Məhkəmə qərarları › İş №2(046)-751/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-751/2022

14.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-751/2022 14.04.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, X1, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdeh iştirakı ilə, vəsiyyətnamə üzrə məcburi payın məyyən edilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz əmlakın reyestr nömrəsi **********58-10301 olan Göyçay rayonu Qızılağac kəndində yerləşən 117.3 kv.m. sahəsi olan fərdi yaşayış evi və ölçüsü 0.16 ha olan torpaq sahəsi, Daşınmaz əmlakın reyestr nömrəsi **********79 olan ölçücü 0.20 ha olan torpaq sahəsi, Daşınmaz əmlakın reyestr nömrəsi **********78 olan ölçücü 0.54 ha olan torpaq sahəsi, Daşınmaz əmlakın reyestr nömrəsi **********80 olan ölçücü 1.02 ha olan torpaq sahəsi üzrə məcburi payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddanı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, İddiaçı mərhum X7 ilə nikah bağlamışdır. Bundan sonra N.Əzizlova mərhum X7 ilə birlikdə Qızılağac kəndində gəlmiş orada yaşamışdır. İddiaçı, X3 və Cavabdeh Göyçay rayonunun Qızılağac kəndində yerləşən aşağıda qeyd edilən ümumi birgə əmlakları var. Daşınmaz əmlakın reyestr nömrəsi **********58-10301 olan Göyçay rayonu Qızılağac kəndində yerləşən 117.3 kv.m. sahəsi olan fərdi yaşayış evi və ölçüsü 0.16 ha olan torpaq sahəsi, Daşınmaz əmlakın reyestr nömrəsi **********79 olan ölçücü 0.20 ha olan torpaq sahəsi, Daşınmaz əmlakın reyestr nömrəsi **********78 olan ölçücü 0.54 ha olan torpaq sahəsi, Daşınmaz əmlakın reyestr nömrəsi **********80 olan ölçücü 1.02 ha olan torpaq sahəsi. Tahir Cəbrayılov xx.xx.2019-cu ildə vəfat etmişdir. İddiaçı mərhum Tahir Cəbrayılovdan qalmış mirası qəbul etməsini rəsmiləşdirmək istəyərkən, ona məlum olmuşdur ki, Tahir Cəbrayılov vəsiyyətnamə üzrə özünə məxsus olan bütün əmlakı oğlu Cavabdeh vəsiyyət etmişdir. İddiaçı mirasın qəbuletmə prosesinin rəsmiləşdirilməsini Cavabdeh təklif etsə də, Mətləb bu təklifi qəbul etməyərək, qanunda nəzərdə tutulan hərəkətləri etməkdən imtina etmişdir. N. Əzizlova tərəfindən vərəsəlik şəhadətnaməsinin alınması üçün Göyçay Rayon Notariat ofisinə edilən müraciətə Ofis tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra AR MM) 1291 -ci maddəsinin tələbləri rəhbər tutularaq, İddiaçı qeyd edilən şəhadətnamənin verilməsində imtina edilmiş və mübahisənin həlli üçün aidiyyəti üzrə Göyçay Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyyə olunmuşdur Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, atası bütün əmlakını ona vəsiyyət etmişdir. İş üzrə müstəqil tələbləri irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat kontoruna və Cavabdeh məhkəmə baxışının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin onlar üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin və müstəqil tələbləri irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X4 təsdiq edilmiş surətindən görünür ki, X7 ilə İddiaçı xx.xx.1986-cı il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş xx.xx.2013-cü il tarixli notarial qaydada təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, mərhum X7 bütün əmlakını Cavabdeh vəsiyyət etmişdir. Məhkəməyə təqdim edilmiş X5 təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2019cu il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin **********58-10301 nömrəli çıxarışdan görünür ki, Göyçay rayonu Qızılağac kəndində yerləşən 117.3 kv.m fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.16 ha torpaq sahəsi İddiaçıt Bahadur qızının, Cavabdeh vəX3 adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəməyə təqdim edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin **********78 nömrəli çıxarışdan görünür ki, Göyçay rayonu Qızılağac kəndində yerləşən 0.54 ha torpaq sahəsi İddiaçıt Bahadur qızının, Cavabdeh və X3 adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəməyə təqdim edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin **********79 nömrəli çıxarışdan görünür ki, Göyçay rayonu Qızılağac kəndində yerləşən 0.20 ha torpaq sahəsi İddiaçıt Bahadur qızının, Cavabdeh və X3 adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəməyə təqdim edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin **********80 nömrəli çıxarışdan görünür ki, Göyçay rayonu Qızılağac kəndində yerləşən 1.02 ha torpaq sahəsi İddiaçıt Bahadur qızının, Cavabdeh və X3 adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, tərəflər arasında miras əmlakın bölünməsi ilə bağlı mübahisə vardır. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, mərhum X3 bütün əmlakını Cavabdeh vəsiyyət etməsi faktı mübahisəsizdir. Ona görə ki, hər bir mülkiyyətçi öz əmlakını vəsiyyətnamə üzrə vəsiyət edə bilər. Hazırda tərəflər mərhum X2 miras qalmış Göyçay rayon Qızılağac kəndində yerləşən 39.1 kv.m fərdi yaşayış evindən, həmin fərdi yaşayış evinin yerləşdiyi 0.0533 ha həyət yanı torpaq sahəsindən, Göyçay rayon Qızılağac kəndində yerləşən 0.18 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsindən, Göyçay rayon Qızılağac kəndində yerləşən 0.066 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsindən, Göyçay rayon Qızılağac kəndində yerləşən 0.34 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsindən ona çatan payın müəyyən edilməsini tələb edir. Məhkəmə hesab edir ki, mərhum X2 miras qalmış39.1 kv.m fərdi yaşayış evi, həmin fərdi yaşayış evinin yerləşdiyi 0.0533 ha həyət yanı torpaq sahəsi, 0.18 ha, 0.066 ha və 0.34 ha kənd təsərrüfatlı torpaq sahələri vəsiyyətnamə nəzərə alınmaqla tərəflərin payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Göyçay rayonu Qızılağac kəndində yerləşən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin **********58-10301 nömrəli çıxarış əsasında mərhum X2 miras qalmış 39.1 kv.m fərdi yaşayış evindən, həmin fərdi yaşayış evinin yerləşdiyi 0.0533 ha həyət yanı torpaq sahəsi, Göyçay rayon Qızılağac kəndində yerləşən 0.18 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi, Göyçay rayon Qızılağac kəndində yerləşən 0.066 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi və Göyçay rayon Qızılağac kəndində yerləşən 0.34 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi Cavabdeh adına verilmiş vəsiyyətnamə nəzərə alınmaqla 1 növbəli vərəsələr arasında mirasdan məcburi pay bölgüsünə uyğun bölünməli, (39.1:2=19.55 kv.m, 0.0533:2=0.02665 ha), (0.18:2=0.09 ha), (0.066:2=0.033 ha) və (0.34:2=0.17 ha) vərəsinin payı müəyyən edilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin **********58-10301 nömrəli çıxarış əsasında Göyçay rayonunun Qızılağac kəndində yerləşən İddiaçıt Bahadur qızının, Cavabdeh və X3 adına dövlət qeydiyyatına alınmış 117.3 kv.m fərdi yaşayış evinin və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.16 ha torpaq sahəsinin mərhum X2 miras qalmış 39.1 kv.m fərdi yaşayış evindən və həmin fərid yaşayış evinin yerləşdiyi 0.0533.2 ha torpaq sahəsindən - 19.55 kv.m-nə 0.02665 hektarına, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin **********78 nömrəli çıxarış əsasında Göyçay rayonunun Qızılağac kəndində yerləşən İddiaçıt Bahadur qızının, Cavabdeh və X3 adına dövlət qeydiyyatına alınmış 0.54 ha torpaq sahəsinin mərhum X2 miras qalmış 0.18 ha torpaq sahəsindən - 0.09 hektarına, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin **********79 nömrəli çıxarış əsasında Göyçay rayonunun Qızılağac kəndində yerləşən İddiaçıt Bahadur qızının, Cavabdeh və X3 adına dövlət qeydiyyatına alınmış 0.20 ha torpaq sahəsinin mərhum X2 miras qalmış 0.066 ha torpaq sahəsindən - 0.033 hektarına, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin **********80 nömrəli çıxarış əsasında Göyçay rayonunun Qızılağac kəndində yerləşən İddiaçıt Bahadur qızının, Cavabdeh və X3 adına dövlət qeydiyyatına alınmış 1.02 ha torpaq sahəsinin mərhum X2 miras qalmış 0.34 ha torpaq sahəsindən - 0.17 hektarına, İddiaçı məcburi pay hüququ müəyyən edilsin. Bu qətnamə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin **********58-10301 nömrəli çıxarış əsasında Göyçay rayonunun Qızılağac kəndində yerləşən İddiaçıt Bahadur qızının, Cavabdeh və X3 adına dövlət qeydiyyatına alınmış 117.3 kv.m fərdi yaşayış evinin və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.16 ha torpaq sahəsinin mərhum X2 miras qalmış 39.1 kv.m fərdi yaşayış evindən və həmin fərid yaşayış evinin yerləşdiyi 0.0533.2 ha torpaq sahəsindən - 19.55 kv.m-nin 0.02665 hektarının, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin **********78 nömrəli çıxarış əsasında Göyçay rayonunun Qızılağac kəndində yerləşən İddiaçıt Bahadur qızının, Cavabdeh və X3 adına dövlət qeydiyyatına alınmış 0.54 ha torpaq sahəsinin mərhum X2 miras qalmış 0.18 ha torpaq sahəsindən - 0.09 hektarının, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin **********79 nömrəli çıxarış əsasında Göyçay rayonunun Qızılağac kəndində yerləşən İddiaçıt Bahadur qızının, Cavabdeh və X3 adına dövlət qeydiyyatına alınmış 0.20 ha torpaq sahəsinin mərhum X2 miras qalmış 0.066 ha torpaq sahəsindən - 0.033 hektarının, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin **********80 nömrəli çıxarış əsasında Göyçay rayonunun Qızılağac kəndində yerləşən İddiaçıt Bahadur qızının, Cavabdeh və X3 adına dövlət qeydiyyatına alınmış 1.02 ha torpaq sahəsinin mərhum X2 miras qalmış 0.34 ha torpaq sahəsindən - 0.17 hektarının İddiaçı adına dövlət qeydiyyatına alınması üçün əsasdır. Qətnamənin icrası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə və Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Göyçay rayon məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar