Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-796/2021 02.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, Ərizəçi Maraqlı şəxsnə qarşı doğumun qeydə alınması faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün doğum haqqında akt qeydinin bərpa edilməsi, ata qrafasında X1, milliyyətinin azərbaycanlı, ana qrafasında X2 milliyyətinin azərbaycanlı qeyd edilməsi və bu əsaslarla doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən Ərizəçi ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Ərizəçi iddia ərizəsinə, müəyyən edilmiş qaydada və məbləğdə, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.5, 152.1.5-ci maddələrinə görə iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Ərizəçi Maraqlı şəxsnə qarşı doğumun qeydə alınması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə dövlət rüsumunun müəyyən edilmiş qaydada və məbləğdə ödənilməsi izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-796/2021
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-796/2021
02.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver