Məhkəmə qərarları › İş №2(046)-76/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-76/2024

23.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-76/2024 23.09.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X4 Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı zəbt olunmuş torpaq sahəsindən cavabdehlərin çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 zəbt etdiyi Göyçay rayonu Qarabaqqal (iddia ərizəsində Çayarxı kəndi göstərilmişdir) kəndində yerləşən və mülkiyyətində olan 0,4139 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 42 saylı qərarı ilə ona və ailə üzvlərinə Göyçay rayonu Çayarxı kəndi ərazisindən 0,4139 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən dövlət aktı verilmişdir. O, Daşınmaz Əmlakın Dövlət Reyestrinə müracət edərək mülkiyyətiində olan 0,4139 ha torpaq sahəsinə dair hüquqların X1 daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, eləcə də torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi xahiş olunmuşdur. Müraciəti əsasında çıxarış və plan ölçü sənədi verilmişdir. Plan və ölçü sənədində göstərilən koordinatlara uyğun olaraq mülkiyyətində olan torpaq sahəsi naturada tanıdılarkən məlum olmuşdur ki, cavabdehlər torpaq sahəni zəbt edərək, istifadə edirlər. Cavabdehlərlə danışıqlar aparıb zəbt etdikləri torpaq sahəsini boşaltmasını tələb etsə də, bir nəticəsi olmamış, öz qanunsuz tələblərində israrlı olaraq dayanmışlar. Cavabdehlərin qanunsuz hərəkətləri barədə kənd icra nümayəndəliyinə, eləcə də bələdiyyəyə tərəfindən müraciət edilsə də, sözügedən qurumların inzibati tədbirləri də bir nəticə verməmişdir. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin etirazları: Cavabdeh2 iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, 2005-ci ildə İddiaçıla ona məxsus olan 0,51 ha pay torpağını yerə uyğun olaraq qarşılıqlı razılıq əsasında öz aralarında bələdiyyənin iştirakı ilə akt tərtib edib, müqavilə imzalamışlar. Nəticədə yerdəyişmə əsasında Nüsrət ailə üzvlərinin mülkiyyətində olan pay torpağının günbatan səmtinə yerləşdi. Bununla əlaqədar olaraq Nüsrət ondan bir milyon manat pul aldı və qəbzlə təsdiq etdi. Bildirdi ki, gələcəkdə bu barədə heç bir mübahisəsi olmayacaq. Əks təqdirdə mübahisə edərsə, bir cərgə nar bağının (beş metr eni, üç yüz iyirmi metr uzunu) təxminən 0,17 - 0,18 ha torpaq sahəsi ölçüsündə torpaqla əvəzləşdirəcəkdir. Həmin vaxtdan dəyişdikləri torpaq sahəsinin Nüsrətlə olan sərhəddini dəmir məftillə çəpərləyib ayırıblar. Nüsrət isə özünə götürdüyü sahəni həmkəndlisi Bəhram adlı şəxsin istifadəsinə verdi. Həmçinin 19 iyun 2013-cü il tarixində akt tərtib edilərək hər bir payçıya istifadəsində olan torpaq sahəsi ölçülüb tanıdıldı. X5ruluşu layihə institutunun Göyçay rayonlararası yerquruluşu idarəsi mütəxəsisi, DTXK-nin Göyçay rayon şöbəsi əməkdaşı, digər mütəxəsisi və bələdiyyənin iştirakı ilə icra edildi. Təxminən Bəhram vəfat etdikdən sonra onun istifadə etdiyi torpaq sahəsi baxımsız qaldı Nüsrət və ailə üzvülərindən heç kim həmin sahəyə getmədi. Torpaq sahəsi kol-kos və alaq otları qamışla örtüldü, baxımsızlıq üzündən nar kolları quruyub tələf oldu. Bir müddətdən sonra Nüsrətlə görüşəndə ona bildirdi ki, onsuz da həmin torpaqdan istifadə etmir, satmaq fikrindədir. Təmizləyib istifadə edə bilərsən. 2016-2017-ci illərdə o həmin sahəni Çərəkə kəndindən olan işçilərin köməyi ilə təmizləyib, torpaq sahəsində olan ağac kötüklərini və kolları oradan çıxarıb şumladıb yonca əkmişdir. 2018-ci ildə təkrar ölçü aparılarkən Nüsrət onun təmizləyib yonca əkdiyi həmin torpaq sahəsini Cavabdeh1 Rəfayıl oğlu ilə dəyişərək Əli adlı şəxsin əkilmiş xurma bağına getməyə razılaşdı. Sözügedən torpaq sahəsini yararlı hala gətirməkdən ötrü bir min manatdan artıq xərc çəkmişdir. Bu barədə Nüsrətin məlumatı vardır. Razılaşmışlar ki, Nüsrət torpağı başqa şəxsə satdığı halda onun çəkdiyi xərci ona ödəyəcək. Lakin bütün bunlara baxmayaraq İddiaçı guya ona məxsus olan torpaq sahəsini zəbt etməyi barədə gerçəklikdən uzaq iddia tələbi ilə çıxış etdi. Aralarında yerdəyişmə ilə əlaqədar olan, həmçinin Nüsrətin ondan pul alması, yerə mütəxəssislər tərəfindən aparılan araşdırmalar zamanı tərtib edilən sənədlərin surətini etirazına əlavə etmişdir. İddiaçı “zəbt olunmuş torpaq sahəsindən cavabdehlərin çıxarılması” tələbinə dair iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə baxışında İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, o, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0,4139 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair çıxarış əldə etmiş, məhkəmə tərəfindən ekspertiza təyin edilərək onun mülkiyyətində olan 0,4139 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər tərəfindən istifadə edildiyi məlum olunmuşdur. Cavabdehlər həmin torpaq sahəsini zəbt etmişlər. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. İddiaçı istifadəsində olan torpağın yerdəyişməsinə razılaşmış,hətta buna görə ona pul da vermişdir. Ekspert rəyinə əlavə edilmiş sxemdə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin elektron bazada yerləşmə mövqeyi göstərilmişdir.Həmin sxemə görə onun istifadəsində təxminən iddiaçının 0,06 ha torpaq sahəsi vardır.Həmin torpaq sahəsi ilə bağlı iddiaçı ilə razılaşacaqdır. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh1 məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********63 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən 0,4139 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İşə əlavə edilmiş sənədlərdən görünür ki,Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən hüquq sahibi İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0,4139 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, tədqiq olunan **********63 reyestr nömrəli çıxarışa əsasən Göyçay rayor Qarabaqqal kəndində yerləşən İddiaçı və ailə üzvlərin mülkiyyətində olan 0,4139 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin **********63 reyestr çıxarışın verilməsinə əsas olan JN-689Z nömrəli X3 elektron uçotu informasiya sistemi məlumatlarında yerləşdiyi ərazi müəyyən olunmuşdur. Əlavə olaraq bildiririk ki, **********63 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş 0,4139 ha torpaq sahəsinin planı və ölçüsü sənədi Qarabaqqal kəndi ərazisində aparılıb torpaq islahatına dair kompleks yerquruluşu layihəsində göstərilən konfiqurasiyaya uyğun tərtib edilmişdir. Azərbaycan Respublikasında torpaq münasibətlərin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublika Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sistemin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na eləcə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2016-cı il tarixli 250s nömrə Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqları elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritələrinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planına uyğun olaraq Göyçay rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək həmin sahələrin sərhədlərinin koordinatları müəyyənləşdirilmişdir. Pay torpaq sahələrinin faktiki istifadə vəziyyəti ilə uçot məlumatları arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin ) yerquruluşu qaydasında aradan qaldırılması və Torpaqların elektron kadastr uçotu informasiya sistemində dürüstləşdirilməsi işləri ilə bağlı yaxın vaxtlarda sözügedən çevrədə müvafiq işlər aparılacaqdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/1405 saylı ekspert rəyindən görünür ki, tədqiq olunan **********63 reyestr nömrəli çıxarışa əsasən Göyçay rayonu Qarabaqqal kəndində yerləşən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0,4139 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və **********63 reyestr çıxarışın verilməsinə əsas olan JN-689Z nömrəli X2 elektron uçotu informasiya sistemi məlumatlarında yerləşdiyi ərazi müəyyən olunmuşdur. Əlavə olaraq bildiririk ki, **********63 reyestr nömrəli çıxarışla mülkiyyətə verilm 0,4139 ha torpaq sahəsinin planı və ölçüsü sənədi Qarabaqqal kəndi ərazisində aparıb torpaq islahatına dair kompleks yerquruluşu layihəsində göstərilən konfiqurasiyaya uyğun tərtib edilmişdir. Azərbaycan Respublikasında torpaq münasibətlərin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na eləcədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2016-cı il tarixli 250s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritələrinin tərtib edilməsinin təmin olunmasına dair «Tədbirlər Planına» uyğun olaraq Göyçay rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək həmin sahələrin sərhədlərinin koordinatları müəyyənləşdirilmişdir. Pay torpaq sahələrinin faktiki istifadə vəziyyəti ilə uçot məlumatları arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin ) yerquruluşu qaydasında aradan qaldırılması və Torpaqların elektron kadastr uçotu informasiya sistemində dürüstləşdirilməsi işləri ilə bağlı yaxın vaxtlarda sözügedən çevrədə müvafiq işlər aparılacaqdır. İşə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından görünür ki,ekspert rəyi natamam olduğundan iş üzrə əlavə məhkəmətikinti-texniki ekspertizası təyin edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, tədqiq olunan **********63 reyestr, ********** saylı qeydiyyat nömrəli, çıxarışa əsasən Göyçay rayonu Qarabaqqal kəndində yerləşən İddiaçı və ailə üzvlərinin ümumi-birgə mülkiyyətində olan 0,4139 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,39 ha hissəsi Cavabdeh2 baxış zamanı naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 4,9 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü baza məlumatlarında mütəxəssis tərəfindən aşkar olunmuşdur. İdarənin elektron baza məlumatlarında mövcud olan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları əsasında tərtib edilmiş elektron kadastr xəritəsində göstərilən **********63 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş 0,4139 ha torpaq sahəsinin 0,35 ha hissəsi isə baxış zamanı Cavabdeh1 istifadəsində olan 1,37 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü mütəxəssis tərəfindən aşkar olunmuşdur. Əlavə olaraq bildirilir ki, **********63 reyestr nömrəli, ********** saylı qeydiyyat nömrəli çıxarışla mülkiyyətə verilmiş 0,4139 ha torpaq sahəsinin planı və ölçüsü sənədi real məkanla uyğunsuzluq, sürüşmə fərqləri mövcud olan kənd ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində (DVJ) göstərilən konfiqurasiyaya uyğun tərtib edilmişdir. Azərbaycan Respublikasında torpaq münasibətlərin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublika Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sistemin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2016-cı il tarixli 250s nömrc Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritələrinin tərtib edilməsinin təmin olunmasına dair «Tədbirlər Planına» uyğun olaraq Göyçay rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək həmin sahələrin sərhədlərinin koordinatları müəyyənləşdirilmişdir. Pay torpaq sahələrinin faktiki istifadə vəziyyəti ilə uçot məlumatları arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin ) yerquruluşu qaydasında aradan qaldırılması və Torpaqların elektron kadastr uçotu informasiya sistemində dürüstləşdirilməsi işləri ilə bağlı yaxın vaxtlarda sözügedən çevrədə müvafiq işlər aparılacaqdır. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə olunur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2024-cü il tarixli, 10/6591 saylı ekspert rəyindən görünür ki, tədqiq olunan **********63 reyestr, ********** saylı qeydiyyat nömrəli, çıxarışa əsasən Göyçay rayonu Qarabaqqal kəndində yerləşən İddiaçı və ailə üzvlərinin ümumibirgə mülkiyyətində olan 0,4139 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,39 ha hissəsi Cavabdeh2 baxış zamanı naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 4,9 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü baza məlumatlarında mütəxəssis tərəfindən aşkar olunmuşdur. İdarənin elektron baza məlumatlarında mövcud olan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları əsasında tərtib edilmiş elektron kadastr xəritəsində göstərilən **********63 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş 0,4139 ha torpaq sahəsinin 0,35 ha hissəsi isə baxış zamanı Cavabdeh1 istifadəsində olan 1,37 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü mütəxəssis tərəfindən aşkar olunmuşdur. Əlavə olaraq bildiririk ki, **********63 reyestr nömrəli, ********** saylı qeydiyyat nömrəli çıxarışla mülkiyyətə verilmiş 0,4139 ha torpaq sahəsinin planı və ölçüsü sənədi real məkanla uyğunsuzluq, sürüşmə fərqləri mövcud olan kənd ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində (DVJ) göstərilən konfiqurasiyaya uyğun tərtib edilmişdir. Azərbaycan Respublikasında torpaq münasibətlərin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublika Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sistemin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2016-cı il tarixli 250s nömrc Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritələrinin tərtib edilməsinin təmin olunmasına dair «Tədbirlər Planına» uyğun olaraq Göyçay rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək həmin sahələrin sərhədlərinin koordinatları müəyyənləşdirilmişdir. Pay torpaq sahələrinin faktiki istifadə vəziyyəti ilə uçot məlumatları arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin ) yerquruluşu qaydasında aradan qaldırılması və Torpaqların elektron kadastr uçotu informasiya sistemində dürüstləşdirilməsi işləri ilə bağlı yaxın vaxtlarda sözügedən çevrədə müvafiq işlər aparılacaqdır. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem mütəxəssis rəyinə əlavə olunmuşdur. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-ci bəndinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİİ-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin İİ-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə görə torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin,istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları: Bənd 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur; Bənd 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır; Bənd 5.3. Sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur. "İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin halları ilə müəyyən olunur ki, ekspert rəyinə əsasən **********63 reyestr, ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən Göyçay rayonu Qarabaqqal kəndində yerləşən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0,4139 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,39 ha hissəsi Cavabdeh2 baxış zamanı naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 4,9 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü baza məlumatlarında mütəxəssis tərəfindən aşkar olunmuşdur. İdarənin elektron baza məlumatlarında mövcud olan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları əsasında tərtib edilmiş elektron kadastr xəritəsində göstərilən **********63 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş 0,4139 ha torpaq sahəsinin 0,35 ha hissəsi isə baxış zamanı Cavabdeh1 istifadəsində olan 1,37 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü mütəxəssis tərəfindən aşkar olunmuşdur. **********63 reyestr nömrəli, ********** saylı qeydiyyat nömrəli çıxarışla mülkiyyətə verilmiş 0,4139 ha torpaq sahəsinin planı və ölçüsü sənədi real məkanla uyğunsuzluq, sürüşmə fərqləri mövcud olan kənd ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində (DVJ) göstərilən konfiqurasiyaya uyğun tərtib edilmişdir. Göründüyü kimi istər **********63 reyestr, ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən tərtib edilmiş torpaq sahəsinin plan və ölçüsü sənədinə əsasən,istərsə də elektron baza məlumatlarında mövcud olan torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları əsasında tərtib edilmiş elektron kadastr xəritəsinə əsasən İddiaçı ümumi birgə mülkiyyətində olan Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0,4139 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 faktiki istifadə etdikləri müvafiq olaraq 4,9 ha və 1,37 ha torpaq sahələri ilə üst-üstə düşməsi müəyyən olunmuşdur.Bununla yanaşı məhkəmə nəzərə alır ki,cavabdehlər Cavabdeh2 və Cavabdeh1 faktiki istifadə etdikləri torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmişlər,Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatlarda da cavabdehlər Cavabdeh2 (Cavabdeh2 Göyçay rayonu Potu kəndi ərazisində 1,67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması barədə məlumat vardır) və Cavabdeh1 həmin ərazidə mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpağın olması barədə məlumat aşkar edilməmişdir. Məhkəmə eyni zamanda onu da nəzərə alır ki,cavabdehlərin istifadəsində olduğu müddətdə torpaq sahəsində müəyyən yaxşılaşdırmalar olsa belə, bunlar da istifadəçinin torpaq sahəsindən cari istismar və istifadə (əkilməsi, məhsul götürməsi və s.) ilə bağlı zəruri tədbirlər hesab olunmalıdır. Bu cür zəruri tədbirlərə sərf olunan məsrəflər isə müvafiq torpaq sahəsindən müəyyən məhsul götürməyə yönəldilmiş işlərlə bağlıdır ki, torpağa sahiblik edən cavabdehlər görülən işlərin müqabilində müəyyən məhsul da götürmüşdür. Belə məsrəflər nəticəsində torpaq istifadəçisinin yoxsullaşması, torpağın mülkiyyətçisinin zənginləşməsi müəyyən edilməmişdir.Belə ki, torpaq sahəsində cavabdeh tərəfindən əkin işləri (yonca əkilmiş) ilə bağlı cari tədbirlər görülmiş,bağ salınmamış,ağaclar əkilməmiş, bir sözlə mülkiyyətçinin zənginləşməsinə səbəb olan əsaslı yaxşılaşdırmaların olduğu müəyyən edilməmişdir. Cavabdeh2 etirazda istinad etdiyi torpağın yerdəyişməsi ilə əlaqədar İddiaçı 2005-ci ildə verdiyi bir milyon manatı geri tələb etməmiş,bu barədə qanunla müəyyən edilmiş qaydada iddia irəli sürməmişdir.Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olmuşdur. Beləliklə göstərilənləri nəzərə alıb,məhkəmə hesab edir ki, iddia qaldırmış İddiaçı torpaq sahəsindən çıxarılma tələbini irəli sürmək subyektiv hüquqa malik olmuşdur. Mülki qanunvericiliyin tələbinə görə mülkiyyətçi öz əmlakı üzərində sahib olmaqda, ondan istifadə etməkdə və ona dair sərəncam verməkdə sərbəstdir, mülkiyyətçi ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Ekspert rəyinə əsasən mübahisəli torpaq sahəsinin iddiaçının hüquqmüəyyənedici sənədlərində göstərilən göstəricilərə uyğun olduğu müəyyən edilsə də, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na əsasən tərtib edilmiş rəqəmsal kadastr xəritəsinə görə yerləşmə mövqeyində uyğunsuzluqlar vardır.Bununla yanaşı məhkəmə hesab edir ki,iddiaçının mülkiyyətində olan torpaq sahəsinin rəqəmsal kadastr xəritəsində yerləşmə mövqeyi əsas götürülməli,Cavabdeh1 iddiaçının mülkiyyətinə verilmiş 0,4139 ha torpaq sahəsinin 0,35 ha hissəsindən,digər Cavabdeh2 qalan hissəsindən (təxminən 0,06139ha) çıxarılmalı,bununla da iddia qismən təmin olunmalıdır. Məhkəmə iddiaçının mülkiyyətində olan **********63 reyestr, ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən torpaq sahəsinin yerquruluşu planı ilə həmin torpaq sahəsinin rəqəmsal kadastr xəritəsində yerləşmə mövqeyi arasında uyğunsuzluqların (sərhəd,yerləşmə və konfiqurasiya fərqləri) olmasını nəzərə alıb və məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına,tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə xidmət edən prosessual qənaət prinsipini rəhbər tutaraq, hesab edir bu uyğunsuzluqların aradan qaldırılması üçün iddiaçıya izah olunmalıdır ki,qanunvericilikdə müəyyən edilmiş formada sənədlərin tərtibini təmin etmək məqsədilə mülkiyyətində olan torpaq sahəsinin yeni yerquruluşu planının tərtib edilməsi üçün ərazi üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmək hüququna malikdir. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi isə aşağıdakı qaydada həyata keçirilməlidir. Məhkəmə nəzərə alır ki, iddia qismən təmin edildiyindən, məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumundan və ekspertiza tədqiqatının aparılması üçün 200 manat ekspertiza xərcindən, cəmi 300 manatdar ibarətdir. Beləliklə məhkəmə xərcləri cavabdehlərə aid edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 200 manat ekspertiza tədqiqatının dəyəri alınaraq dövlət nəfinə keçirilməli, 100 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı ümumi birgə mülkiyyətində olan Göyçay rayonu,Qarabaqqal (Çayarxı) kəndində yerləşən 0,4139 ha torpaq sahəsinin 0,35 ha hissəsindən,digər Cavabdeh2 qalan 0,06139 ha hissəsindən çıxarılsınlar. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmə xərcləri cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 200 manat ekspertiza tədqiqatının dəyəri alınaraq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar