Məhkəmə qərarları › İş №2(046)-75/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-75/2021

14.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-75/2021 14.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Göyçay şəhərində 14 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayon Mirzəhüseynli kəndində yerləşən mülkiyyətində olan 1.25 ha torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılması, sözügedən torpaq sahəsindən istifadəsinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və cavabdehlərin həmin torpaq sahəsinə daxil olmaqlarına qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddia ərizəsini müdafiə edərək göstərmişdir ki, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 1.25 ha torpaq sahəsini xüsusi mülkiyyəti kimi Dövlət reyestri xidmətində 18.03.2019-cu il tarixdə qeydə alınmışdır. Alqı-satqı müqaviləsi əsasında əldə etdiyi sözügedən torpaq sahəsindən bir müddət istifadə etsə də, son altı aydır ki cavabdehlərin özbaşna hərəkətləri nəticəsində torpaq sahəsinə daxil ola və istifadə edə bilmir. Belə ki, cavabdehlər mülkiyyətində olan torpaq sahəsini zəbt edərək, həmin torpaq sahəsini şumlamış, ounun istifadəsinə imkan vermirlər. Mülkiyyətinidə olan torpaq sahəsində təyinatına uyğun kənd təsərrüfatı məhsulları əkmək üçün zəruri işlərin görülməsi məqsədilə texnika gətirərkən cavabdehlər süni surətdə problemlər yaradaraq texnikanın, eləcə də fəhlələrin işləməsinə maneələr yaradırlar. Dəfələrlə cavabdehlərin özbaşna hərəkətləri barədə hüquq-mühafizə orqanlarına, yerli icra hakimiyyəti orqanına, eləcə də bələdiyyəyə müraciət etsə də, bir nəticəsi olmamışdır. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətimdən məhrum olmuşam ki, bu da Azərbaycan Respublikası Konstitusiyası ilə təminat verilmiş mülkiyyət hüquqlarımın pozulmasına səbəb olmuşdur. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə digər cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdehin izahatlarını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş DƏDRX-nin Ucar ərazı idarəsi tərəfindən verilmiş RX ******* saylı çıxarışdan görünür ki, Göyçay rayonu Mirzəhüseynli kəndində 1.25 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyəti kimi 18.03.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti “xxxx” MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş 30.07.2020-ci il tarixli rəydən və sxemdən görünür ki, İddiaçı adına verilmiş RX ******* saylı çıxarışa əlavə edilmiş **********01 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilindəki 1.25 ha torpaq sahəsi ilə Cavabdeh2 adına verilmiş JN-1596 saylı 'Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktında göstərilən 1.13 ha torpaq sahəsi sənəd üzrə üst-üstə düşmür. İddiaçı adına verilmiş RX ******* saylı çıxarışa əlavə edilmiş **********01 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsi ilə faktiki naturadakı istifadəçilik vəziyyəti arasında uyğunsuzluq, konfiqurasiya və koordinat sürüşməsi mövcuddur. RX ******* saylı çıxarışla iddiaçının mülkiyyətinə verilmiş 1.25 ha torpaq sahəsinin.0.03 ha-dək hissəsi naturada cavabdehlər tərəfindən istifadə edilir. Mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair mütəxəssisin rəylərinin verilməsi üçün xərci 80.40 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 14.04.2021-ci il tarixli 10/1155 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “xxxx” MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən, İddiaçı adına verilmiş RX ******* saylı çıxarışa əlavə edilmiş **********01 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilindəki 1.25 ha torpaq sahəsi ilə Cavabdeh2 adına verilmiş JN-1596 saylı 'Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktında göstərilən 1.13 ha torpaq sahəsi sənəd üzrə üst-üstə düşmür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “xxxx” MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən İddiaçı adına verilmiş RX ******* saylı çıxarışa əlavə edilmiş **********01 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsi ilə faktiki naturadakı istifadəçilik vəziyyəti arasında uyğunsuzluq, konfiqurasiya və koordinat sürüşməsi mövcuddur. RX ******* saylı çıxarışla iddiaçının mülkiyyətinə verilmiş 1.25 ha torpaq sahəsinin 0.03 ha-dək hissəsi naturada cavabdehlər tərəfindən istifadə edilir. Aparılmış ekspertizanın dəyəri 50 manat təşkil edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən DƏDRX-nin Ucar ərazı idarəsi tərəfindən verilmiş 18.03.2019-cu il tarixli RX ******* saylı çıxarışa əsasən iddiaçının qanuni sahibliyində olan 1.25 ha torpaq sahəsinin 0.03 ha hissəsi cavabdehlərin qanunsuz istifadəsindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun qanuni sahibliyində olan 1.34 ha torpaq sahəsinin qeyd edilən hissələrinin cavabdehin zəbt etməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik və mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçının iddiası təmin edilməli, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən DƏDRX-nin Ucar ərazı idarəsi tərəfindən verilmiş 18.03.2019-cu il tarixli RX ******* saylı çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 1.25 ha torpaq sahəsinin 0.03 ha hissəsindən cavabdehlər Cavabdeh2 oğlu və Cavabdeh1 çıxarılmalı, cavabdehlərə qeyd edilən torpaq sahəsinə daxil olmaları qadağan edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh2 tutularaq iddiaçıya ödənilməli, iş üzrə ekspertiza xərcləri olan 50 manat cavabdehlərdən müştərək qaydada alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməli və iş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 80.40 manat məhkəmə xərci cavabdehlərdən müştərək qaydada tutularaq Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən DƏDRX-nin Ucar ərazı idarəsi tərəfindən verilmiş 18.03.2019-cu il tarixli RX ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 1.25 ha torpaq sahəsinin 0.03 hektar hissəsindən cavabdehlər Cavabdeh2 oğlu və Cavabdeh1 çıxarılsın. Cavabdehlərə qeyd edilən torpaq sahəsinə daxil olmaları qadağan edilsin. Dövlət rüsumu kimi ödənilmiş 10 manat Cavabdeh2 alınaraq İddiaçı verilsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 80.40 manat məhkəmə xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərəq qaydada alınaraq Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin VÖEN **********, AZ 37NABZ******************** nömrəli hesabına keçirilsin. İş üzrə ekspertiza xərcləri olan 50 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərəq qaydada alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar