Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-783/2020 17.09.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 1200 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın predmetinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə yanına gələrək Lombardda olan qızılı götürmək üçün 300 manat borc pul lazım olduğunu bildirmiş, həmin pulu ona borc vermişdir. Cavabdeh1 pulu 3-5 gün ərzində qaytarmağa söz vermişdir. Bundan əvvəl Ramin ondan 300 manat borc pul almış, xx xxxxxx 2020-ci il tarixdə isə Cavabdeh2 ona müraciət edərək, işlədiyi Ağsu rayon regional X1 problem yarandığını və ona borc pul lazım olduğunu bildirmişdir. Həmin gün Raminə 400 manat pul vermişdir. Cavabdehlər hər gün pulu ödəməyə söz versələr də bu günə qədər borcu bağlamamışlar. Bu barədə xx.xx.2020-ci il tarixdə Göyçay rayon polis İdarəsinə ərizə ilə müraciət etmiş, Göyçay rayon polis İdarəsi məsələni araşdımış və xx.xx.2020-ci il tarixli məktubla baş vermiş xüsusatlar mülki xarakter daşıdığı üçün məhkəməyə müraciət etməyini bildirmişlər. Buna görə də iddianın təmin olunması 900 manatın Cavabdeh2, 300 manatını isə Cavabdeh1 tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 göstərmişdir ki, İddiaçı 2020-ci ilin yanvar ayında 300 manat almışdır. Cavabdeh oğlu Ramin isə iddiaçıdan 400 manat almışdır. İddiaçı onu aldatdığından hesab edir ki, iddiaçıya heç bir borcu yoxdur. İş üzrə Cavabdeh2 iddianı qismən qəbul etdiyi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı 400 manat almış, 300 manatı isə atası Müzəffər almışdır. İddiaçının ondan və atası Müzəffərdən əlavə olaraq 500 manat tələbini əsassız hesab edir. Belə ki, iddiaçıdan ümumilikdə 1000 manat alması barədə ona iltizam vermişdir. Lakin hesab edir ki, iddiaçıya 400 manat borcu vardır. İşə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh2 ümumilikdə 1000 manatı İddiaçı almışdır. Pulu tam qaytarmaq məqsədi ilə atası Müzəffərə məxsus təqaüd kartını və öz əmək haqqı kartını İddiaçı vermişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Cavabdeh1 300 manat məbləğində və Cavabdeh2 isə 400 manat məbləğində İddiaçı borc pul götürdüklərini etiraf edirlər. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı məxsus 700 manat məbləğində pul vəsaiti Cavabdeh2, 300 manat isə Cavabdeh1 qanunsuz sahibliyindədir. Məhkəmə baxışı zamanı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumilikdə 1200 manat məbləğində borc pul verdiyi barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Аzərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qeyd edilən tələblər üzrə əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı dövlət rüsumunun cavabdehlərdən tutulması barədə tələb irəli sürmədiyindən məhkəmə hesab edir ki, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 300 manat, Cavabdeh2 700 manat tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 300 manat, Cavabdeh2 700 manat tutularaq İddiaçı ödənilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-783/2020
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-783/2020
17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver