Məhkəmə qərarları › İş №2(046)-762/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-762/2025

14.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-762/2025 14.05.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı Göyçay rayon İcra və Probasiya şöbəsinin Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göyçay rayon İcra və Probasiya şöbəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron qolbağın dəyəri olan 2277.40 manat vəsaitin alınaraq Ədliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay rayon İcra və Probasiya şöbəsinin rəisi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı Göyçay rayon İcra və Probasiya şöbəsi tələbi belə əsaslandırmışdır ki, Göyçay rayon Məhkəməsinin 1(046)-30/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və onun üzərinə müvafiq vəzifələr qoyulmuşdur. Hökmün icrası barədə göstəriş xx.xx.2022-ci il tarixdə Göyçay rayon icra və probasiya şöbəsinə daxil olmuş, məhkum Cavabdeh xx.xx.2022-ci il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş, bu məqsədlə “Attenti” markalı bir ədəd 35652263 nömrəli mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd sadə elektron qolbaq ona işlək vəziyyətdə təhvil verilmiş, habelə məhkuma cəza çəkdiyi müddət ərzində həmin vasitədən istifadə qaydaları, o cümlədən onun işlək vəziyyətdə saxlanılması üçün xidmət qaydaları izan edilmiş, üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması, habelə həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi, yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan (məhkum Cavabdeh) tutulacağı barədə xəbərdarlıq olunmuş, bu barədə sabiq böyük icra məmuru Anar Zeynalov tərəfindən müvafiq protokol tərtib edilmişdir. Buna baxmayaraq sözügedən elektron nəzarət vasitələri (mobil nəzarət qurğusu) yararsız vəziyyətdə məhkum Cavabdeh təhvil alınmışdır (və ya itirmişdir). Bundan sonra həmin elektron nəzarət vasitələrinin vəziyyəti haqqında texniki rəyin verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidmətinin Rəqəmsal monitorinq idarəsinə göndərilmiş, texniki rəyin nəticəsinə əsasən mobil nəzarət qurğusundan düzgün itifadə edilməməsi səbəbindən ana platada elektron elementlərin sıradan çıxması və istifadəyə tam yararsız olması qeyd edilmişdir. Vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsi barədə "xxxx" QSC-nin maliyyə arayışı əsasında həmin avadanlığın dəyərinin 2277,40 manat təşkil etdiyi bildirilmişdir. Bundan sonra məhkuma bildiriş göndərilərək elektron nəzarət vasitəsinin dəyərinin 2277,40 manat məbləğində pulun (iki min iki yüz yetmiş yedi manat qırx qəpik) müvafiq bank hesabına ödənilməsi təklif olunsa da, hazıradək vurulmuş zərərin əvəzi ödənilməmişdir. Hesab edilir ki, cavabdeh üzərinə qoyulan vəzifələrin icrasına kifayət qədər məsuliyyətli yanaşmaması nəticəsində elektron nəzarət vasitəsini zədələmiş (və ya itirilmiş) və Ədliyyə Nazirliyinə maddi ziyan dəymişdir. İş üzrə Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, mobil nəzarət qurğusuna təqsirli hərəkətləri nəticəsində ziyan dəymişdir. İş üzrə cavabdehi dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin 1(046)-30/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli protokolun surətindən görünür ki, Cavabdeh cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitələrindən istifadə qaydaları izah edilərək ona “Atenti”markalı elektron nəzarət kompleksi təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarından istifadə qaydaları cavabdehə izah edilmiş və üzərində gəzdirdiyi, istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkəməyə təqdim edilmiş məktubun surətindən görünür ki, “Atenti”markalı elektron nəzarət kompleksinin dəyəri 2277.4 manat təşkil edir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Göyçay Rayon Məhkəməsinin 1(046)-95/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmə əsasən onun üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. Cavabdeh ona təhkim olunmuş “Atenti”markalı elektron nəzarət kompleksini yararsız hala salmışdır. Bununla da 2277.4 manat dəyərində ziyan vurmuşdur. Qeyd olunan maddi ziyan manatı cavabdeh tərəfindən dövlət nəfinə ödənilməmişdir. Hazırda iddiaçı həmin maddi ziyanın cavabdehdən tələb edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 94.1-ci maddəsinə əsasən Cəzaçəkmə müəssisələrində məhkumlar vurduqları maddi ziyana görə məsuliyyət daşıyırlar: 94.1.1-ci maddəsinə əsasən əmək vəzifələrinin icrası zamanı vurduqları ziyana görə Azərbaycan Respublikası əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada; 94.1.2ci maddəsinə əsasən vurulan digər ziyana görə Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Dövlət Rüsumu haqqında Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə olan halda Göyçay rayon İcra və Probasiya Şöbəsi büdcə təşkilatı hesab edildiyindən dövlət rüsumu ödəməkdən azad edilmişdir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh maddi ziyanın əvəzi kimi 2277.4 manat alınaraq Ədliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinə, 42.77 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi kimi 2277.4 manat alınaraq Ədliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinə verilsin. 42.77 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. . Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar