Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-764/2025 02.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı AR Ədliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı AR Ədliyyə Nazirliyinin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı AR Ədliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək elektron nəzarət vasitəsinin dəyəri olan 2277.40 manat vəsaitin Cavabdeh tutularaq Ədliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyindəki müvafiq hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon Məhkəməsinin 1(046)- 68/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və onun üzərinə müvafiq vəzifələr qoyulmuşdur. Hökmün icrası barədə göstəriş xx.xx.2023-cü il tarixdə Göyçay rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş (sabiq böyük icra məmuru Anar Zeynalov), məhkum Cavabdeh xx.xx.2023-cü il tarixdə elektron nezarət vasitəsi tətbiq edilmiş, bu məqsədlə "Attenti” markalı bir ədəd 35653325 nömrəli mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd sadə elektron qolbaq ona işlək vaziyyətdə təhvil verilmiş, habela məhkuma cəza çəkdiyi müddət ərzində həmin vasitədən istifadə qaydaları, o cümlədən onun işlək vəziyyatdə saxlanılması üçün xidmət qaydaları izah edilmiş, üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması, habelə həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi, yaxud digər üsulla yararsız vəziyyatə salacağı halda dəyərinin ondan tutulacağı barədə xəbərdarlıq olunmuş, bu barədə sabiq böyük icra məmuru Anar Zeynalov tərəfindan müvafiq protokol tertib edilmişdir. Buna baxmayaraq sözügedan elektron nəzarət vasitələri (mobil nəzarət qurğusu) yararsız vəziyyətdə məhkum Cavabdeh təhvil alınmışdır. Bundan sonra həmin elektron nəzarət vasitələrinin vəziyyəti haqqında texniki rəyin verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Rəqəmsal Monitorinq İdarəsinə göndərilmiş, texniki rəyin nəticəsinə əsasən mobil nəzarət qurğusundan düzgün itifadə edilməməsi səbəbindən ana platada elektron elementlərin sıradan çıxması va istifadəyə tam yararsız olması qeyd edilmişdir. Vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsi barədə "Evrodizayn” QSC-nin maliyyə arayışı əsasında həmin avadanlığın dəyərinin 2277,40 manat təşkil etdiyi bildirilmişdir. Bundan sonra məhkuma bildiriş göndərilərək elektron nəzarət vasitəsinin dəyərinin 2277,40 manat məbləğində pulun müvafiq bank hesabına ödənilməsi təklif olunsa da, hazıradək vurulmuş zərərin əvəzi ödənilməmişdir. Hesab edilir ki, cavabdeh üzərinə qoyulan vəzifələrin icrasına kifayət qədər məsuliyyətli yanaşmaması nəticəsində elektron nəzarət vasitəsini zədələmiş və Ədliyyə Nazirliyinə maddi ziyan dəymişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı AR Ədliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdi və izahat verərəkən bildirdi ki, elektron nəzarət vasitəsinin mobil qurğusunu evdə masanın üzərinə qoymuşdur. Əli ilə hərəkət etdiyi zaman ehtiyatsızlıqdan həmin mobil qurğu yerə duşmüş və arxa paneli qopmuşdur. Bu barədə sabiq icra məmuru Anar Zeynalova xəbər vermişdir. Bir müddət sonra avtoqəza nəticəsində ağır xəsatlər almış, ayağına bağlı olan elektron nəzarət vasitəsi (qolbaq) yararsız hala düşmüşdür. Xəstəxanadan çıxdıqdan sonra icra məmuru onu ayağından açmışdır. İş materiallarından görünür ki: Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(046)-68/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Cavabdeh hökmün tələbləri, cazanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyatdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verməzliyi, habelə həmin vasitəni zədələdikdə və dıgər üsulla yararsız vəzıyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edildi və ona yaddaş kitabçası verildi. “Atenti” markalı elektron nəzarət vasitələri haqqında maliyyə arayışına əsasən 1 ədəd “Atenti” markalı ağıllı elektron qolbağın (1 ədəd sadə elektron qolbaq, 1ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektrik adapter, 1 ədəd klipsa, 1 cüt proqram lisenziyası) 2021-ci il üzrə dəyəri 2277.4 manat təşkil etmişdir. 1 ədəd “Atenti” markalı ağıllı yeni elektron nəzarət vasitəsi komplekti, sadə elektron dəst (1 ədəd sadə elektron nəzarət qurğusu, 1 ədəd elektrik adapter, 1 ədəd proqram lisenziyası) 2022-ci il üzrə dəyəri 2541.01 manat təşkil etmişdir. Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında ED 000577 saylı Mütəxəssis rəyinə əsasən, Cavabdeh müzərində daşıdığı elektron nəzarət vasitəsinə xx.xx.2024-cü il tarixdə texniki baxış keçirilmiş müəyyən olunmuşdur ki, qolbaq ilə əlaqə saxlayan antena pinləri qoparılmış və kənar müdaxilə olunmuşdur, istifadə qaydalarına düzgün riayyət edilmədiyinə görə avadanlıq nasaz vəziyyətə salınmışdır. Təmiri mümkün deyil, istifadəyə tam yararsızdır. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir ( hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Dövlət rüsumu haqqında” haqqında Azərbaycann Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunur. 9.1.20-ci maddəsinə əsasən şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. Məhkəmənin mövqeyi: İşin faktiki halları ondan ibarətdir ki, Cavabdeh Göyçay Rayon Məhkəməsinin 1(046)- 68/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərinə daimi yaşayış yeri olan Göyçay şəhəri, Z.Bünyadov küçəsində yerləşən fərdi yaşayış evini hər gün saat 22.00-dan saat 07.00-dək tərk etməmək, elektron nezarət vasitəsini gəzdirmək və həmin vasitənın işlək vaziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifəsi qoyulmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixdə Göyçay rayon İcra və Probasiya Şöbəsinə gedərək cəzanın çəkilməsi üçün qeydiyyatdan keçmişdir. Ona orada hüquq və vəzifələri izah olunmuş, bununla bağlı protokol tərtib olunmuş, məhkumun izahatı alınmış və üzərinə elektron nəzarət vasitəsi taxılmışdır. Baxmayaraq ki, icra məmuru tərəfindən Cavabdeh elektron nəzarət vasitəsinə xidmət qaydaları ilə bağlı məlumat verilmiş, o istifadə qaydalarına düzgün riayət etmədiyinə görə avadanlıq nasaz vəziyyətə salmış, özünün dediyinə görə masanın üzərində ehtiyatsızlıqdan yerə salmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən elektron nəzarət vasitəsindən düzgün istifadə edilməməsi nəticəsində onun yararsız vəziyyətə salınması AR Ədliyyə Nazirliyinə maddi zərərin vurulması ilə nəticələnmiş və iddiaçı haqlı olaraq vurulmuş ziyanın ödənilməsini Cavabdeh tələb etmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2277.40 məbləğində pul vəsaiti alınaraq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından göründüyü kimi hər iki tərəf dövlət rüsumun ödənilməsində azad edildiyindən, dövlət rüsumunun tərəflərdən tutulması mümkün deyil. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) məbləğində pul vəsaiti alınaraq İddiaçınə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №2(046)-764/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-764/2025
02.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver