Məhkəmə qərarları › İş №2(046)-801/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-801/2021

30.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-801/2021 30.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, ərizəçi X3 nümayəndəsi (oğlu) Nümayəndə iştirakı ilə, qohumluq faktının müəyyən edilməsinə dair mülki işə Göyçay şəhərində 30 aprel 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X12 ərizə ilə məhkəməyə müraciət edərək mərhum X8 onun və X1 anası olması və X1 onun qardaşı faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X3 nümayəndəsi (oğlu) Nümayəndə ərizənin həcminin azaldılması barədə ərizə təqdim edərək göstərmişdir ki, ərizəçi 1930-cu il tarixdə anadan olmuşdur. 01.03.1964-cü il tarixdə İbrahim Nəsirovla ailə qurmuşdur. Göyçay rayonu Qaraxıdır kəndində təsərrüfat başçısı mərhum anası X17 olamaqla ailə üzvlərinə torpaq sahəsi verilmişdir. Anasından miras qalmış torpaq sahəsinə torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün ərizəçi Göyçay rayon Notariat kontoruna müraciət etmiş, lakin ərizəçinin doğum aktı qeydİ tapılmadığından anası ilə qohumlu əlaqəsi müəyyən edilmədiyindən vərəsəlik hüququnu tanıda bilməmişdir. Buna görə də X8 ərizəçinin anası olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı tərəf Göyçay rayon Notariat Kontorunun xüsusi notariusu X18 ərizənin təmin edilməsinə etirazı olmadığını bildirmişdir. İş üzrə ərizəçinin nümayəndəsini və maraqlı şəxsin nümayəndəsini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18.03.2021-ci il tarixli imtina məktubundan görünür ki, Ərizəçi Alməmməd qızının doğum haqqında akt qeydi Göyçay rayon Qeydiyyat Şöbəsinin arxivində aşkar edilməmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət X24 tərəfindən verilmiş 18.03.2021-ci il tarixli 91 nömrəli arxiv arayışdan görünür ki, Göyçay rayon Şəkər kənd ZDS İK-nin Qaraxıdır kəndində 1948-1950-ci illərə dair təsərrüfatbaşına kitabın 112-ci təsərrüfatında X4 ailə başçısı olmaqla öhdəsində 0.30 ha həyətyanı torpaq sahəsi, 1900-cü il tarixdə tikilmiş fərdi yaşayış evi və aşağıdakı ailə üzvləri olmuşdur. Arvadı: Eyyubova Dostu, oğlu: X2, qızı: X13. Məhkəməyə təqdim edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X6 18.04.1964-cü il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X20 13.12.1998-ci il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki. X9 xx.xx.1930-cu il tarixdə anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş nikah haqqında çıxarışdan görünür ki, X10 ilə X5 19.03.1964-cü il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş JN-159 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, X14 və ailə üzvlərinin mülkiyyətinə Göyçay rayonu Qaraxıdır kəndində 2.60 ha torpaq sahəsi verilmişdir. Təqdim edilmiş sübutlardan görünür ki, mərhum X20 ərizəçi X3 anasıdır. Ərizəçi X12 doğum aktı qeydini əldə edə bilmədiyindən mərhum X14 ərizəçi X3 anası olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1: şəxslərin qohumluq münasibətlərinin faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. 13.12.1998-ci il tarixdə Göyçay rayonu Qaraxıdır kəndində vəfat etmiş X14 ərizəçi X3 anası olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar