Məhkəmə qərarları › İş №2(046)-767/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-767/2020

24.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-767/2020 24.08.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı və Cavabdeh Əlimusa oğlunun iştirakı ilə, fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Əlimusa oğlunun ünvan 1 3, 3 saylı ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, xx xxxxx 2005-ci il tarixdə Göyçay rayon Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən ünvan 1 3, 3 saylı evin mülkiyyətçisidir. Həmin evə mülkiyyət hüququnu Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3822 saylı qeydiyyat vəsiqəsi təsdiq edir. Cavabdeh qardaşı oğludur. Cavabdeh hərbi xidmətə getməzdən əvvəl qardaşı Əlimusanın xahişi ilə xx xxxx 2005-ci il tarixdə mülkiyyətində olan evə qeydiyyata düşmüşdür. Həmin evdə cavabdeh yaşamamış və heç bir əmlakı yoxdur. Cavabdehin daimi yaşayış yeri mərhum anası Dürrə Hüseynovanın mülkiyyətində olan Göyçay şəhəri Vaqif küçəsi 90 (92) saylı ev olmaqla, həmin evdə yaşayır. Cavabdeh hərbi xidmətdən qayıtdıqdan sonra Göyçay şəhəri Vaqif küçəsi 90 (92) saylı evdə yaşamışdır. Cavabdehdən onun mülkiyyətində olan evdən qeydiyyatdan çıxmağını tələb etsə də nəticəsi olmamışdır. Cavabdehin onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olması mənzil üzərində mülkiyyət hüquqularını tam həyata keçirməyinə mane olur. Buna görə də Cavabdeh Əlimusa oğlunun ünvan 1 3, 3 saylı evdən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh Əlimusa oğlu iddianı qəbul etməyərək göstərmişdir ki, ailə üzvü olmasa da iddiaçının mülkiyyətində olan ünvan 1 3, 3 saylı evdə onun yaşamaq hüququ vardır. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə tərəflərin izahatlarını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin xx.xx.2005-ci il tarixli 3822 saylı qeydiyyat vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 3, 3 saylı ev İddiaçı adına qeydə alınmışdır. ünvan 1 3, 3 saylı evə dair kitabın surətindən görünür ki, Cavabdeh Əlimusa oğlu ünvan 1 3, 3 saylı evdə qeydiyyatdadır. Məhkəməyə təqdim edilmiş şəxsiyyət vəsiqəsi məlumatlardan görünür ki, Cavabdeh Əlimusa oğlu ünvan 1 3, 3 saylı evdə qeydiyyatdadır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh Əlimusa oğlunun ünvan 1 3, 3 saylı evdə qeydiyyatda qalması İddiaçı mülkiyyət hüquqlarını məhdudlaşdırır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir insan onun konstitusiya, yaxud qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək ona dar sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Əlimusa oğluna qarşı mülkiyyətində olan ünvan 1 3, 3 saylı evdən istifadə hüququna xitam verilməsinə dair tələbi əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanalara əsasən və Azəbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Cavabdeh Əlimusa oğluna qarşı Cavabdeh Əlimusa oğlunun ünvan 1 3, 3 saylı evdən istifadə hüququna xitam verilməsinə dair tələbi təmin edilsin. Bu qətnamə Cavabdeh Əlimusa oğlunun ünvan 1 3, 3 saylı evdən istifadə hüququna xitam verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar