Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-789/2020 25.09.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, doğum haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1950-ci il tarixdə Maraqlı şəxsndə tərtib edilmiş 10 saylı doğum haqqında akt qeydində mərhum ərinin adının X6 əvəzinə X1 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Ərizəçi ərizəsini müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, xx xxxxxxx 1978-ci il tarixdə X4 ilə nikah bağlayaraq ailə qurmuşlar. Əri xx xxxxxx 2014-cü il tarixdə vəfat etmişdir. Mərhum ərindən miras qalmış əmlaka vərəsəlik hüququ əldə etmək məqsədi ilə sənədlər hazırlayarkən doğum qeydində ərinin adının səhvən Tofiq yazıldığı məlum olmuşdur. Halbuki bütün sənədlərdə adı Nizami kimi yazılmışdır. Həmin doğum haqqında akt qeydinə düzəliş edilməsi barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin ona Göyçay Rayon Məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Buna görə də ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə Maraqlı şəxs məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X5 təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.1950-ci il tarixdə Göyçay rayonunun Şahsoltanlı kəndində anadan olmuşdur. Məhkəmə təqdim edilmiş Azərbaycan Kənd Təsərrüfatı İnstitutu tərəfindən verilmiş №110435 saylı diplomun təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.1974-cü il tarixli qərar ilə baytar həkimi ixtisası verilmişdir. Məhkəməyə təqdim edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair JN-168F saylı şəhadətnamənin surətindən görünür ki, X2 və ailə üzvlərinin ümumi-birgə mülkiyyətlərinə Göyçay rayonunun Şahsoltanlı kəndində 0.15 ha torpaq sahəsi verilmişdir. Məhkəməyə təqdim edilmiş Torpağa Mülkiyyət Hüququna dair JN-0088 saylı dövlət aktının surətindən görünür ki, Göyçay rayon X7 xx.xx.1998-ci il tarixli qərarı ilə mülkiyyətə verilmiş Göyçay rayonu Şahsoltanlı kəndində yerləşən 3.55 ha torpaq sahəsi X2 və ailə üzvlərinin ümumi-birgə mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş 10 saylı doğum haqqında akt qeydinin surətindən görünür ki, xx.xx.1950-ci il tarixdə anadan olmuş X2 adı Tofiq kimi qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş Ölüm Haqqında Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, ərizəçinin təqdim etdiyi sənədlər arasında ziddiyyətlər olduğundan doğum haqqında akt qeydinə düzəliş edilərək ərinin adının Nizami kimi yazılması və doğum haqqında təkrar şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi mərhum əri X2 adına verilmiş sənədlərdə adı Nizami kimi, lakin doğum haqqında akt qeydində adı Tofiq kimi göstərilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.3-cü maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Müvafiq İcra Hakimiyyəti orqanı ilə aidiyyati şəxslər arasında mübahisə olduqda, qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi mərhum ərinin doğum haqqında akt qeydində düzəliş aparılaraq adının Nizami kimi qeyd edilməsi barədə ərizəsi qanuni olduğundan təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307.2.5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi mərhum əri X2 doğum haqqında akt qeydində adının Tofiq kimi qeyd edilməsi barədə ərizəsi təmin edilsin. Bu qətnamə xx.xx.1950-ci il tarixdə anadan olmuş X2 adına tərtib edilmiş xx.xx.1950-ci il tarixli 10 saylı doğum haqqında akt qeydində adının Nizami qeyd edilməsi və Maraqlı şəxs tərəfindən doğum qeydində müvafiq düzəlişin aparılması üçün əsasdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-789/2020
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-789/2020
25.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver