Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-759/2021 31.03.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğluna, Cavabdeh3, Cavabdeh4 və X1 qarşı mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizə ilə məhkəməyə müraciət edərək Göyçay şəhəri Əli Kərim küçəsində yerlşənə 0.0744 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 32 saylı fərdi yaşayış evinin bankın mülkiyyətində olmasına baxmayaraq cavabdehlərin həmin evdə qeydiyyatda qalmalarının əmlak üzərində mülkiyyətçi hüquqlarınının pozulması kimi qiymətləndirərək cavabdehlərin istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə ərizə geri qaytarılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi İddiaçı QSC iddia ərizəsində cavabdehlərin ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatda olduqlarını əsas götürərək onların istifadə hüquqlarının itirməsi barədə məhkəmədə iddia qaldırmışdır. Halbuki, iddiaçı hazırki tələb üzrə müvafiq icra hakimiyyəti orqanına müraciət etməklə, cavabdehlərin mülkiyyətində olan mənzildən qeydiyyatının ləğv edilməsini tələb də bilər. Həmin orqan bu barədə tərəfə imtina məktubu verdikdən sonra iddiaçı həmin orqanın üzərinə qeyd edilən tələbin icra edilməsi vəzifəsinin qoyulması barədə müvafiq inzibati məhkəməyə müraciət etməkdə haqlı olacaqdır. Məhkəmə hesab edir ki, qeyd edilən tələb belə formada məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizəsi icraata qəbul edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 263, 264, 268-ci maddəsini rəhbər tutaraq QƏRAR VERDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğluna, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı evdən istifadə hüquqlarının itirilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı QSC-nə cavabdehlərin qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-759/2021
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-759/2021
31.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver