ev vardır. Həyətyanı torpaq sahəsi 0.16 ha, pay torpaq sahəsi 0.75 ha. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********65 saylı məktubundan görünür ki, Cavabdeh1, Həşimov Cavabdeh3 və Cavabdeh2 ümumibirgə mülkiyyətində JN-571 nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən 0.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, JN-042F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.16 ha həyat yanı torpaq sahəsi verilmişdir. Lakin torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İş üzrə iddiaçının nümayəndəsini dinləyən və tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş sənədlərdən və işin faktiki hallarından göründüyü kimi iddiaçı X3 ilə cavabdeh arasında mübahisəli fərdi yaşayış evindən istifadə edilməsi ilə bağlı münasibətlər 2005-ci ildə yaranmışdır. İddiaçı X3 cavabdehlərin yaşadıqıarı həmin evdə 10 il fasiləsiz olaraq azyaşlı uşaqları ilə yaşamıdır. X3 ilə Həşimov Cavabdeh3 arasında olan ailə münasibətləri pozulduğundan cavabdeh iddiaçı X2 həmin fərdi yaşayış evində yaşamağa imkan verməmişdir. Mübahisəli ev üzərində cavabdehlərin mülkiyyət hüququ qeydə alınmamışdır. Tərəflər arasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış evə köçürülmə ilə bağlı mübahisə yaranmışdır. Təqdim edilmiş sübutlardan görünür ki, iddiaçı X5 cavabdehlərin ailə üzvüdür. Tərəflər mübahisəli evin mülkiyyət hüququna dair məhkəməyə heç bir sənəd təqdim etməmişlər. Buna görə də məhkəmə hesab edir ki, evin özbaşına tikili kimi hüquqi rejimi müəyyən edilmədiyindən, həmin evdə istifadə hüququ ilə əlaqadər mübahisəyə tərəflər arasında münasibətlərin yarandığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus evə köçürdüyü ailə üzvləri, onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsində burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı X5 Cəyirli kəndində yerləşən evə gəlin köçmüş, cavabdehlə birlikdə təsərrüfuat aparmış, həmin evdə uşaqları anadan olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinin tələblərinə əsasən həmin evdən istifadə hüququ əldə etmişdir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, X1 yetkinlik yaşına çatmayan uşaqları Həşimli Fikrət Cavabdeh3 oğlu və Həşimli Fidan Cavabdeh3 qızı ilə birlikdə cavabdehlərin yaşadığı Göyçay rayonu Cəyirli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə tələbi qanuni olduğundan təmin edilməlidir. Qeyd edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216 və 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. X5 yetkinlik yaşına çatmayan uşaqları Həşimli Fikrət Cavabdeh3 oğlu və Həşimli Fidan Cavabdeh3 qızı ilə birlikdə cavabdelər Cavabdeh1, Həşimov Cavabdeh3 və Cavabdeh2 məxsus Göyçay rayonu Cəyirli kəndində yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-74/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-74/2021
18.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver